«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə18/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

AYƏ 56:


﴿ فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:


«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»

TƏFSİR:


Bu və bundan sonrakı ayədə Həzrət İsaya (ə) xitab edilir. Əvvəldə buyurulur: İnsanlar Allah dərgahına qayıtdıqdan sonra Allah onların arasında mühakimə edəcək, cərgələr bir-birindən ayrılacaqdır; kafir olanları, haqqı tanıdıqdan sonra inkar edənləri dünya və axirətdə şiddətli cəzalar gözləyir və onlar üçün heç bir köməkçi olmayacaqdır.

AYƏ 57:


﴿ وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ ﴾

TƏRCÜMƏ:


«İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»

TƏFSİR:


Sonra ikinci dəstəyə işarə edilərək buyurulur: «İman gətirib saleh əməllər görənlərin mükafatını isə Allah kamil şəkildə verəcək.» Sonra təkidlə buyurulur: “Allah heç vaxt zalımları sevməz.”

Deməli, zalımları sevməyən Allah bəndələrinə heç vaxt zülm etməyəcək, onların mükafatlarını kamil surətdə verəcəkdir.


AYƏ 58:


﴿ ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ ﴾

TƏRCÜMƏ:


«Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə ayələrdən, həmçinin bu yada salan hikmətli kitabdandır

TƏFSİR:


Həzrət Məsihin (ə) əhvalatı şərh olunduqdan sonra bu ayədə İslam Peyğəmbərinə (s) xitab edilərək buyurulur: “Sənə oxuduğumuz bu şeylər sənin haqq olmağının nişanələri və hikmətli bir xatırlatmadır ki, Quran ayələri şəklində sənə nazil olunur. Eyni zamanda, bunlar hər növ batil mətləbdən və xurafatdan da pakdır. Halbuki, başqaları bu böyük ilahi Peyğəmbərin sərgüzəştini minlərlə yalan, əfsanə, xurafat və bidətlə qarışdırmışlar.

AYƏ 59:


﴿ إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) oldedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)»

TƏFSİR:


Məsihilərdən bir qrupu Mədinəyə daxil olub Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəldi. Onlar danışıq apararkən Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini onun ilahiləşdirilməsinə bir əsas gətirdilər. Bu ayə nazil olub onların cavabını belə bəyan etdi: “Əgər atasız dünyaya gəlmək Allah, yaxud Allahın övladı olmağa dəlildirsə, onda nə üçün Adəmi Allah, yaxud Allahın övladı hesab etmirsiniz. Halbuki, onun yaradılışı daha mühümdür! Çünki onun nə atası, nə də anası vardı!”

İNCƏ MƏTLƏBLƏR

1. Müxalifləri onların qəbul etdikləri vasitə və yollarla haqqa dəvət etmək lazımdır. (Onlar qəbul etmişdilər ki, Adəm Allahın məxluqudur, halbuki onun nə atası vardı, nə də anası.)

2. Tarixin xatırladılması, keçmiş təcrübə və əməl nümunələrinin təqdim edilməsi dəvətin ən yaxşı yoludur.

3. Allahın qüdrəti heç nə ilə məhdudlaşmır.


AYƏ 60:


﴿ الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ ﴾

TƏRCÜMƏ:


«60 (Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!»

TƏFSİR:


«Mümtərin» kəlməsi şəkk və tərəddüd mənasına olan «miryət» kökündən alınmışdır. Bu ifadə eynilə «Bəqərə» surəsinin 147-ci ayəsində də gəlmişdir. Buradan aydın olur ki, sabit və haqq olan söz, həqiqi və davamlı kəlam Allah tərəfindən olmalıdır. Çünki Onun Özü də haqq və sabitdir. Lakin həvayi-nəfs və qərizələr tufanında qərq olan insanların sabitliyi yoxdur. Onlardan heç vaxt davamlı, düzgün qanunlar gözləmək olmaz.

İNCƏ MƏTLƏBLƏR

1. Allah yolunda ilahi kəlam və Allah qanunundan başqa heç bir şeyin sabitliyi yoxdur.

2. Müxaliflərin sayının çox olması, bacardıqları qədər səy göstərib fəaliyyət etmələri, təbliğat və sərvətlərinin çoxluğu insana mənfi təsir göstərməməlidir.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə