Ali məktəb pedaqogikasının predmeti və vəzifələri



Yüklə 67,42 Kb.
səhifə2/4
tarix24.12.2023
ölçüsü67,42 Kb.
#159213
1   2   3   4
Pedaqogika

Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür. Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Burada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (ictimailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə insanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir.
Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir.
İnkişaf – dəyişmə, bir keyfiyyət halından başqasına keçid deməkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə).
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış. Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini) isə genetik proqramda axtarır. Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiyyət dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində yaranır və aradan qaldırılır
Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr (“İrsiyyət”, “biogenetik”, “Praqmatizm”, “Freydizm”, “İrqçilik”, “Elita” və b.) şəxsiyyətin inkişafını ancaq bioloji amillərlə izah edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, qabiliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir. Sosial amillərin rolunu şişirdən nəzəriyyələr (“Ağ lövhə”, “Azad tərbiyə” və b.) insanı ağ (təmiz) lövhəyə bənzədir, şəxsiyyətin formalaşmasını ancaq sosial amillərlə – tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən özü ilə heç nə gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; həyatda bu lövhənin üstündə nə istəsən yazmaq olar. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr (“Konvergensiya”, “İstedadlılıq”, “İki amil” nəzəriyyələri, “Pedalogiya” və b.) şəxsiyyətin inkişafını iki amillə – irsiyyət və mühitlə izah edirlər. Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli və yanlış olub, şəxsiyyətin inkişafında onun fəal rolunu inkar edir. Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını bir-birinə qarşı qoymaq olmaz. Yalnız bu amillərin dialektik vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda başa düşməyə və həll etməyə imkan verir. Dialektik nəzəriyyə məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın fəallığı isə həlledici rol oynayır. Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun şəxsi fəallığının rolunu da qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o mühitə və tərbiyəyə, habelə irsi imkanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və özünütərbiyəsi də mühüm şərtdir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və sosial amillərin rolunu bitkinin inkişafı ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar (“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).


  1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil nəzəriyyəsindən bəhs edir. Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən götürülmüşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli sürülmüşdür. Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos Komenski (XVII əsr) tərəfindən işlənmişdir. Didaktika təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir. Ali məktəb didaktikası isə ali məktəb pedaqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir. Onun obyekti ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin peşə-ixtisas hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə təlim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrənməkdən ibarətdir. Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya və anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, pedaqoji texnologiya və b.) istifadə edir. Lakin onun özünəməxsus kateqoriya və anlayışlar sistemi vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə), özünütəhsil, fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, təhsilin məzmunu və b. daxildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri, məzmunu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim diaqnostikası, təlim texnologiyaları və s. kateqoriyalara da istinad edir. 48 Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. Onları bir neçə qrupda birləşdirmək olar: 1. Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək və öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər məsələlərini həll edə bilməz. 2. Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir. 3. Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrənmək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətləndirmə” mövzularında nəzərdən keçirilir. 4. Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öyrətmək və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən keçirilir. Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.

Fərdi iş tələbə şəxsiyyəti və onun xüsusiyyətləri:


1.Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları təkcə təlimlə məhdudlaşmayıb, digər fəaliyyət sahələrini də (idman, incəsənət, elmi və ictimai fəaliyyət, şəxsi həyatın təşkili və s.) əhatə edir.
2. Tələbə gəclərin davranışı, mənəvi inkişafı daha çox onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir
3. Tələbələr müstəqilliyə, özlərinin “böyüklüyünü” təsdiq etdirməyə can atır, bəzi müəllimlərin onlara inamsız yanaşmasına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən üstün tutmasına açıq və ya gizli etiraz edirlər.
4. Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə deməkdən çəkinmir, cəsarətli və qorxmazdırlar, daha çox romantik olurlar, xəyallarla yaşayırlar.
5. Gənclər üçün özünütəhlil, təndiq, özünütənqid, özünüqiymətləndirmə səciyyəvidir. Onlar tənqid etməyi xoşlayırlar, başqalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər.
6. Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real, ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in müqayisəsi yolu ilə həyata keçirilir.
7. Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri ixtisaslara şüurlu münasibətlərində özünü göstərir

Yüklə 67,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə