Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə181/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   177   178   179   180   181   182   183   184   ...   187
Azf-296066

“Onun qeybətini etdin.”
Söhbətin ən gözəli ürəklərin söhbətidir
Söhbətin ən çirkini erkəklərin qeybətidir.
Hər gülün tikanları, hər arının neştəri var
İynəsiz, tikansız söz bal və ətrin şərbətidir.
Qaş-gözü oynayanın dil-ağızsız nitqindən qorx
Çünki natiqlərin ən, bəlkə də, bədheybətidir.


300
Ən böyük faciə, sözsüz, könül oynarsa olur
Oynama, ey qul, oyan, qəlb Mövlanın məbədidir.
Qəlbi haqqa gətirən ruhla rəfiq olmasıdır
Qəlbi haqdan ayıran nəfsə onun rəğbətidir.
Qəlb var mədən kimidir, qəlb də var ki, mədə kimi
Bu sərvət sandıqçası, o da gübrə səbətidir.
Ey bu dünyanı seçən, o dünyanı gördünmü heç?
Görmədən seçmə ki, bu, damla-dəniz nisbətidir.
Bəzən istehza və məsxərənin fərdlərlə yanaşı toplumla-
ra da yönəldiyini mövzumuzun əvvəlində qeyd etmişdik. 
Allah hər ikisini, yəni həm ayrı-ayrı insanların, həm də 
qövmlərin araya qoyulmasını möminlərə yasaqlamış, bu 
əməlin fasiqlik, zalımlıq olduğunu bildirmişdir.
“Ey iman gətirənlər! Bir qövm başqa qövmə məsxərə 
etməsin. Bəlkə də onlar bunlardan daha xeyirlidirlər. 
Qadınlar da qadınlara (lağ etməsinlər). Bəlkə onlar bun
-
lardan daha xeyirlidirlər. Bir­birinizi ayıblamayın və bir­
birinizi pis ləqəblərlə səsləməyin. İmandan sonra fasiq
-
lik nə pis isimdir. Kim tövbə etməzsə, məhz onlar zalım
-
lardır”
(əl-Hücurat, 11).
İnsan irqini, millətini, nəslini, cinsini özü seçmir. Buna 
görə heç bir məsuliyyət daşımır. O biri dünyada Adəm 
oğlundan hansı irqə, millətə, tayfaya, bölgəyə, cinsə deyil, 
hansı Dinə mənsub olduğu soruşulacaqdır. Çünki bunu şü-
urlu bir məxluq kimi özü seçir. Allahın seçimi isə bəllidir.
“Həqiqətən, Allahın yanında yeganə Din İslamdır”
(Ali-İmran, 19).


301

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə