6
Qədim zamanlardan başlamış indiyə kimi istər Yerin dərin
qatlarında, istərsə də səthində arası kəsilmədən faydalı qazıntı
yataqlarının əmələ gəldiyi dövr mürəkkəb proseslərin baş verdiyi
müəyyən edilmişdir. Bu mürəkkəb proseslərə filiz zonalarının,
neft, qaz və kömür yataqlarının əmələ gəldiyi əraziləri misal
gətirmək olar. Yerin daxili qatlarının quruluşu ilə faydalı qazıntı
yataqlarının paylanması arasında mövcud olan əlaqənin
öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu isə faydalı qazıntı
yataqlarının axtarışını məqsədyönlü və kifayət qədər səmərəli
aparmağa imkan verir.
Yerin plastik kürə formasında olmasını qədim yunan
pifaqorçuları söyləmişlər, lakin onun halqavari qeyri-bircinsli
müxtəlif fiziki xassəli qatlardan ibarət olmasını yalnız XX əsrdə
müəyyən edilmişdir. Bu konsepsiya geofiziki tədqiqatlar hesabına
istər nəzəri, istərsə də praktiki cəhətdən diqqətə layiq əhəmiyyət
kəsb edir.
Beləliklə, müəyyən edilmişdir ki, Yer kürəsi daxili və xarici
qatlardan ibarətdir. Bu qatlar geosfera, atmosfera, hidrosfera, Yer
qabığı, mantiya və nüvədən ibarətdir. (şəkil 1).
7
Şək. 1. Yerin daxili quruluşunun sxemi:
1-Yer qabığı; 2-üst mantiya; 3-Orta mantiya /Qolitsin qatı;
4-alt mantiya; 5-xarici nüvə; 6-nüvə aralığı zona 7-daxili nüvə.
Yer qabığının qalınlığı okean altında 5 km-dən,
materiklərdə 70 km-ə kimi dəyişir.
Mantiya bir neçə halqavarı qatlardan ibarətdir. Yer qabığının
altında bilavasitə substrat Yerləşir, bu qatlarda seysmik dalğaların
sürətinin azalması müşahidə olunur və üst mantiyanı astnasfera ilə
birləşdirir. Mantiyanın substratı ilə Yer qabığına birlikdə litosfera
deyilir, yunan dilindən tərcüməsi, Yerin daş təbəqəsi deməkdir.
Orta mantiya Qolitsin qatı adlanır burada seysmik dalğaların
sürəti və süxurlarn sıxlığı artır. Bunun alt hissəsi 900 km
dərinlikdən başlayır /şəkil 1/.
Orta mantiyanın altında 2900 km dərinlikdə Yerləşən qat alt
mantiya adlanırr. Yerin nüvəsi bütün daxili hissəni əhatə etməklə
5100 km–ə qədəri xarici nüvə, qalanı isə daxili nüvə adlanır (şək.
2-yə bax). Ehtimal olunur ki, xarici nüvə maye halındadır, belə ki,
buradan eninə seysmik dalğalar keçmir.
Yerin səthi asimmetrik quruluşa malik olaraq yarımkürənin
bir hissəsi okeanlardan, digər hissəsi isə qurudan ibarətdir.
Materik və okean çökəkliyi Yer qabığının ən böyük tektonik
elementləridir. Okeanın altında Yer qabığı nazikdir və iki qatdan
ibarətdir: çökmə qatı və onun altında bazalt qatı. Yer qabığı
materikdə çökmə və bazalt qatları arasında qranit qatının olması
hesabına qalınlaşmışdır.
Qranit qatının alt hissəsinə Konrad sərhədi, bazalt qatının alt
sərhədinə isə Maxoroviçiç, sadəcə olaraq Moxa deyilir. Bu
qatların hər ikisində sıxlığın və seysmik dalğaların sürətinin və
digər fiziki xassələrin sıçrayışla dəyişdiyi müşahidə olunur.
Materiklər qədim nüvəli platformalardan və qırışıqlıq zolaq-
larından ibarət olduğundan mürəkkəb geoloji quruluşa malikdir-
lər.
Platforma Yer qabığının sabit və az hərəkətə məruz qalan his-
səsidir, kristallik bünövrənin hamarlanmış üst səthi qalın çökmə
8
süxurlar ilə örtülmüşdür. Lakin bir çox Yerlərdə qədim platforma
özülünün səthi açılmışdır. Cəmi on bir platforma ayrılır: Afrika,
Şərqi Avropa, Sibir və s. (şəkil. 2).
Qədim platformaların nüvələri hərəkətdə olan qırışıqlıq qur-
şaqları ilə bölünürlər. Ən mütəhərrik olan qurşaqlardan biri Sakit
okean qurşağıdır (şəkil 3-ə bax). Bu mütəhərrik qırışıqlıq
qurşaqları dərinlik qırımları ilə bir-birindən ayrılırlar. Bunlardan
ən böyükləri dərin qırışıqlar formasında yüz kilometrlərlə uzunlu-
ğa malik olan və kökü mantiyaya çatan qırımlardırlar. Qırılmalar
qalın süxur təbəqə lərini ayrı-ayrı bloklarına bölür.
Şək. 2. Yerin tektonik quruluşu sxemi:(E.V.Xainə görə, sadələş-
miş) I-platformalar; II-qədim qırışıqlıq zonaları; III-cavan qırışıqlıq
qurşaqları; IV-Okeanlar; Qədim platformalar: 1-Şərqi Avropa; 2-Sibir;
3-Hindistan; 4-Çin-Koreya; 5-Cənubi Çin; 6-İndoneziya; 7- Şimali
Amerika; 8-Cənubu Amerika; 9-Afrika;10-Avstraliy; 11-Antarktida
qırışıqlıq qurşağı; 12-Sakit okean; 13-Aralıq dənizi; 14-Ural-monqol;15-
Atlantika; 16-Arktika.
Süxurlar əmələ gəlməyə başladığı andan müxtəlif qüvvələrin
təsirinə məruz qalırlar. Onların kövrəkliyindən (sərtliyindən) asılı
9
olaraq bu qüvvələrin təsiri altında Yer qabığı ya plastik qırışıqlı
deformasiyaya məruz qalır, ya da dərin çatlarla parçalanırlar. Ən
çox iki tip qırışığa rast gəlinir:-günbəzvarı (antiklinal), bu halda
layın əyilməsi zamanı qabarıq tərəf Yerin səthinə tərəf yönəlir,
təknəvari-(sinklinal) layın əyilməsi zamanı qabarıq aşağı Yerin
mərkəzinə doğru yönəlir.
Hazırda yeni qlobal tektonika nəzəriyyəsi mürəkkəb geoloji
məsələlərin həllində geniş nüfuz qazanmışdır. İlk dəfə olaraq
A.Veqener tərəfindən irəli sürülmüş kontinentlərin dreyfi
nəzəriyyəsi yeni faktiki elmi məlumatlarla təsdiq edilmişdir. Bu
fərziyəyə görə, Yer qabığı bir neçə bərk litosfer plitlərə bölünüb
həmin plitlər mantiya üzərində üfüqi istiqamətdə hərəkət edirlər.
Yer qabığında 9 nəhəng litosfer plitəsi ayırırlar (şəkil 3).
Şək.3.Əsas litosfer plitləri:1-Sakit okean; 2-Afrika; 3-Avrasiy;
4-Şimali Amerika; 5-CənubiAmerika; 6-Antraktida; 7-Hindistan; 8-
Naska; 9-Flippin; (S.A.Uşakova görə), I-plitələrin aralanan sərhədləri II-
plitlərin toqquşma sərhədləri; III-planetar sıxılma qurşaqları.
Dostları ilə paylaş: |