Altay cəMİl V ciLD


“Kim İslamdan başqa bir Din ardınca gedərsə, heç vaxt



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə182/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   179   180   181   182   183   184   185   186   187
Azf-296066

“Kim İslamdan başqa bir Din ardınca gedərsə, heç vaxt 
ondan qəbul olunmaz və o, Axirətdə ziyan çəkənlərdən 
olar”
(Ali-İmran, 85).
“Sizin üçün Din olaraq İslamı bəyənib seçdim” 
(əl-
Maidə, 3)
.
İBRƏT 
İraq bölgəsindən bir adam vardı, İmam Cəfər 
Sadiqdən 
(əleyhissalam)
ayrılmazdı. Həzrət bir ara onu gör-
məyib haralarda olduğunu soruşdu. Biri o adamı aşağıla-
maq üçün “O, Nabatlıdır” dedi.
İmam Sadiq 
(əleyhissalam)
ona buyurdu: “İnsanın əsli 
ağlı, soyu Dini, dəyəri də təqvasıdır. İnsanlar Adəmdə bə-
ra bərdirlər.”
Haqqa gül atmaq ilə güllə atmaq eynidimi?
Xalqa əl uzatmaqla dil uzatmaq eynidimi?
Ərzdə ən duzsuz adam şit sözü ən bol olandır
Südə su qatmaq ilə şəkər qatmaq eynidimi?
İşvə-qəmzə eləmək gözəllərin adətidir
Xalqa naz satmaq ilə namus satmaq eynidimi?
Ölüm bir uzun yuxu, yuxu qısa bir ölümdür
Haqla ölməklə, könül, haqsız yatmaq eynidimi?
Din dəniz, dünya quyu, çıx quyudan, dəryaya dal
Dünyada boğulmaqla, Dində batmaq eynidimi?
Kimi Mövlaya, kimi mənzilə can atmadadır
Komaya çatmaq ilə kama çatmaq eynidimi?
İstehza və məsxərədən bəhs edərkən həcvlərə toxun-
madan ötüşmək mümkün deyil. Çünki həcv elə həmin is-
tehza və məsxərədir. Fərqi bundadır ki, qafiyə ilə olur və 


302
daha təsirlidir. Yadımdadır ki, orta məktəbdə oxuyarkən 
şagirdlərdən birinin bəzi müəllimlər haqqında yazdığı 
bir həcv uzun müddət əldən-ələ gəzərək bütün məktəbi 
silkələmişdi. Halbuki orada yazılanlar heç kim üçün yeni-
lik deyildi, məktəblilər öz ara söhbətlərində bu mövzuya 
onsuz da alışmışdılar.
Həcv dilimizin izahlı lüğətində bir şəxsə, ictimai qu-
ruluşa, yaxud həyatdakı eybəcərliklərə qarşı yönəldilmiş 
istehzalı, kəskin, acı, kinayəli yazı kimi tərif olunur. İstər 
milli, istər Dini ədəbiyyatda onun nümunələrinə rast gəl-
mək mümkündür. Həcv nəzmə çəkilmiş bir bəyan olaraq 
bayağılığı ilə daha çox seçilir. Ona haqq qazandırmaq elə 
məsxərə və istehzaya haqq qazandırmaq kimi bir şeydir. 
Cəmiyyətdəki eybəcərlikləri, əlbəttə, qamçılamaq olar və 
lazımdır. Lakin bu, ədəb çərçivəsini aşmamalı, kiminsə 
şərəf və ləyaqətinə xələl gətirməməlidir. Əgər insanlar 
arasında təhqir, söyüş bəyənilmirsə bunun qafiyəli olması 
bəraət sayılmaz. Həcvi doğuran səbəblər, bir qayda olaraq, 
sağlam deyildir. Onun yazılmasında və yayılmasında kin, 
həsəd, ədavət, şəxsi qərəzlik kimi mənəvi mərəzlər daha 
çox rol oynayır. Möminlər, istər qafiyəli, istər qafiyəsiz, 
hər cür məsxərədən, istehzadan çəkinməlidirlər. İslamda 
həcvə yalnız özünü müdafiə etmək üçün icazə verilir. Yəni 
sən ancaq sənə zülm edəni həcv edə bilərsən.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə