77
süxurlarn bircinsli olduğu yerdə bərabər olur və qalan hallarda
süxurun müqavimətindən, Yerləşdiyi mühitin geoloji tərkibindən,
formasından və digər amillərdən asılıdır. Ölçmələrin nəticələri
qurğunun mərkəzi “0
,,
nöqtəsinə görə aparılır (şəkil 28).
Qidalandırıcı və qəbuledici elektrodlar mərkəzdən hər iki
tərəfə simmetrik olaraq Yerləşdirilir. Bu qurğuya elektrik
profilləmədə simmetrik qurğu deyilir (SEP üsulu).
Şək. 28.
Simmetrik elektrik profilləməsində istifadə olunan
elektrik kəşfiyyat qurğusu (izahı mətndə verilir).
Bir nöqtədə ölçmələr qurtardıqdan sonra bütün qurğu paralel
olaraq profil üzrə başqa nöqtəyə köçrülür (bu halda elektrodlar
arasındakı məsafə dəyişməməlidir) və ölçmə işləri yenidən təkrar
olunur.
Həndəsi formalarına görə elektrik kəşfiyyat qurğuları uyğun
olaraq elektrik profilləmələrində bir neçə növə bölünür: dipol
elektrik profilləməsi (DEP), kombinasiyalı elektrik profilləməsi
(KEP) və orta qradient üsulu (OQ) və s.
Simmetrik və başqa növ elektrik profilləmələri dik düşən
layların geoloji xəritəyə alınmasında geniş istifadə olunur.
29-cu şəkildə simmetrik elektrik profilləmədə mürəkkəb
geoloji kəsiliş üçün
f
ρ
-nun qrafiki göstərilmişdir. Burada
qurğunun müxtəlif vəziyyətində cərəyan xətlərinin paylanması
aydın görünür. I nöqtədə qranit günbəzi üzərində fərz olunan
müqavimətin anomal yüksək qiyməti aydın görünür. II nöqtədə
78
süxurun üstünü örtən qatın qalınlığının artması hesabına yaranan
kiçik qiymətli müqavimət, nəhayət, III nöqtədə qrafikdə
ρ
f
kəskin
dəyişən, yaxşı elektrik keçiriciliyinə malik olan şistlər ayrılır.
Elektrik profilləmə üsulu təkcə dik yatan, şaquli lwizy
obyektləri etibarlı ayırıb izləməklə yanaşı eyni zamanda qızıl və
kvars damarlarını, çökmə süxurlar içərisində püskürmə süxur
kütlələrini, dağılıb aralanan pozulmuş zonaları, filiz yataqlarını,
çoxillik buz linzalarını aşkar etməyə imkan verir.
Şək.29. Simmetrik qurğu ilə elektrik profilləmə. AMNB. a-
ρ
f
–in
qrafiki; b-geoloji kəsiliş; 1-qranit; 2-şistlər; 3-əhəngdaşları; 4-
qumdaşları; 5-xüsusi müqavimət, Om.m-lərlə.
Elektrik profilləmə üsulu böyük səmərəliliyinə görə arxeoloji
işlərdə geniş tətbiq olunur. YUNESKO-nun təşəbbüsü ilə 1972-ci
ildə qalın torpaq qatları altında qalmış qədim Karfogen
stadionunun aşkar edilməsində geniş istifadə olunmuşdur (stadion
Tunis şəhərinin kənarında Yerləşir). Bu üsulun köməyi ilə 4 aylıq
iş ərzində stadionun dəqiq olaraq planı, üstü torpaqla örtülmüş
divarlar aşkar edilmişdir. Planda 1 metr dəqiqliyi ilə qaçış yolları,
tribunalar və at tövləsi aşkar olunmuşdur. Stadionun oturaq Yeri
79
130 mindən az deyilmiş, bu da indiki ən nəhəng stadionlar
ölçüsündədir. Bu məlumatlar tarixçilər və arxeoloqlar üçün çox
əhəmiyyətli və qiymətlidir.
Elektrik profilləməsi ilə yanaşı geniş tətbiq sahəsi tapan elek-
trik zondlama üsuludur. Bu üsul üfüqi yatan laylardan ibarət dərin
geoloji kəsilişləri öyrənmək məqsədilə tətbiq edilir.
Şaquli elektrik zondlaması (ŞEZ) simmetrik qurğu ilə aparılır,
AMNB (şəkil 28 bax). Qidalandırıcı A və B elektrodları arasında
ardıcıl olaraq məsafəni artırmaqla bir nöqtədə bir neçə qiymət
alınır və bu qiymətlər ardıcıl olaraq qidalandırıcı A və B
elektrodlar arasındakı məsafəni artırmaqla aparılır. A və B
arasındakı məsafə nə qədər böyük olsa, cərəyan daha dərin qatlara
keçər və bu ölçü Yerin daha dərin qatlarını və orada Yerləşən
süxurlar yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Praktiki
olaraq A və B elektrodları arasındakı məsafə bir neçə metrdən 1
km-ə qədər dəyişə bilər və bu tələb olunan tədqiqatın
dərinliyindən asılıdır.
ŞEZ üsulunda faktiki olaraq simmetrik qurğunun AMNB
dərinliyə girmə qabiliyyəti AB elektrodları arasındakı maksimum
məsafənin аltıda birini təşkil edir.
Ölçmələrin köməyi ilə hər bir zondlama nöqtəsi üçün ŞEZ əyrisi
qurulur. Bu da fərz olunan müqavimətin dərinlikdən asılı olaraq
dəyişməsini təsvir edir. ŞEZ əyrilərini təhlil etmək üçün xüsusi
paletka işlənilib hazırlanıb ki, bunun köməyi ilə də həm layın
qalınlığını və həm də fərz olunan müqavimətin qiymətini təyin
etmək olur. Bu nəticələrlə istinad qurğularından alınan
materialları birləşdirərək geoelektrik kəsiliş tərtib edilir (şəkil 30).
ŞEZ üsulu duz neft və qaz ehtiyatına meyilli günbəzlərini,
antiklinal strukturaları və Yeraltı suları aşkar etmək üçün
müvəfəqiyyətlə tətbiq edilir. Bununla yanaşı həmin üsuldan
sənaye mərkəzləri, tikinti sahələrinin geoloji şəraitinin öyrənilmə-
sində, çökmə süxurlarn qalınlığının təyin edilməsində,
platformalarda kristallik özülün dərinliyinin təyin olunmasında,
daşkömür hövzələrinin kəşfiyyatında və axtarışında, yanar şistləri
80
və daşduz, boksit, fosforit və digər faydalı qazıntıların axtarışında
geniş istifadə edilir.
Şək. 30. ŞEZ üsulu ilə qurulan geoelektrik kəsiliş.
1-gilli qumdaşları; 2-çınqıl; 3-əhəngdaşı; 4-gil.
5.3. Yüklü kütlə üsulu (YKÜ)
Faydalı qazıntıların kəşfiyyatı və Yerləşdiyi sahənin
sərhədlərinin aşkar edilməsi üçün istifadə olunur. Buraya qrafit
layları, maqnetit və sulfid filiz kütlələri yataqları, mineral duzlarla
zənginləşmiş su linzaları və s. daxildir.
Əgər tədqiq olunan elektrik keçirici obyekt ən azı bir nöqtədə
xəndək, quyu qazmaqla üzə çıxarılırsa, yüklü kütlə üsulu ilə
tezliklə onun ölçülərini və sərhədlərini təyin etmək mümkündür
və bəzi hallarda əvvəl məlum olmayan digər anoloji obyektlərlə
əlaqəsini öyrənmək olur.
Yükləndirilmiş kütlə üsulu ilə işləri aşağıdakı sxem üzrə
aparırlar. Əvvəlcə yüklü kütlə düzəldilir: qidalandırıcı
elektrodlardan biri A tədqiq olunan filiz kütləsində Yerləşdirilir,
ikincisi B elektrod A elektrodundan kütlənin ehtimal olunan
Dostları ilə paylaş: |