Altay cəMİl V ciLD


“Hər müsəlmanın qanı, malı və irzi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə184/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   179   180   181   182   183   184   185   186   187
Azf-296066

“Hər müsəlmanın qanı, malı və irzi 
(namusu, şərəfi)
 digər 
müsəlmana haramdır.”
İBRƏT 
Hz.Ömərin 
(radiyallahu ənh)
xilafəti dövründə 
Hutyə adlı şair bir səhabəni həcv etdi. Xəlifə onun şikayəti 
əsasında şairi çağırtdırıb həcvini oxutdu. Bir beyti çox ağır 
və yozumu çətin olduğundan o dövrün Hassan ibn Sabit 
(radiyallahu ənh)
kimi məşhur şairlərinin rəyi alınaraq həcv 
müəllifinin həbsə atılmasına hökm verdi.
Bir müddət sonra o şair yazdığı bir sıra qəsidələrlə əfv 
dilədi və əshabdan bir çox zatların şəfaəti əsasında həbsdən 
çıxarıldı. Bir daha bu xətanı işləyərsə, ciddi cəzalandırılacağı 
şərtiylə əfv edildi.
Qul müsəlmandısa Din qardaşını həcv eləməz
Qəlbi Quranladısa böylə qələt, səhv eləməz.
“Rəbbim əfv eylər” deyib Haqqa qarşı çox yürümə
Çünki qul haqları var, bəlkə o qul əfv eləməz.
Yamanlıq etmə, etsən arxasınca yaxşılıq et
Pisliyi yaxşılıqdan özgə bir şey ləğv eləməz.
Nəfsini kim tanısa, özgəni öz nəfsi sanar
Heç nə, ey qul, savabı, zülm qədər məhv eləməz.
Qulluğun meyvəsi var, gec-tez onu qul dadacaq
Rəbbini kim tanısa, öz bağını sərv eləməz.


305
İnsan şüurlu və şərəfli yaradılmışdır. Özü kimisini aşa-
ğılaması, onu da cavab vermək zərurəti qarşısında qoyma-
sı şüurlu məxluqa şərəf gətirməz. Xüsusilə, Adəm oğlunun 
inancıyla əylənmək, dini heysiyyətinə toxunmaq heç bir 
çərçivəyə sığışmır. Bu, birbaşa Allahın haqları ilə oynamaq 
və ilahi qeyrəti hərəkətə keçirməkdir. Dinə istehza edənə 
Din Sahibinin Özü istehza edər.
“Onlar möminlərl
ə qarşılaş
dıqları zaman: “Biz də iman 
gətirdik” deyirlər. Halbuki öz şeytanları ilə təkbətək 
qalanda: “Biz də sizinləyik, biz ancaq istehza edirik” 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə