Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə176/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   172   173   174   175   176   177   178   179   ...   187
Azf-296066

Düşünmək üçün suallar
1. 
Sizə elə gəlmirmi ki, bəzən səbəblə bəhanəni qarışdı-
rırsınız?
2. 
Əsil niyyətinizi tez-tezmi gizlədirsiniz? Gizlətmək 
istəyəndə yalanlara çox əl atırsınız yoxsa gerçəklərə?
3. 
İbadət etmirsinizsə üzrünüz nədir? Gətirdiyiniz bü-
tün dəlillərin bir bəhanə olduğunun fərqindəsinizmi?
4. 
Vicdanınızı bəhanələrlə sakitləşdirirsiniz yoxsa eti-
raflarla?
5. 
Susmamaq üçün bəhanədən yaxud bəhanə gətir mə-
mək üçün sükutdan istifadə edirsinizmi?
6. 
Söz verib yerinə yetirməyəndə olanı deyirsiniz yoxsa 
olmayanı?
7. 
Rəsmi bəhanələriniz çoxdur yoxsa qeyri-rəsmi?
8. 
İnsanlardan gizlətdiyiniz şeyin Allaha gizli olmadığı-
nın fərqindəsinizmi? Yəni həya edirsinizmi?
9. 
Həmsöhbətinizin sizin bəhanəçi olduğunuzu bilməsi 
sizi rahatsız edirmi?
10. 
Hansı halda daha çox bəhanə gətirirsiniz: İnsanlara 
ehtiyac duyanda yoxsa insanlar sizə ehtiyac duyanda?


293
14. İSTEHZA (MƏSXƏRƏ)
“İstehza edənləri məsxərəyə qoyduqları şey (Axirət 
əzabı) məhv etdi”
(əl-Ənbiya, 41).
İstehza və ya məsxərə bir fərdi və ya toplumu ələ sal-
maq, araya qoymaq, əylənmə vasitəsinə, rişxənd mövzu-
suna çevirmək, aşağılamaq, xor görmək, qüsurlu göstərib 
başqalarını güldürmək anlamına gəlir. Allahın Kitabında 
tez-tez təkrarlanan bu kəlmələr ancaq müşrik və münafiq 
kimsələrlə bağlı keçir. Allaha və Axirət Gününə inananlar 
istər möminləri, istər də qeyri möminləri araya qoyan söz 
və davranışlardan çəkindirilmişdir. Çünki sonda kimin nə 
cür olacağı, Axirət dünyasına necə gələcəyi bəlli deyildir. 
Görünən budur ki, bu dünyada istehza və məsxərə küfrün, 
imansızlığın, nifaqın əlamətlərindəndir.
“Dünya həyatı kafirlər üçün süslənmişdir. Onlar iman 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə