Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

42 

 

arasında ziddiyyətlər  xilas  edir.  Uzun  müddətli mühasirədən  sonra  Maykənd alınır. 



Ərəblər indiyəcən görmədikləri sərvət və çox zəngin cəbbəxana ələ keçirirlər. Buranı 

qarət edib Buxaraya üz tuturlar.  

Paykənd  faciəsi  Mavəraünnəhrlilərə  nə  qədər  təhlükəli  düĢmənlə 

qarĢılaĢdıqlarını  əyani  göstərir!  Soğdun  ayrı-ayrı  hakimləri  türkləri  köməyə 

çağırırlar. Buxara yaxınlığında qızğın döyüĢlər olur. Ərəb qoĢunu mühasirəyə düĢür. 

Fitnə  ustası  olan  Küteybə  gizli  Ģəkildə  həm  Səmərqənd  çarının,  həm  də  türklərin 

yanına adamlar göndərir, müttəfiqlər arasına təfriqə salır. Beləliklə, onların ittifaqını 

parçalayır.  Bu  zaman  Küteybəyə  köməyə  yeni  dəstələr  gəldilər,  onların  köməyi  ilə 

mühasirədən  çıxır.  Lakin  çox  itkilər  verdiyinə  görə  Mavəraünnəhri  fəth  etmək 

planından hələlik əl çəkib Mərvə qayıdır (6.310). 

708-ci ildə Küteybə yeni qüvvələrlə Mavəraünnəhrə hücum edir. Ramidanı 

ala bilir, lakin Buxaranı ala bilməyib böyük itkilər verərək geri qayıdır. 

709-cu ildə olduqca böyük qüvvələrlə hücuma keçib Buxaranın həndəvərinə 

çatır.  Buxara  əhalisi  əvvəllərdə  olduğu  kimi  soğdları  və  türkləri  köməyə  çağırırlar. 

Qanlı döyüĢlər baĢ verir. Müdafiəçilərin müqavimətini qırmaq olmur. Onlar ərəblərə 

qüvvətli  zərbələr  endirirlər.  Küteybə  məğlubiyyətdən  qorxaraq  soğd  çarı  Tərxunun 

yanına  elçi  göndərir  ki,  «ərəblər  müəyyən  vaxtdan  sonra  çıxıb  gedəcəklər.  Onda 

türklər Tərxuna hücum edəcəklər, çünki soğd o qədər zəngin və gözəldir ki, türklər 

onu  almaq  istəyəcəklər».  Tərxun  məsləhət  istəyir.  Ona  olduqca  məkrli  məsləhət 

verilir:  Küteybə  ilə  sülh  müqaviləsi  bağlasın  və  türklərə  belə  xəbər  göndərsin; 

«Ərəblərə böyük kömək gəlməkdədir». Bunu eĢitcək türklər çıxıb gedəcəklər. 

Tərxun bu məsləhətə əməl edir. Ərəblərə qarĢı olan koalisiya dağılır və ərəb 

qoĢunları Buxaranı ala bilir (6.310,311). 

Hadisənin  bundan  sonrakı  gediĢi  «Özbəkistan  SSR  Tarixi»ndə  belə  təsvir 

olunur: 709-cu ildə Küteybə Buxaranı nisbətən asanlıqla ələ keçirir. Bu hadisə baĢqa 

hakimlərə, hətta bunlardan ən böyüyü olan  - Səmərqənd hakimi Tərxuna güclü təsir 

göstərir. O, toqquĢmadan çəkilib  ərəblərlə sülhə getmək istəyir. «O öz adamları ilə 

Küteybənin  hərbi  düĢərgəsinin  yaxınlığında  dayanıb  sülh  müqaviləsi  bağlamaq 

təklifi ilə elçi göndərdi; müqaviləyə görə Tərxunun ərəblərə müntəzəm olaraq xərac 

verəcəyi  ifadə  olunmuĢdu.  Küteybə  sülhə  razılıq  verdi,  lakin  girovlar  tələb  etdi» 

(17,40). 

Tərxunun bu hərəkəti Səmərqəndlilərə çox pis təsir göstərir. Növbəti xərac 

verilərkən  (710-cu  ildə)  onlar  Tərxunu  hakimiyyətdən  kənar  etdilər,  yerinə  Qürəyi 

qoydular. (Qurək Ģəxs adı deyim baxımından Beyrək, Səyrək, Ellək, Nizək, Amrak, 

Tabaq,  Dukak  kimi  qədim  türk  adları  ilə  səsləĢir;  Kəngər-peçeneqlərin  X-əsrdəki 

xanlarından birinin adı Turaq olmuĢdur). 

Qurək  710-cu  ildən  737-ci  ilədək  Ģahlıq  etmiĢ,  vaxtının  böyük  hissəsini 

ərəblərə qarĢı mübarizədə keçirmiĢdir. Onun hakimiyyətə gətirilməsi Ⅶəmərqəndlə 




43 

 

ərəblərin  mübarizəsi  tarixində  böyük  hadisə  hesab  olunur.  Aydın  idi  ki,  ərəblər 



Səmərqənddə böyük müqavimətlə qarĢılaĢacaqlar. 

Küteybə  Səmərqəndə  qarĢı  hərbi  yürüĢə  712-ci  il-də  baĢlayır.  Yolüstü  bir 

sıra  qələbələr  qazandıqdan  sonra  həmin  ildə  Səmərqəndə  qarĢı  hərbi  əməliyyatlara 

baĢlayır.  Bəzi  məlumatlara  görə  Qurək  Səmərqəndə  qədər  ərəblərlə  artıq  döyüĢə 

giriĢmiĢdi. Lakin ərəblərin üstün qüvvələri onu Səmərqəndə çəkilməyə məcbur etdi; 

Qurək əsas döyüĢə burada giriĢdi (17, 140-141). 

B.  Q.  Qafurovun  «Taciklər»  kitabında  həmin  döyüĢlər  barədə  nisbətən 

müfəssəl  məlumatlar  var.  Məkrli  Küteybə  guya  hakimiyyətdən  salınmıĢ  Tərxunun 

qisasını  almaq  adı  ilə  Səmərqəndə  hücum  edir.  Güclü  müqavimətlə  ərəb  ordusuna 

ağır zərbələr endirən Səmərqəndlilər nəhayətdə açıq döyüĢdə düĢmənin qat-qat artıq 

qüvvələrindən  müdafiə  oluna  bilməyib  qala divarlarının  içərilərinə  çəkilirlər.  Onlar 

kömək  üçün  Çaçın  çarına,  Türk  xaqanına,  Fərqanə  hakiminə  müraciət  edirlər. 

Səmərqəndə  kömək  üçün  Ġnel  xaqanının  oğlunun  komandası  altında  ordu  hərəkət 

edir.  Lakin  ərəblər  bundan  xəbər  tutub  qəflətən  hücum  edərək  qoĢunu  pərən-pərən 

salırlar.  Səmərqənd  ətrafında  ağır  döyüĢlərdən  sonra  ərəblər  qələbə  əldə  edirlər, 

Səmərqənd mühasirəyə alınır. 300 divar. deĢən qurğu gecə və gündüz Səmərqəndin 

qala  divarlarını  dəlik-deĢik  edir.  Bir  tərəfdə  divarda  iri  yarıq  əmələ  gəlir. 

Səmərqəndlilər  onu  bağlaya  bilirlər;  Onlar  atdıqları  oxlarla,  qaladan  çıxıb 

döyüĢməklə  ərəb  qoĢunlarına  zərbələr  vururlar.  ġəhər  əhalisi  bir  ay  müddətində 

qəhrəmanlıqla  müdafiə  olunur,  lakin  nəhayətdə  məğlubiyyətə  uğrayırlar.  Qurək 

Səmərqənd  üçün  çox  ağır  olan  müqaviləni  imzalamalı  olur.  Bu  müqaviləyə  görə 

ərəblərə  eyni  vaxtda  2  milyon  dirhəm  ödənilməli,  3  min  sağlam  bədənli  qul,  dini 

məbədlərdəki  sitayiĢ  bütləri  xəzinəsi,  həmçinin  hər  il  200  min  dirhəm  (xərac) 

verməli idi. Bundan əlavə Səmərqəndlilər öz Ģəhərlərində müsəlmanlar üçün məscid 

tikməli  idi.  Onların  üsyanından  ehtiyat  edən  Küteybə  Ģəhərdə  müəyyən  miqdarda 

ərəb  qoĢunu  saxlayır.  Lakin  Səmərqəndlilərin  azadlıq  ruhu  qırılmır.  712-ci  ildə 

Səmərqənd əhli ona (ərəb valisinə) qarĢı üsyan edir. Valiyə türklərin padĢahı xaqan 

da  hücum  edir.  Yalnız  713-cü  ildə  Küteybənin  əsas  ərəb  qoĢunları  ilə  gəliĢi  ərəb 

qarnizonunu  məhv  olmaqdan  xilas  edir.  Bu  hadisələr  barədə  qədim  türk 

mənbələrində  maraqlı  məlumatlar  vardır.  Bu  məlumatlara  görə  türk  qərargahına 

Səmərqənd  elçiləri  gəlir.  Bununla  bağlı  Gültəkinin  Ģərəfinə  ucaldılmıĢ  böyük 

kitabədəki  yazıda  deyilir:  soğd  xalqına  əmin-amanlıq  təmin  etmək  üçün  türklər 

«Dəmir qapı»ya qədər (indiki Baysuntau) yürüĢ etdilər. 

713-cü  ildə  ərəblərə  qarĢı  Türk  xaqanlığı  və  o  dövrdə  hələ  ərəblərə  tabe 

edilməmiĢ  üç  iri  dövlət  -Səmərqənd,  Çaç  və  Fərqanə  bir  koalisiyada  çıxıĢ  edir 

(17,314).  714-cü  ildə  Küteybə  Orta  Asiya  müttəfiqlərinə  köməyə  gələn  türklərin 

yolunu kəsmək istəyir. 

VIII  əsrin  birinci  rübündə  ərəblərə  qarĢı  mübarizədə  daha  bir  Ģəxsin  adı 

çəkilməyə baĢlayır. «VIII əsrin birinci rübündə Səmərqənd üçün ağır mərhələ olan, 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə