Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

44 

 

ərəb basqınları Ģəraitində, əvvəllər ərəblərin soyğunçu basqınlarına məruz qalmayan 



Pənckəndin  rolu  daha  da  artır.  Pənckəndin  soqd  hakim  sülaləsinə  mənsub  olmayan 

hakimi DevaĢtiç Səmərqənd taxtına yiyəlik iddiasında olmuĢ və elə bil ki, müəyyən 

dövrdə Səmərqənd taxtı-tacına yiyələnmiĢdi» (,251). 

Tərxunun  ölümündən  sonra  Soğdda  ərəblərə  meyl  göstərən  güclü  əyanlar 

qrupu  qalmıĢdı.  Görünür,  onların  nümayəndələrindən  biri  də  Pənckənd  knyazı 

DevaĢtiç  olmuĢdur.  Tərxunun  intiharından  sonra  DevaĢtiç  onun  kiçik  yaĢlı 

oğlanlarına  himayədarlıq  edərdi  və  «soğd  çarı»,  səmərqənd  hökmdarı  titulu  qəbul 

etmiĢdi (6,312). 

Sonra DevaĢtiç ərəblərə qarĢı üsyanda böyük bir qrupa baĢçılıq edir. Üsyan 

məğlubiyyətə uğrayır. DevaĢtiç danıĢıq aparmaq məcburiyyətində qalır. Ərəblər yüz 

ailənin,  o  cümlədən  DevaĢtiçin  həyatına  toxunmayacaqlarına  söz  verirlər.  Lakin 

tezliklə DevaĢtiçi xəyanətkarlıqla qətlə yetirirlər (6.390). 

Muq sənədlərinin təhlili göstərir ki, DevaĢtiçin və baĢqa soğd feodallarının 

daxili yazıĢmaları soğd dilində aparılırdı (6,374). 

B. Q. Qafurov Devatiçin etnik mənsubiyyəti barədə bir söz deməsə də soğd 

dilində  yazıĢma  ilə  bağlı  onun  irandilliliyinə  iĢarə  vurur.  DevaĢtiç  haqqında  Cavad 

Heyətin  fikri  böyük  maraq  doğurur.  Bu  əvvəlki məlumatları tamamlamaqla  bərabər 

DevaĢtiçin  etnik  və  sülalə  mənsubiyyətini  tam  aydınlaĢdırır.  O,  yazır:  «MəĢhur 

tədqiqatçı  Smirnova  Seyhun  və  Pənckənd  bölgələrində  tapılan  saklar  (sikkələr 

olmalıdır - M. A.) arasında Xalacların sikkələrini görmüĢ, bu sikkələr üzərində soğd 

əlifbası  ilə  «xalac-i-urdu»  (Xalac  paytaxtı)  sözünün  yazıldığını  və  üç  Xalac 

padĢahının təsvirinin həkk olunduğunu müəyyən etmiĢdir. 

Smirnova «Təbəri tarixi» və Kasan (Muq dağı) qalasında tapılan və Xalac 

padĢahı Divastiçə (ad bu kitabda belə yazılmıĢdır) aid olan isnadın tədqiqindən belə 

nəticə  alır  ki,  bu  sikkələr  Xalac  hakimlərinə  aiddir  və  Xalaclar  VII-VIII  əsrlərdə 

Pənckənd  və  Fərqanədə  yaĢayırmıĢlar.  Xalac  hökmdarı  Divastic  «Təbəri  tarixi»nin 

yazdığına  görə  720-21-ci  illərdə  ərəblərlə  savaĢmıĢ  və  Xahənd  qalasında 

ətrafındakılarla  birlikdə  öldürülmüĢdür  (26,43).  Xalacların  qədim  türklər  olması 

hamıya məlumdur. 

720-722-ci  illərdə  soğdlar  türklər  və  fərqanəlilərlə  birgə  ərəb  istilaçılarına 

qarĢı mübarizəni davam etdirirlər (17,319). 

729-cu  ildə  soğd  üsyan  edir.  Türklərdən  kömək  gəlir.  Xaqan  Gursulun 

baĢçılığı  ilə  qoĢun  göndərir.  Müttəfiqlər  ərəbləri  ağır  məğlubiyyətə  uğradırlar. 

Soğdda  demək  olar  ki,  üsyan  etməyən  yer  və  hakim  qalmır.  Yalnız  ayrı-ayrı 

rayonlarda  ərəb  qarnizonları  qalır;  bunlar  da  təzminat  və  girovlav  vermək  və  s.  ilə 

özlərini saxlayır. Lakin bu üsyan da xəyanət nəticəsində yatırılır. 

Ərəblər Xuttal əyalətini ələ keçirmək üçün çox cəhdlər edirlər. Xuttalın 50 

minlik  ordusu  vardı  725-ci  ildə  Xuttala  qarĢı  hərbi  əməliyyat  baĢlanır  Ərəb  valisi 




45 

 

Əsəd  ibn  Abdullah  Xuttala  yürüĢ  edir.  Ərəblərin  qarĢısına  Xuttal  çarı  və  türk 



xaqanının birləĢmiĢ qüvvələri çıxır. Ərəb qoĢunları qaçmağa üz qoyur. 

Əsəd  ibn  Abdullah  yalnız  743-cü  ildə  Xuttala  soxula  bilir.  Əvvəlcə  o, 

müəyyən qədər üstünlük  əldə edir. Bir az sonra onun hücumundan xəbər tutan türk 

xaqanı  böyük  ordu  ilə  xuttallıların  köməyinə  gəlir.  Əsəd  ibn  Abdullah  geri  çəkilir. 

Onlar  Pənc  çayından  Duz  dağları rayonuna  (indi  onun adı hacı  Mömindir) keçirlər. 

Bununla  belə  ərəblər  bütün  nəqliyyatlarını  itirirlər.  Türk  və  Xuttal  qoĢunları  onları 

çayın  sol  sahilində  də  izləyirlər.  Müttəfitlərin  qeyri-müntəzəm  halda  geri  çəkilən 

ərəb ordularını məhv etmək və Bəlxi tutmaq üçün imkanları vardı. Lakin müttəfiqlər 

ərəb  qoĢununa  mərkəzləĢmiĢ  birgə  və  sürətli  zərbə  vurmaq  əvəzinə  uzun  müddət 

gözləmə  mövqeyində dururlar,  ikinci dərəcəli məntəqələri tutmaqla  məĢğul  olurlar, 

öz dəstələrini butün ölkəyə yayırlar. Müttəfiqlərlə Əsədin qoĢunu arasında Xaristan 

yaxınlığındakı  döyüĢdə  ərəblər  Xaqan  qoĢunlarını  və  xuttallıları  məğlubiyyətə 

uğradırlar.  Həmin  dövrdə  Xuttal  hakiminin  adının  Bədr-Tərxan  olduğu  söylənir. 

Mühasirəyə  düĢən  Bədr-Tərxan  və  onun  döyüĢçüləri  getmək  məcburiyyətində 

qalırlar. Bədr-Tərxana toxunulmazlıq elan edilir; lakin bu aldatma idi: Bədr-Tərxan 

öldürülür. Ərəblər bundan sonra Xuttalı ələ keçirə bilirlər. 

728  və  736  -  737-ci  illərdə  türk  qoĢunları  tərəfindən  müdafiə  edilən 

Toxarıstan  və  Səmərqənd  əhalisi  ərəb  istilaçılarına  qarĢı  üsyan  qaldırırlar.  Türklər 

soğdlarla  ərəblərin  mübarizəsinə  daha  tez-tez  müdaxilə  etməyə  baĢlayırlar.  725-ci 

ildə öz qoĢun dəstəsi ilə Fərqanəyə qədər çatmıĢ ərəb sərkərdələrindən biri istirahətə 

qayıdarkən türklər ona hücum edib ağır itkilərə məruz qoyurlar. 

Əsəd  ibn.Abdullah  türklərin  fəal  müdafiə  etdikləri-Səmərqəndlilərlə 

mübarizəsinin  Ģiddətlənməsi  nəticəsində,  həmçinin  Xuttal  və  Termez  yaxınlığında 

hərbi  əməliyyatların  tez-tez  baĢ  verməsi  ilə  əlaqədar  öz  iqamətgahını  736-cı  ildə 

müvəqqəti olaraq Mərvdən Bəlxə köçürür. Türklər ərəblərin çətinliklərindən istifadə 

edərək  736-cı  ildə  Səmərqəndi  geri  almaqda  (qısa  müddətə  olsa  da)  soğdlulara 

kömək etdilər. 

737-ci  ildə  türklərin  baĢ  rol  oynadıqları  antiərəb  qüvvələri  ilə  ərəblər 

arasında mübarizə geniĢ miqyas aldı. BaĢda Qurək olmaqla Səmərqəndlilər, ĢaĢlılar 

və  xuttallılar  koalisiya  tərəfində  idilər...  Koalisiyanın  baĢında  türk  xaqanı  dururdu. 

BaĢlanğıcda mübarizə türklərin və müttəfiqlərinin aĢkar üstünlüyü ilə cərəyan edirdi. 

Buna  baxmayaraq  737-ci  ildə  ərəblərin  qələbəsi  ilə  bitdi.  Xaqanın  ordusunda  eyni 

zamanda Karluq yaqbusunun və baĢqa hakimlərin qoĢun dəstələri də vardı (17. 149.) 

Türklər əsil adı Ata olan məĢhur Muğanna üsyanında da (776 - 783-cü illər) 

soğdlara köməyə gəlmiĢdilər. Ağıllı və uzaqgörən Muğanna türklərlə əlaqəyə girmiĢ 

və onları köməyə çağırmıĢdı. Köçəri türklər birinci dəfə deyildi ki, soğdlulara kömək 

göstərirdilər (17, 168). 

«Muğanna  tərəfdarlarına  qarĢı  mübarizənin  gediĢindən  narahat  olan  xəlifə 

Mehdi hələ 775-ci ildə Cəbrail ibn Yəhyanı Səmərqəndə vali təyin etmiĢdi. Bir çox 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə