Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə186/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   179   180   181   182   183   184   185   186   187
Azf-296066

Düşünmək üçün suallar
1. 
İnsana gülmək insana yaraşırmı?
2. 
İnsanların fəzilətlərinə sevinməyiniz çoxdu yoxsa 
nöqsanlarına gülməyiniz?
3. 
Qüsurlu bir insanı ələ salarkən məsxərənizin onun 
qüsurundan daha eybəcər olduğunu düşünürsünüzmü?
4. 
Dünyada ələ salmaq pisdir yoxsa Axirətdə ələ salın-
maq?
5. 
İnsana eyibini görüb gülürsünüz yoxsa gülmək və 
başqalarını güldürmək üçün o kimsədə eyib axtarırsınız?
6. 
İstehza etdiyiniz nöqsanlar özünüzdə yoxdurmu?
7. 
İstehzalı danışıq, təbəssüm yaxud baxış sizdə daxili 
tələbatdı yoxsa zahiri görüntü?
8. 
İstehzanın, adətən, elmdən, mütaliədən uzaq düşən, iç 
aləmi zəngin bulunmayan, yoxsul mənəviyyatlı kimsələrin 
mərəzi olduğunu bilirsinizmi? 


307
9. 
Başqalarını ələ salmanın sizə nə verdiyini deyə 
bilərsinizmi? Bəs nəyi aldığını necə?
10. 
İstehzanın təhlükəsini hiss edirsinizmi? Əgər hiss 
edirsinizsə, təhlükəni kimdən gözləyirsiniz: ələ saldığınız 
adamdan yoxsa onu xəlq Edəndən?
11. 
Mələklər məsxərə etməz, amma şeytan edər. Hansıy-
la bərabərsiniz?
12. 
Sizi ələ salanın cavabını nə cür verirsiniz: Onun 
səviyyəsində yoxsa öz səviyyənizdə?
13. 
Güclüyə gülürsünüz yoxsa zəifə?
14. 
İnsanları yanlarında araya qoyursunuz yoxsa arxala-
rınca?
15. 
İnsanlara güləndə yaxud insanları güldürəndə öz ha-
lınıza ağlayırsınızmı?
5­ci cildin sonu


308
BİOQRAFİK MƏLUMATLAR
Abdullah ibn Mübarək
(h. 118-181) Mərvdə doğulmuş bö-
yük vəli. Türk əsilli olduğu rəvayət edilir.
Abdullah ibn Munazi
(vəfat h. 329) Nişabur alim və zahid-
lərindəndir
Abdulkərim Kuşeyri
(h. 376-465) Böyük vəli, alim. Məş hur 
“Kuşeyri risaləsi” kitabının müəllifidir.
Abdulvahid ibn Zeyd
(Hicri 2-ci əsr) Bəsrə vəlilərindədir.
Abdurrəhman Darani
(vəfatı h. 205) Şam vəlilərindəndir.
Bəyazid Bistami
(vəfatı h. 261) Bistamda doğulmuş 
məşhur vəli. 73 yaşında vəfat etdiyi rəvayət olunur.
Bişr Hafi
(h. 150-227) Böyük vəli. Mərvdə doğulmuş
Bağ dadda dəfn edilmişdir.
Cüneyd Bağdadi
(vəfatı h. 298) Bağdadda dəfn olunmuş 
böyük vəli, alim.
Əbu Hənifə
(h. 80-150) Fiqhdə hənəfi məktəbinin quru-
cusu.
Əhməd ibn Asim əl-Antaki 
(vəfatı h. 239) Zöhdü ilə məş-
hur olan Şam şeyxlərindəndir.
Əbu Səid Xarraz
(vəfatı h. 277) Bağdadda yetişmiş vəli-
lərdəndir.
Əbu Osman ən-Nehdi – 
Tabiindəndir. Bəsrədə dəfn olun-
muşdur.
Əbu Səhl Suluki
(h. 296-369) Nisaburda yetişən Din 
böyüklərindəndir.
Əbu Əli Dəkkak
(vəfatı h. 405) İmam Küşeyrinin mürşidi 
olmuşdur.
Əhnaf İbn Qays
– Bəsrəli tabiinlərdəndir. Peyğəmbərin 
(
salləllahu əleyhi və səlləm
) dövründə yaşasa da onu gör-
məmiş, lakin duasını qazanmışdır.
Əbdüssaməd ibn Ömər
(vəfatı h. 397) Bağdadlı Din bö yük-
lərindəndir.


309
Əhməd ibn Əbul-Həvari
(vəfatı h. 230) Şam zahidlə rindən dir
Əli ibn Muvəffəq
(vəfatı h. 265) Bağdad böyüklərindəndir.
Fəriduddin Əttar
(miladi 1119-1193) İran övliyalarındandır.
Həsən Bəsri
(miladi 641-728) Tabiindəndir. Mədinədə do-
ğulmuş, Bəsrədə dəfn olunmuşdur.
Həbib Əcəmi
– Kəramətləri ilə tanınan Bəsrə vəlilərindən-
dir. Həsən Bəsrinin tələbəsi olmuşdur.
Hatəm əl-Əsam
(vəfatı: miladi 852) Bəlx böyüklərindəndir.
İbrahim ibn Ədhəm
(vəfatı h. 161) Övliyanın böyüklərin-
dəndir.
İbn Sirin
(vəfatı h. 110) Bəsrə böyüklərindəndir. Zöhd və 
təqvası ilə məşhurdur.
İbrahim əl-Həvvas
(vəfatı h. 291) Reydə dəfn olunmuşdur.
İmam Şafi
– Muhəmməd ibn İdris (h. 150-204) Böyük alim, 
vəli. Şafi məktəbinin qurucusu. Misirdə dəfn olunmuşdur.
İbrahim Gülşəni
(miladi 1426-1534) Azərbaycanlı böyük 
vəli. Misirdə dəfn olunub.
Muhəmməd ibn Vasi
(vəfatı h. 120) Tabiinin böyük alim və 
zahidlərindəndir. Bəsrədə dəfn olunmuşdur.
Muhyiddin ibn Arabi
(miladi 1160-1240) Şeyxi-Əkbər kimi 
tanınan böyük vəli. Şamda dəfn olunub.
Malik ibn Dinar
(vəfatı: miladı 748) Böyük vəli. Bəsrədə 
dəfn olunub.
Muhəmməd əz-Zəmahşəri
(miladi 1075-1144) Təfsir alimidir.
Mutarrif ibn Abdullah
(vəfalı h. 87) Tabiinin məşhurların-
dandır.
Mahruq Əfəndi
(vəfatı: miladi 1597) İstanbulda dəfn olun-
muşdur.
Muhəmməd ibn Munqədir
(vəfatı h. 130) Mədinədə dəfn 
olunmuşdur.
Nəsrəddin Tusi
(miladi 1201-1274) Görkəmli Azərbaycan 
alimi.
Ömər Öngüt
– Türkiyədə yaşayan son dövr vəlilərindən dir.
Rəbi ibn Heysəm
(vəfatı: miladi 687) Tabiindəndir. Fələs-
tində dəfn olunub.


310
Rəca ibn Hayvə
– Tabiindəndir. Şamda yaşamışdır.
Ribi ibn Hiraş
(vəfatı h. 104) Kufədə dəfn olunmuşdur.
Sibqatullah Arvasi
(vəfatı: miladi 1870) Qavs ləqəbiylə 
məşhurdur.
Sufyan Sevri
(miladi 715-778) Fiqh və hədis alimi. Bəs-
rədə dəfn olunub.
Səid ibn Vəhb əbu Osman
– Xəlifə Məmunun zamanında 
yaşayıb. Bağdadda dəfn olunub.
Şəqiq Bəlxi
(vəfatı h. 194) Bəlx övliyalarındandır.
Şibli
(vəfatı h. 334) Bağdad böyüklərindəndir. Qəbri Bağ-
daddadır.
Ubeydullah ibn Muhəmməd
(h. 304-387) Dövrünün tanın-
mış alimidir.
Utbətul Qulam
– Bəsrə vəlilərindəndir. Rumlularla savaş-
da şəhid düşmüşdür.
Uveys Qarani
– Rəsulullah (
salləllahu 
əleyhi və 
səll
ə
m
) döv-
ründə yaşasa da onunla görüşə bilməyən böyük vəli. Bir 
mənbəyə görə qəbri Azərbaycanın Ağdaş rayonundadır.
Tavus əl-Yəmani
(vəfatı h. 106) Yəmən böyüklərindəndir. 
Məkkədə dəfn olunub.
Yəhya ibn Muaz
(vəfatı h. 258) Böyük vəli. Nişaburda 
dəfn olunub.
Yəzid ibn Harun əl Vasiti
(h. 118-206) Hədis alimidir.
Yunus ibn Ubeyd
(Vəfatı h. 139) Tabiinin böyüklərin-
dəndir. Bəşrəlidir.


311

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə