Altay cəMİl V ciLD


“Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə183/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   179   180   181   182   183   184   185   186   187
Azf-296066

“Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər 
görmürsən ki, onlar hər vadidə sərgərdan gəzib dolaşır
-
lar? Və etmədikləri şeyləri deyirlər? Ancaq iman gətirib 
saleh əməl işləyənlər, Allahı çox zikr edən və zülmə uğ
-
radıqda müdafiə olunanlar istisnadır!”

ş-Şüara, 224-227)
Allah Rəsulu 
(salləllahu əleyhi və səlləm)
həcv yazanla-
rın xidmətindən yalnız müharibə şəraitində və ancaq müş-
riklərə qarşı istifadə etmişdir. Düşmənlə savaşda hər silah 
önəmlidir. Söz bunların arasında xüsusi yer tutur. Müşrik 


303
şairlər İslama və müsəlmanlara dil uzatdığından Rəsulullah 
(salləllahu əleyhi və səlləm)
onlara cavab vermələri üçün əsha-
bından tanınmış söz ustadlarını, xüsusən də Mədinəli, 60 
yaşında müsəlmanlığı qəbul edən Hassan ibn Sabiti 
(radiyal-
lahu ənh)
təşviq etmiş, hətta bu məqsədlə məsciddə ona bir 
minbər qoydurmuşdu. Hz.Hassanın şeirləri o qədər təsir-
liydi ki, nəinki bəzi müşrik şairləri susdurmuş, hətta, bir çox 
söz sənətkarlarının İslamı qəbul etməsinə vəsilə olmuşdu.
HƏDİS 
Əl-Bəra ibn Azib 
(radiyallahu ənh)
rəvayət et-
mişdir: “Rəsulullah 
(salləllahu əleyhi və səlləm)
Hassan ibn 
Sabitə: 
“Sən də müşrikləri həcv et, onlara şeirlə cavab ver, 
Cəbrail səninlədir” 
buyurarkən eşitdim.”
* * *
Hz.Aişə 
(radiyallahu ənhə)
rəvayət etmişdir: “Hassan: “Ya 
Rəsulullah, (əmin oğlu) Əbu Sufyan haqqında həcvə mənə 
izn ver” dedi. O da: 
“Mənim onunla əqrəbalıq bağımı necə 
çözəcəksən?”
buyurdu. Hassan: “Sənə ikramda bulunan 
Allaha and olsun ki, mən səni onların arasından kərə yağın-
dan tükü çəkən kimi çəkib çıxarar, ayıraram” dedi. Ardınca 
da: “Şərəfin zirvəsi Haşim xanədanlığındadır. Məhzum qı-
zının oğullarıdır, sənin atan isə kölədir” beytiylə başlayan 
qəsidəsini oxudu.”
Sözün də rəngi olur, həm bəyaz, həm siyahdı söz
Sursatı tükənməyən ən tutarlı silahdı söz.
Batil dörd bir tərəfdən haqqa qarşı hücumdadır
Haqqın ön cəbhəsində ən qüdrətli cinahdı söz.
Söz bütə, bütpərəstə qarşı silah sayılsa da
Sözə də sitayiş var, sanki bütdü, ilahdı söz.
Öyməsin özlərini fatehləri yer üzünün
Kainat bir taxt isə, taxt üstündə bir şahdı söz.


304
İnsan ərzə gələli hər ağzın bir avazı var
Ey qul, “lə ilahə” de, amma “illa Allahdı” söz.
Həcv Qurana və sünnəyə uymazsa, yəni müharibə və ya 
müdafiə ilə əlaqədar deyilməzsə, bir kimsəyə qarşı caiz de-
yildir. Möminin möminə sataşması, şərəfini alçaldan sözlər 
söyləməsi isə, ümumiyyətlə, düşünülməz. Çünki Allah 
Rəsulu 
(salləllahu əleyhi və səlləm)
buyurdu:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə