Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

40 

 

səddindən Dunaya qədər böyük bir ərazini əhatə etmiĢ Türk xaqanlığının özünün hər 



məsələ barədə diplomatik danıĢıqlar aparmaq təcrübəsi var idi (Digər tərəfdən, Çinin 

«qurnaz»  siyasətcilərini,  hiyləgər,  təmkinli  diplomatlarını  haldan  salan  Səmərqənd 

(Kanq-cu) diplomatiyasının uğurlarını da unutmaq olmaz). Ġstər istəməz belə bir sual 

çıxır: Nədir «istilaçılarla» «istila olunmuĢlar» arasındakı bu ilıq münasibət, nədir bu 

qarĢılıqlı etimad? L. N. Qumilyov bunu xaqanlığın çoxlu gəlir götürməsi ilə, iqtisadi 

səbəblərlə  izah  edərək  məsələnin  etnik  tərəfini  nəzərdən  qaçırır:  burada  söhbət  iki 

türk qurumunun bir-biri ilə dil tapmasından gedir. 

Bütün  bunları  nəzərdən  keçirdikdən  sonra  Qərbi  Türk  xaqanlığı  ilə  Orta 

Asiya  dövlətləri,  o  cümlədən  Kanq  dövləti  arasındakı  münasibətləri  ümumiləĢdirib 

yekunlaĢdırmaq  olardı.  Lakin  bu  heç  də  həmin  münasibətlər  haqqında  tam  və 

hərtərəfli  təsəvvürə  malik  olmağa  imkan  verməzdi.  Bu  münasibətləri  dəqiq 

göstərmək üçün ona güzgü tutmaq lazımdır. 

 

TÜRK HƏMRƏYLĠYĠ 

 

645-658-ci  illər  arasında  gedən  döyüĢlərdə  Çin  Qərbi  Türk  xaqanlığını 

məğlubiyyətə  uğradır.  Çin hətta  Mavəraünnəhri  özünə  qatmaq istəyir.  Lakin həmin 

ərazidə Çin hakimiyyəti qısa müddətli olmuĢ özü də nominal xarakter daĢımıĢdı. Çin 

Cici  xanı  məğlub  etdikdən  sonra  olduğu  kimi  Mavəraünnəhr  bu  dəfə  də 

müstəqilliyini hifz edə bilmiĢdi. 

Təbii  ki,  Orta  Asiyanın  Çin  tərəfindən  tam  istilasına  Kanq  dövləti  ciddi 

maneə törətmiĢdi. 

VII  əsrin  ortalarında  Qərbi  Türk  xaqanlığının  ticarətin,  sənətkarlığın, 

mədəniyyətin  inkiĢafı  üçün  yaratdığı  Ģərait  aradan  qalxır.  Mavəraünnəhrin  baĢının 

üstünü qara buludlar alır: Ġslamı yaymaq adı ilə ərəb qoĢunları Mavəraünnəhrin Ģəhər 

və  kəndlərinə  daraĢırlar.  Yenidən  Orta  Asiyada  qan  su  yerinə  axır.  Lakin  bu  vaxt 

Orta  Asiya  üzərində  hakimiyyətini  itirmiĢ  xaqanlığın  köçəri  türklərinin  oturaq  qan 

qardaĢlarına münasibətinin, deməli iki türk  qövmünün münasibətlərinin ən maraqlı, 

iftixar doğuran səhifələri açılır. 

«Özbəkistan  SSR  tarixi»  kitabında  göstərilir  ki,  «Ərəblər tezliklə  türklərlə 

rastlaĢdılar.  Mavəraünnəhrin  və  Xorasanın  ərazisində  və  onlara  qonĢu  vilayətlərdə 

VII  əsrdə  oturaq  əhali  ilə  yanaĢı  köçəri  türklər  də  yaĢayırdı.  Çaçla  (DaĢkəndlə) 

qonĢuluqda, həmçinin Çaçın özündə, Semireçyedə, Talas və Çu vadisində VII əsrin 

ortalarından  türkəĢlər  köç  edirdilər.  Onlar  bundan  əvvəl  Ġli  çayı  hövzəsində  və 

ĠrtıĢdan  qərbdə  məskun  idilər.  VIII  əsrin  əvvəllərindən  Fərqanə  və  Toxarıstanda 

karluqlar  yaĢayırdılar.  Ərəb  istilası  dövründə  Toxarıstan  türkləri  böyük  qüvvə  idi. 

Çox  böyük  sayda  türklər  ZərəfĢan  vadisində,  sağ  sahildə  Buxara  və  Səmərqənd 

arasındakı rayonda yaĢayırdılar» (17,137). Bu parçada verilən məlumatları müəyyən 

dərəcədə dəqiqləĢdirmək lazımdır. Kitab müəllifləri yalnız VI  əsrdə böyük xaqanlıq 



41 

 

yaratmıĢ  və  özünü  adlandırmaları  «türk»  olan  türkləri  nəzərdə  tuturlar.  Axı  bir  də 



«türkmənĢəli» mənasında «türk» ifadəsi var. Qədim iskit, sak, hun, kəngər, usun və 

b.  etnoslar  özlərini  «türk»  adlandırmırdılar,  lakin  onlar  türkmənĢəli  idilər.  «Türk» 

sözünün  məhz  bu  iki  mənası  türk  xalqlarının  tarixinin  saxtalaĢdırılması  üçün 

iranĢünaslara  bəs  etmiĢdir.  Yuxarıdakı  məlumatda  («oturaq  əhali  ilə  yanaĢı  köçəri 

türklər  də  yaĢayırdı»)  tərəflərdən  birinin  etnik  mənsubiyyəti  göstərilmir.  Axı 

«oturaq» fars da ola bilər, türk də, hindli də və b da. Hiss olunur ki, müəlliflər VII 

əsrdən əvvəlki oturaq türklərdən danıĢmağa, onların adlarını çəkməyə ehtiyat edirlər, 

çünki, bu, iranpərəst alimlərin konsepsiyaları ilə uzlaĢmır. 

Məlumdur ki, Ģəhərlərdə köçərilər kütlə halında yaĢamır. Həmin məlumatda 

isə  Çaçda  (DaĢkənddə)  köçəri  türklərin  məskunlaĢdığı  göstərilir.  Müəlliflər  heç 

olmasa e. ə. mövcud olan Orta Asiya hunlarının da adlarını çəkmir. Əlqərəz, qayıdaq 

ərəb istilasına. 

Ərəb  məlumatlarına  görə  guya  Nahəvənd  döyüĢlərindən  sonra  (642-ci  il) 

darmadağın  edilmiĢ  sasani  qoĢunlarını  təqib  edən  müsəlman  dəstələri  644-cü  ildə 

Toxarıstan türkləri ilə əlaqəyə girmiĢlər. Əslində isə Orta Asiyanın fəthi on il sonra 

baĢlamıĢdır. 651-ci ildə III Yəzdikürdü dabanbasma izləyən ərəblər Mərvi tuturlar və 

bir  neçə  il  sonra  Mavəraünnəhrə  ilk  yürüĢlərini  baĢlayırlar.  Onlar  dəfələrlə 

Amurdəryanı keçib Mavəraünnəhrə basqınlar edirlər, lakin Buxara çariçası hər dəfə 

onlara xərac verir və yaxud hədiyyələr təqdim edirdi. 

673-cü ilin sonu, 674-cü ilin əvvəllərində Xorasanın ərəb valisi Übeydullah 

ibn Ziyad Mazəraünnəhrə basqın edib Ramitanı və Buxaranın ucqarlarını tutub qarət 

edir. «Lakin türklərin və buxaralıların birləĢmiĢ qoĢunları tərəfindən möhkəm cavab 

zərbəsi  alıb  sülh  bağlayır».  O  buxaralılardan  müəyyən  xərac  alıb  müvəqqəti  olaraq 

Mavəraünnəhrin hüdudlarını tərk edir (6.307.308). 

676-cı  ildə  Xorasanın  yeni  valisi  səid  ibn  Osman  Buxaraya  hücum  edib 

xərac  aldıqdan  sonra  Səmərqəndə  hərəkət  edir.  Səmərqəndlilər  böyük  igidliklə 

müqavimət göstərirlər. Müharibə bir aydan artıq davam edir. Nəhayət, Səid əsirlər və 

az  miqdarda  qənimət  ələ  keçirib  sülh  bağlamağa  məcbur  olur.  Əsir  düĢmüĢ 

Səmərqəndlilər  ağır  zəhmət  və  məĢəqqətli  iĢkəncələrə  dözməyib,  fürsət  düĢən  kimi 

Səidi öldürür, özləri də intihar edirlər (6,308). 

689-cu ildə  qiyamçı  Xorasan  valisinin  oğlu  Musa  Termezi tutur, heç  kəsin 

hakimiyyətini  tanımayan  Musa  on  beĢ  il  bu  möhkəm  qalanı  saxlayır,  qonĢu 

vilayətləri qarət edir. Səmərqənd və türk qoĢun birləĢmələri onun qarətkarlığına son 

qoyurlar; Musanın məğlub edilməsində ərəblər də iĢtirak etmiĢlər (6.309).  

Təxminən 705-ci ildə Xorasan valisi Küteybə ibn Muslüm Mavəraünnəhrin 

iĢğalı  ilə  nəticələnən  hərbi  əməliyyatlara  baĢlayır.  Bəlxin  ayrı-ayrı  rayonlarını  ələ 

keçirir.  706-cı  ildə  o,  Amudəryanı  keçərək  Mavəraunnəhrin  «tacirlər  Ģəhəri» 

adlandırılan  zəngin  Ģəhəri  Paykəndə  (Pənckəndə)  hücum  edir.  Olduqca  güclü 

müqavimətə rast gəlir; az qala məğlubiyyətə uğrayan ərəb qoĢunlarını yerli hakimlər 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə