«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə17/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

AYƏ 53:


﴿ رَبَّنَا آمَنَّا بِمَا أَنزَلَتْ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾

TƏRCÜMƏ:


«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz.»

TƏFSİR:


Bu ayə barədə bəzi mətləblər nəql olunmuşdur ki, onlar həvarilərin ixlasının və tövhidin son dərəcəsində olmasını göstərir. Onlar Allah dərgahında öz imanlarını belə bəyan edirlər: “Pərvərdigara, biz Sənin nazil etdiklərinə iman gətirdik və Sənin göndərdiyin peyğəmbər olan Həzrət İsaya (ə) tabe olduq. Belə isə bizi şahidlərin cərgəsində yaz.”

AYƏ 54:


﴿ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ﴾

TƏRCÜMƏ:


« onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək onun dinini məhv etmək üçün) hiylə işlətdilər Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı dostları İsanın əvəzinə onu dara çəkdilər. Allah sonra İsanın dininə rəvac verdi.)»

TƏFSİR:


Həzrət İsanın (ə) dövründə bəziləri onun haqq dəvətini məhv etmək üçün müəyyən məkirli planlar hazırlayır və tədbirlər görürdülər. Hətta, onu tutub həbs etmək üçün mükafatlar təyin etmiş, onun edam olunması üçün zəmin hazırlamışdılar. Amma Allah-təala onların məkirli planlarını ifşa etdi və ona ən gözəl şəkildə nicat verdi.

İNCƏ MƏTLƏBLƏR

1. Allah-təalanın tədbir və iradəsi başqalarının tərəfindən olan hər növ səy, hərəkət və tədbirdən çox-çox yüksəkdədir.

2. Allah-təala Öz dostlarının himayəçisidir.

3. İnsanların hərəkət və tədbirləri Allah-təalanın qəzəb və ya mərhəmətinin müqəddiməsidir.


AYƏ 55:


﴿إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

TƏRCÜMƏ:


«(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin-dən) paklaşdıracaq Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»

TƏFSİR:


Bu ayədə Həzrət İsanın (ə) həyatı ilə bağlı əhvalatların davamı bəyan edilir. İslam təfsirçiləri arasında məşhur olan nəzəriyyəyə əsasən, «Nisa» surəsinin 157-ci ayəsinə istinadən buyurulur ki, Həzrət Məsih heç vaxt öldürülmədi, Allah-təala onu göylərə apardı. Sözü gedən ayə də həmin məsələni bəyan edir və buyurur: “Yada sal o zamanı ki, Allah-təala İsaya Dedi: “Mən səni alıb Öz dərgahıma, göylərə doğru aparacağam, səni kafir olanlardan paklayacağam.”

Burada paklıq dedikdə məqsəd ya onun imansız və iyrənc sifətli insanların caynağından xilas edilməsi, ya ona vurulan yersiz ittihamlardan paklaşdırılması, yaxud namərdcəsinə edilən məkr və hiyləgərlik planlarından xilas edilməsidir. Bu da onun dininin qələbəsi sayəsində müyəssər olur.

Sonra əlavə edilir: “Biz sənin ardıcıllarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik.”

Bu ayə Quranın ən böyük möcüzələrindən və öncədən verdiyi qeybi xəbərlərdən biridir. Çünki buyurulur ki, Həzrət Məsihin (ə) ardıcılları həmişə onunla müxalifətçilik edən yəhudilərdən üstün olacaqlar.

Ayənin axırında buyurulur: «Sonra sizin hamınızın qayıdacaq yeri Mənə doğrudur və Mən də sizin ixtilafda olduğunuz məsələ barəsində aranızda mühakimə edəcəyəm.»

Yəni, qeyd olunan qələbələr bu dünya ilə əlaqədardır. Yekun mühakimə və əməllərin nəticəsinin alınması isə axirətdə baş verəcəkdir.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə