Ali məktəb pedaqogikasının predmeti və vəzifələri



Yüklə 67,42 Kb.
səhifə3/4
tarix24.12.2023
ölçüsü67,42 Kb.
#159213
1   2   3   4
Pedaqogika

Təlimin funksiyaları:
Təhsilverici funksiya – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər aşılamaqda ifadə olunur. Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir. Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini, qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inkişaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əlaqədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək göstərə bilər
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları(mərhələləri)
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənilməsi prosesini yaxşı başa 53 düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə tələbənin öyrənmə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə proseslərindən keçir. İdrak prosesinin pillələrindən hər hansı birinə etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız anlama, anlamasız digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz; mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.
Təhsilin məzmununu əks etdirən sənədlər.Təhsil proqramı
Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır. Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir: a) tədris planı; b) tədris proqramları; c) təhsil proqramları (kurrikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Təhsil proqramı (kurikulum) təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri üzrə təhsiln son nəticələrini, məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Azərbaycanda o, rəsmi sənəd kimi 30 oktyabr 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulumu)” çərçivə sənədi kimi qəbul edilmişdir. Kurikulumun əsas komponentlərini məzmun standartları təşkil edir. Bu standartlar hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişləri (nəyi bilməli? nəyi bacarmalı?) özündə əks etdirir. Kurikulumda təhsilin məzmunu ilə yanaşı onun mənimsənilməsi texnologiyası da (təlimin vasitələri, metod və formaları, nəticələrin qiymətləndirilməsi) öz əksini tapır. Bununla da o, tədris proqramlarindan fərqlənir. Təhsil kurikulumları xaraktercə müxtəlif növlərdə olur: fənyönümlü, şəxsiyyətyönümlü, nəticəyönümlü və s. kurikulumlar.

Praktik və laborator məşğələlər:vəzifələri növləri təşkili


Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir. Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə işlərdəndir. Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər.

Yüklə 67,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə