Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

38 

 

Marqianadakı üsyan demək olar ki, qan içində boğulmuĢdu (e.ə. 522-ci il). Burada 



55 min adam qətlə yetirilmiĢ, 7 mini əsir alınmıĢdı. Belə çıxır ki, irandilli əhəmənilər 

Orta Asiya «irandilliləri» ilə dil tapa bilməmiĢlər. 

Ġndi  görək  antik  yunan  mədəniyyəti  mühitindən  qidalanmıĢ,  dünyanın  ən 

Ģöhrətli  filosoflarından  dərs  almıĢ  Makedoniyalı  Ġsgəndər  nələr  etmiĢdir:  «Soğdun 

qəhrəman  xalqı  olduqca  böyük  itkilərə  baxmayaraq  təslim  olmaq  istəmirdi...  Onlar 

Ġsgəndərin  təyin  etdiyi  satrapa  itaət  etmək  istəmirdilər.  Qarət  olunmuĢ  və 

müflisləĢdirilmiĢ  ölkə  yenidən  iĢğalçılara  qarĢı  üsyan  qaldırır.  Üsyanı  yatırtmaq 

məqsədi ilə Ġsgəndər özünün 20 minlik ordusunu beĢ dəstəyə bölür. Məmləkətin bir 

ucundan girib o biri ucundan çıxan Ġsgəndər rast gəldiyi hər bir insanı qətlə yetirir». 

Siciliyalı  Diador  yazır:  «Üsyankar  soğdları  təqib  edən  Ġsgəndər  120000  adam 

öldürür». (6,97). 

Eftalitlər  darmadağın  edildikdən  sonra  Orta  Asiya  Türk  xaqanlığının 

tərkibinə daxil olur: «VI  əsr Orta Asiya üçün iqtisadi və mədəni yüksəliĢ dövrü idi. 

ġəhərlər  böyüyür  və  varlanırdı,  əkinçilik,  sənətkarlıq  və  ticarət  çiçəklənirdi.  Bu 

dövrdə soğdlar bacarıqlı və təcrübəli vasitəçi tacirlər kimi çıxıĢ edirdilər. Onlar Çin 

və Aralıq dənizi ölkələri ilə müntəzəm əlaqə yaratmıĢdılar; bundan ötrü onlar karvan 

yollarından  istifadə  edirdilər.  Jujanların  qarətkarlığı  və  eftalitlərin  öz  qonĢuları  ilə 

apardığı  ardı-arası  kəsilməyən  müharibələr  ticarətin  inkiĢafına  mane  olurdu. 

Soğdiananı steplə (çöllə) birləĢdirən türkütlər ticarət üçün gözəl imkanlar açdılar və 

soğd tacirləri Türküt xanlarının təbəələri oldular. Türklər üçün belə təbəənin olması 

əlveriĢli idi. Beləcə Orta Asiya xaqanlığın ayrılmaz hissəsi oldu» (10,44). 

Beləliklə,  soğd  tacirləri  tamamilə  haqlı  olaraq  Orta  Asiyanın  türkütlər 

tərəfindən  fəth  edilməsini  öz  iĢlərinin  tərəqqisi  və  çiçəklənməsi  hesab  edirdilər. 

Əslində  Çin  yolu  açıq  və  təhlükəsiz  idi.  Türklər  özləri  qarət  etdikləri  və  xərac 

formasında  aldıqları  ipəyi  hara  qoysunlar?  Bu  iĢdə  vasitəçilik  edən  indiyə  qədər 

görünməmiĢ  miqdarda  qazanc  əldə  edə  bilərdi.  Lakin  bunu  Ġran  Ģahı  ilə 

razılaĢdırmaq  lazım  idi.  Ġstəmi  xan  öz  tərəfindən  yeni  təbəələrinin  arzularını 

istəklərini  yerinə  yetirməyə  razılıq  verdi;  bu  onun  ən  yaxınlarının  istəkləri  ilə  üst-

üstə düĢürdü. Ġstəmi xan Ġranla danıĢıq aparmağı soğdların özlərinə tapĢırır. Ġran Ģahı 

nə yol verməyə, nə də Bizansla ipək ticarətində vasitəçiliyə razılıq vermir. Bu məsələ 

bizi  o  qədər  də  maraqlandırmır.  Əsasən  söhbət  Kanq-Səmərqənd  dövləti  ilə  Qərbi 

Türk xaqanlığı arasında qarĢılıqlı münasibət və etimaddan gedir. L. N. Qumilyovun 

bu  barədəki  fikir  və  Ģərhlərinin  xülasəsi  bizdə  bütöv  təsəvvür  yarada  bilər.  BaĢqa 

dövlətlər  kimi  Kanq  (Səmərqənd)  də  türklərə  xərac  verirdi.  Onlar  təkcə  özlərinin 

istehsal  etdikləri  ipəyi  yox  Qərbi  Türk  xaqanlığının  baĢqa  ölkələrdən  xərac  kimi 

aldıqları ipəyi də çoxlu qazanc götürməklə xırıd edirdilər. Əgər Ġran maneəsi aradan 

götürülsə  soğdiana  qızılla  dolardı.  Xaqanlığa  var-dövlət  Orta  Asiya  və  Tarım 

hövzəsindən  axıb  gəlirdi.  Bunun  müqabilində  xaqanlıq  da  lazımi  Ģərait  yaradırdı. 

Orta  Asiya  dehqan  və  tacirləri  Qərbi  Türküstan  xanlarından  o  qədər  yaxĢılıqlar 



39 

 

görmüĢdülər ki, özləri xaqanlıq taxtı-tacının möhkəm dayaqlarına çevrilmiĢdilər. VII 



əsrin əvvəllərində Orta Asiya özünün iqtisadi və mədəni çiçəklənməsinin zirvəsində 

idi. Ticarət, əkinçilik, sənətkarlıq sürətlə inkiĢaf edir, dini kultlar bir-biri ilə sülh və 

əmin-amanlıq  Ģəraitində  yola  gedirdi.  Ġpək  Çindən  Bizansa  axır,  yolda  qismən 

Buxarada, Səmərqənddə, Çaçda (DaĢkənd), QaĢqarda, Kuçada və Turfanda ağır qızıl 

külçələri Ģəklində toplanıb qalırdı. Bunlardan tacir və dehqanların arvadlarına bəzək 

Ģeyləri hazırlanırdı.  Lakin  bütün  bu rifah  soğdiananın  (yəni  Kanqın)  Türküt  xanına 

tabeliyi sayəsində mümkün olmuĢdu. 

Nə  qədər  qəribə  olsa  da  Orta  Asiya  vilayətlərinin  mədəni  yüksəliĢi  siyasi 

özünüdərkin fövqəladə dərəcədə aĢağı səviyyəsi ilə yola gedirdi. 

Soğdiana  (Kanq)  VII  əsrdə  kiçik  knyazlıqlara  parçalanmıĢdı;  onun 

birləĢmək  üçün  qüvvəsi  yox  idi  (L.  N.  Qumilyovun  «qüvvə»  dedikdə  nəyi  nəzərdə 

tutduğu  məlum  deyil  -  M.  A.).  Axı  yalnız  siyasi  birlik  ticarət  karvanlarının,  çox 

gözəl, zəngin məhsul verən bağların, Ģəhərətrafı emalatxanaların təhlükəsizliyinə və 

s. təminat verə bilərdi. 

Zənnimizcə,  L.  N.  Qumilyovun  Orta  Asiyada  siyasi  birliyin  olmaması 

barədə  çıxardığı  nəticənin  səbəblərini  anlamaq  üçün  yenə  elə  həmin  müəllifin 

özünəcə müraciət etmək gərəkdir. 

Görkəmli  tarixçi  yazır  ki,  AĢina  xanları  ölkəyə  lazımi  dinclik  təmin 

etmiĢdilər. Və öz təbəələrinin daxili iĢlərinə qarıĢmırdılar. Soğdiana (Kanq) Ģəhərləri 

öz  muxtariyyatlarını  hifz  edir  və  yalnız  hədsiz  qazanclı  ticarətdən  əldə  etdikləri 

gəlirin  bir  hissəsini  xərac  Ģəklində  xanlara  verirdilər.  Soğdiyalılar  (Kanqlılar) 

xaqanlığın həyatında olduqca fəal iĢtirak edirdilər. Karvan ticarətinin inkiĢafına olan 

maraq onların davranıĢının siyasi xəttini müəyyənləĢdirirdi. 

L.  N.  Qumilyovun  təsvirindən  «metropoliya»  ilə  müstəmləkələr  arasında 

(əgər  müstəmləkə  demək  mümkündürsə)  unikal  münasibətlər  yarandığını  görürük. 

Burada  «iĢğalçı  zülmündən  cana  doymuĢ»  əhalinin  üsyanlarından  və  bu  üsyanları 

amansızlıqla  yatırdan  istilaçılardan  söhbət  getmir.  Yerli  hakimiyyət  orqanlarını 

məhdudlaĢdıran,  onların  hər  hansı  fəaliyyətini  təzyiq  altına  alan  nəzarətçilərdən  də 

heç danıĢılmır. Türk xaqanlığı bu yerlərə öz hakimiyyətini qəbul etdirənə qədər yerli 

hökmdarlar  necə  davranmıĢlarsa,  eləcə  də  fəaliyyət  göstərirlər.  Orta  Asiya 

xalqlarının  dini  inanclarına  da  müdaxilə  edilmirdi.  Daha  doğrusu,  Orta  Asiyada 

xaqanlıqda olduğu kimiydi - göy allahına (tenqri), əcdadların ruhuna sitayiĢ vardı.  

Belə 

görünür,  yerli  hökmdarlar  beynəlxalq  münasibətlərdə  də 



sərbəstliklərini  saxlayırdılar.  (Yəqin  ki,  Türk  xaqanlığının  əleyhinə heç  bir  danıĢığa 

giriĢməmək Ģərti ilə). 

Türklər  xaqanlıq  adından  diplomatik  danıĢıqlar  aparmaq  üçün 

Səmərqəndlilərdən ibarət dipdomatik heyət də təĢkil edirlər. Ġran və Çin kimi böyük 

dövlətlərlə  danıĢıq  aparmıĢ  diplomatik  heyətlər  barədə  məlumatımız  var.  Bunu 

soğdların ipək ticarətində səriĢtəli olmaları ilə izah etmək, əlbəttə, düzgün deyil. Çin 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə