Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

46 

 

qanlı  əməliyyatlar  və  tədbirlər  keçirdikdən  sonra  Cəbrail  ibn  Yəhya  Səmərqəndi 



almağı qarĢısına  əsas məqsəd qoyur. «Burada mübarizə ərəblər üçün xüsusilə çətin 

idi; belə ki, burada təkcə Muğanna ardıcıllarının fanatik nifrəti ilə deyil, həm də əsas 

etibarı  ilə  Sırdəryanın  o  biri  tərəfindən  gəlmiĢ  böyük  sayda  türklərlə  üzləĢməli 

oldular». 

Muğannanın  ardıcılları  Kermindən  Pənckəndə  qədər  olan  ZərəfĢan 

vadisinin  müdafiəsinə  fəallıqla  hazırlaĢırdılar.  Onların  müttəfiqləri  olan  türklər 

özlərinin  çevik,  coĢğun  və  bacarıqlı  çıxıĢları  ilə  ibn  Müslümün  hərbi  düĢərgəsinə 

ərzaq və sursat gətirilməsinə mane olurdular. Herat hakimi Səid hökumət qoĢunlarına 

ərzaq  kimi  10  min  qoyun  gətirərkən  türklər  ZərəfĢanın  sol  sahilində  Ərbican  və 

Zerman arasında bütün heyvanları ələ keçirib özləri ilə qənimət kimi aparmağa nail 

oldular. 

780-ci ildə Muğannanın tərəfdarları Buxarada yenidən baĢ qaldırır. Burada 

Muğannanın  mənĢəcə  türk  olan  Gülərtəkin  adlı  sərkərdələrindən  bir  daha  coĢğun 

fəaliyyət  göstərirdi.  Görünür,  onun  sərəncamında  yaxĢı  silahlanmıĢ  süvari  türk 

dəstəsi və Muğannanın tərəfdarları vardı (17,172). 

Mavəraunnəhr  əhalisinin  ərəb  istilaçılarına  qarĢı  üsyanları  ara  vermir.  Ən 

böyük  üsyan 806-cı  ildə ibn  Leysin  baĢçılığı ilə  kükrədi.  Xəlifənin  Səmərqənddəki 

valisi öldürüldü. ġəhər bir müddət üsyançıların əlində qaldı. Həmçinin köçəri türklər 

də üsyançıların köməyinə gəldilər. 

704-cü  ildə  Qərbi  Türk  xaqanlığı  süqut  etdikdən  sonra  Semireçyedə 

hakimiyyət  türkəĢlərin  əlinə  keçir.  Onlar  qara  və  sarı  türkəĢlərə  bölünürdülər.  Qara 

türkəĢlərin baĢında Səmərqəndlilərin ərəblərlə mübarizəsində dəfələrlə onlara kömək 

etmiĢ Sulu xan dururdu. 

Yuxarıda verdiyimiz məlumatların müəllifləri özlərinə sual verməyiblər ki, 

türklər  nə  üçün  Orta  Asiya  əhalisinin  köməyinə  bu  dərəcədə  müntəzəm  və  ardıcıl 

gəliblər,  köçərilərlə  oturaqların  belə  münasibətləri  hansı  əsasda  yarana  bilərdi?  Nə 

üçün  oturaq  Orta  asiyalılarla  oturaq  əhəmənilər  və  oturaq  yunanlar  əmin-amanlıq 

Ģərantində  yola  gedə  bilməmiĢlər?  Onlara  qarĢı  üsyanlar  nədən  ötrü  imiĢ?  Sovet 

tarixçiləri  faktların  bu  cür  düzümünə  əhəmiyyət  və  diqqət  verməmiĢlər  Lakin 

hadisələrin mahiyyəti nə qədər ört-basdır edilirsə edilsin, faktların üzü çox bərk olur. 

Cavab  aydındır:  Türklər  müxtəlif  adlı  türk  qurumlarından  ibarət  Orta  asiyalılarla 

eyniköklü  idilər.  Orta  Asiya  köçəri  türklərin,  o  cümlədən  AĢina  (Bozqurd) 

türklərinin  Altay  kimi  ana  yurdu  idi.  Hunların  və  AĢina  türklərinin  dini  inancları 

kəngərlərin  və  baĢqa  türk  etnoslarının  etiqadları  ilə  eyni  idi  -  Tanrıçılıq!  Onların 

hakimiyyət  mövqeləri  toqquĢmurdu,  əksinə  bir-birini  tamamlayırdı.  Qərbi  Türk 

xaqanlığının  Orta  Asiyada  ticarətin  və  kənd  təsərrüfatının,  sənətkarlığın  inkiĢafını 

qorumaq  üçün  lazım  gələndə  qoĢun  göndərməsi  bununla  bağlı  idi.  Türk  xaqanları 

Orta Asiya üçün himayəçi idilər. 




47 

 

Bununla da türklərin yalnız XII - XIII əsrlərdən atdan düĢüb oturaq həyata 



baĢlamalardı  haqqında  Ģablon  fikri  qətiyyətlə  rədd  etməliyik.  Orta  Asiya  və 

həndəvərindəki  Ģəhərsalma  ənənələri  də  bunu  sübut  edir.  Qədim  türk  etnoslarının 

bəziləri  eradan  çox-çox  əsrlər  qabaq  oturaqlaĢmağa  baĢlamıĢlar.  Eradan  əvvəlki 

minilliklərdə  Orta  Asiyanın  aparıcı  etnosu  olmuĢ  sakların,  massagetlərin, 

sarmatların,  alanların  və  b.  irandilli  sayılması  tarixin  eybəcər  hala  salınması 

nümunəsidir. Lakin tarixi həqiqət nə vaxtsa üzə çıxır. 

Deməli,  türk  xaqanlığı  ilə  Orta  Asiya  əhalisi  arasındakı  mehriban,  iĢgüzar 

münasibətlərin ən əsas  və  baĢlıca  səbəbi  onların  eyni  soy  kökünə mənsub  olmaları 

idi. Həqiqət budur. 

 

TÜRKÜSTANI ƏRƏB ORDULARI YOX, QURAN FƏTH ETDĠ 

 

Hər  hansı  cahanĢümul  ideologiya  meydana  gələndə  təkcə  özünün 



üstünlüklərini təbliğ etməklə kifayətlənmir, özündən qabaqkı mədəni irsə qarĢı çıxır. 

Xristianlıq  çoxallahlılıqla  mübarizə  Ģüarı  altında  antik  dünyanın  mədəniyyət 

sahəsində  əldə  etdiyi  misilsiz  nailiyyət  nümunələrini  də  məhv  etdi.  Nəyə  görə?  Öz 

ideologiyasının  cəmiyyətdə  daha  rahat,  daha  möhkəm  bərqərar  olması  xatirinə. 

Avropa  renessansından  əvvəl  meydana  gəlmiĢ  islam  renessansı  antik  yunanların 

dəqiq  elmlər  və  fəlsəfə  sahəsindəki  nailiyyətlərini  səliqə  ilə  üzə  çıxarıb  öyrənməyə 

və  yaymağa  baĢladı.  Kilsə  də  antik  dünyanın  incəsənətini,  heykəltəraĢlıq  və 

rəssamlığını  həmçinin  bəzi  filosofların  traktatlarını  özəlləĢdirərək  ideologiyasına 

uyğunlaĢdırdı,  aĢkarda  məhv  etdiklərini  sonradan  özününkü  etdi  (Kommunist 

ideologiyasının  kilsə  və  məscidləri  yerlə-yeksan  etməsi  ilə  müqayisə  edin). 

Müsəlman dini də aliliyini təbliğ edə-edə bütləri sındırdı. Yeni ideologiyanı sürətlə 

yaymaq arzusundan o qədər daxili enerji toplanır ki, bunun güclü təzyiqi nəticəsində 

özündən əvvəlki görüĢləri və bunlarla bağlı mədəni irsi məhv etmək əməlləri böyük 

vüsət  alır.  Bütün  bunlar  dəfələrlə  təkrar  olunduğuna  görə  bir  qanunauyğunluğa 

çevrilir.  Yeni  ideologiya  nə  qədər  cazibədar  olursa-olsun,  onun  yayıcılarının  Ģəxsi 

keyfiyyətlərindən çox Ģey asılı olur. 

Lakin bu məsələdə Türküstanın bəxti gətirməmiĢdir. Buraya islamı yaymaq 

adı ilə  gələn ərəb  qoĢunlarının  sərkərdəsi nə  islama, nə  insanlığa hörməti  olmayan 

qəddar  Küteybə  ibn  Müslüm  olmuĢdur.  Biz  çox  vaxt  türk  dünyasının  böyüklüyü 

muqabilində, runi yazıların azlığından gileylənirik. Halbuki bu səbəbsiz deyil. «Orta 

Asiya  və  Turan  ərazisində  xüsusilə  Mavəraunnəhrdə  türk  yazısı  ərəb  cəhalətpərəsti 

Küteybə ibn Müslüm tərəfindən (701 - 714) ciddi qadağan edilmiĢdi. Bu barədə Əbu 

Reyhan  Biruni  (949-cu  ildə  vəfat  etmiĢdir)  demiĢdir:  Türk  yazısı  yox  edilmiĢdir. 

Kitablar  hər  yerdə  yandırılmıĢdır.  Savadlı  adamlar  (türkcə)  fiziki  məhv  edilmiĢdir. 

Bir sözlə, qədim türk yazısını bilənlərdən salamat qalan olmamıĢdır» (30, 130). Bu 

azmıĢ  kimi  Küteybənin  əmri  ilə  dəyərli  metallardan  (qızıl,  gümüĢ)  düzəldilmiĢ 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə