Altay cəMİl V ciLD


“Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə178/187
tarix22.02.2023
ölçüsü1,07 Mb.
#101282
1   ...   174   175   176   177   178   179   180   181   ...   187
Azf-296066

“Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman 
gətirin!” – deyildiyi zaman: “Biz də səfehlər kimi iman
-
mı gətirək?” deyirlər. Bilin ki, səfeh özləridir, lakin 
bilməzlər”
(əl-Bəqərə, 13).


295
İnsan bilmədiyini bilməyəndə, qanmazlığını qanmayıb 
cahilliyini anlamayanda bildikləri, qandıqları, anladıqla-
rı da ona fayda verməz. Eyiblərə, qüsurlara gülmək olar. 
Çünki gülüş də nöqsanlara qarşı bir mübarizə vasitəsidir. 
Səhabələr camaat olaraq sübh namazını qıldıqdan sonra 
zikrlə məşğul olar, eyni zamanda cahiliyyə dövründəki 
bütlərlə bağlı xatirələrini danışıb gülərdilər. Rəsulullah 
(salləllahu əleyhi və səlləm)
söhbətlərə qarışmaz, amma irad 
da tutmayıb təbəssüm edərdi.
Eyibə, qüsura gülmək bir şey, ayıblıya, qüsurluya gül-
mək tamam başqa şeydi. Bunun özü böyük bir eyib, qüsur-
du. Allahı tanıyan, Rəbbini bilən Onun yaratdıqlarını ələ 
salmaz. Yaradan Odur. Ələ salanlar ya Onu tanımır, ya da 
unutmuşlar.
“Xatırlayın o vaxt
ı
 ki, Musa öz qövmünə: “Allah sizə 
bir inək kəsmənizi əmr edir!” dedi. Onlar isə: “Bizi 
məsxərəyəmi qoyursan?” – dedilər. 
(Musa)
“Allah Özü 
məni cahil olmaqdan saxlasın!” dedi”
(əl-Bəqərə, 67).
İBRƏT 
Bir camaat Maristana gəlir və orada cin çarpmış 
bir gənclə qarşılaşıb onunla əylənməyə başlayırlar. Gənc 
onlara bu şəkildə səslənir: “Bu əlvan libaslı, xoş rahiyəli 
bədənlər, əylənməyi sərmayə, adiliyi də peşə edənlər. Qa-
falarında elm yox. Zatən insandan da sayılmazlar.”
Əylənmək xatirinə gəncdən soruşurlar: “Sən elm sahi bi-
misən? Gəl səndən bəzi şeylər soruşaq.”
– İstədiyinizi soruşun. Allaha and içirəm ki, mən çox 
məsələdə elm sahibiyəm.
– Həqiqi comərd kimdir?
– Bir günlük azuqəyə layiq olmadığınız halda sizin 
kimilərə hər gün ruzisini verən Allah comərdlərin ən co-
mər didir.
– İnsanlardan ən az şükür edən kimdir?


296
– Bir bəladan Allahın inayəti ilə qurtulduğu halda, qur-
tuluşu başqa səbəblərdə arayan, ibrət almayan, nəfsinə 
nökərçilik edən kimsə!
Dinləyənlər bu cavablardan çox sarsılaraq gəncin qolun-
dan yapışdılar:
– Bizə gözəl əxlaqı öyrət.
– Gözəl əxlaq bu anda bulunduğunuz durumun tərsidir.
Sonra gənc ağlamağa başlayıb dedi: “Ey Allahım! Mənə 
ağlımı geri vermirsənsə, barı gücümü geri ver ki, bunları 
bir-bir şapalaqlayım.”
Sanma sağlam şüurun, təfəkkürün məhsuludur
Rişxənd saxta qürurun, təkəbbürün məhluludur.
Bildiyi, bilmədiyi gerçəyi insan dolamaz
Özü gerçəkliyin ən məlumu, ən məchuludur.
Gülürsən gül günaha, günahkara gülmə, kişi
Bəlkə səndən daha artıq kişinin oğuludur.
Bəşər bir qul olaraq qulluq üçün xəlq edilib
Sorma qulluq necədir, sor Kimin insan quludur?
Ağla, Adəm balası, gülmə, görsən kimdə eyib
Qanmaz qəşş etsə də bu, qananların üsuludur.
Təbəssüm üz nurudur tövbəsi məqbul könülün
Dünya üç gündü, tələs, bu gün Onun qəbuludur.
Mətin ol, ey millətim, qarşıda Məhşər Günü var
Özünə gün ağlayan millətin ən məsuludur.
İslam möminləri hər cür istehzalı davranışlardan, o 
cüm lədən, başqalarında gülüş doğuracaq ikibaşlı kəl mə-
lər dən, ziddiyyətli mənalar verən cinaslardan çəkin dir-


297
mişdir. Məsələn, Rəsulullah 
(salləllahu əleyhi və səlləm)
Dinin 
hökmlərini təbliğ edərkən bəzi müsəlmanlar ona: “Raina , ey 
Allahın Rəsulu” deyə xitab edərdilər. Ərəb dilində “Bizi qoru, 
bizi gözlə, bizə nəzər sal” anlamına gələn bu kəlmə ibrani 
dilində söyüş, təhqir mənasında işlənirdi. Yəhudilər də bunu 
fürsət bularaq həmin sözdən Peyğəmbərə və müsəlmanlara 
qarşı bir istehza vasitəsi kimi istifadə edir dilər. Bu səbəbdən 
Allah Təala “raina” sözünü ərəbcə eyni mənanı daşıyan “un-
zurna” kəlməsi ilə əvəz etməyi buyurdu:

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə