Ali məktəb pedaqogikasının predmeti və vəzifələri


Təlimdə monitorinq qiymətləndirmə:mahiyyəti,şərtləri,göstəriciləri



Yüklə 67,42 Kb.
səhifə4/4
tarix24.12.2023
ölçüsü67,42 Kb.
#159213
1   2   3   4
Pedaqogika

Təlimdə monitorinq qiymətləndirmə:mahiyyəti,şərtləri,göstəriciləri
Qiymətləndirmə təlim prosesini tamamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yaratmağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa kömək edir. Qiymətləndirmə bir neçə funksiyanı yerinə yetirir: nəzarət, öyrədici, stimullaşdırıcı, tərbiyə funksiyaları. Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, ədalətli olub-olmamasından asılıdır. Qiymətləndirmə zamanı bəzi şərtləri gözləmək lazımdır: 1) qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik səviyyəsini düzgün əks etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq normalara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır; 2) verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün «kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir. Bu halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz; 3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini — şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında, mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu metodikasına uyğun olaraq təlim materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar. Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət meyarı – 100 bal tətbiq olunur.
İmtahana görə qiymət ballarının hesablanması. Balların maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5 suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla qiymətləndirilir. İmtahanın qiymət meyarları aşağıdakı kimidir: 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir. 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir. 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir. 85 6 bal – tələbənin cavabı əsasən düzgündür. 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam əhatə edə bilmir. 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah edərkən bəzi səhvlərə yol verir. 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır. 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var. 0 bal – suala cavab yoxdur
Yüklə 67,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə