20
1.8. Dəniz geoloji-geofiziki kəşfiyyat üsulları
Dəniz geologiya və geofizikası okeanların öyrənilməsilə
əlaqədar olaraq son vaxlarda meydana gəlmişdir. Belə hesab
olunurdu ki, burada ənənəvi olaraq mineral xammalların axtarışı
üçün geofizikanın bütün üsullarından istifadə etmək mümkün
olacaqdır. Lakin son zamanlar dənizkənarı akvatoriyanın
öyrənilməsində məlum axtarış ləvazimatları və metodları əsasında
yeni dəniz axtarış geoloji-geofiziki üsullarının yaranmış ehtyacı
meydana çıxdı. Məsələn, geoloqlar dənizin dibini müşahidə edə
bilmədikləri üçün dərin sualtı cihazlardan istifadə etməyə
başlamışlar, ona görə də quyu qazanların köməyindən istifadə
etməli olublar. Okeanda qazma işlərini dərin su qatı çətinləşdirir.
Buna sadə bir misal: quyu qazmaçısı baltanı yenisi ilə əvəz etmək
üçün suyun altında yeni baltanın quyuya istiqamətləndirilməsi
texniki cəhətdən çətinlik törədir. Maqnit qravi və digər geofiziki
kəşfiyyat üsullarının dəniz şəraitində aparılması olduqca
çətinləşir. Bunların aparılması üçün iki məsələni həll etmək lazım
gəlir: geofiziki cihazları uzaq məsafədən idarə etmək üçün tele-
metrik idarə mərkəzi yaratmaq, ikincisi, həmin cihazlara su dol-
maması üçün yüksək germetiklik tələb olunur. Bütün bunların
hamısı dəniz geoloji-geofiziki üsulun müstəqil sahə olduğuna
sübutdur. Böyük ölkələr dəniz və okeanların dibini tədqiq etmək
üçün müasir cihaz və texniki vasitələrlə təchiz olunmuş
elmitədqiqat gəmiləri düzəltmişlər. Bu da dəniz və okeanların
dibində yeni geofiziki üsullarla faydalı qazıntı yataqlarının
kəşfiyyatı və axtarışı üçün geniş imkanlar yaratmışdır.
Qeyd etmək lazımdır ki, kompleks üsulların birlikdə tətbiqi
geoloji-geofiziki işlərin səmərəliliyini artırır.
1.9. Geoloji axtarış işlərinin aparılmasının növləri və miqyası
Faydalı qazıntıların axtarışının mürəkkəb bir proses olduğu
məlumdur. Bu bir taya otun içində itən iynəni tapmaqdan daha
çətindir (hər iki haldan görünür ki, sabit maqnitdən istifadə edərək
məsələnin həllini tezləşdirə bilərik).
21
Mütəxəssislər əvvəlcə geologiya elminin əldə etdiyi təcrübə
və nailiyyətlərdən istifadə edərək ümumidən xüsusiyə doğru
prinsipinə əsasən planlı surətdə ərazini tədqiq edirlər. Bu yol,
demək olar ki, ən əlverişli yoldur. Əvvəlcə ərazinin geoloji
xüsusiyyətləri öyrənilərək, geoloji xəritə tərtib edilir geoloji xəri-
tədə əhəmiyyət kəsb edən əraziləri qeyd edirlər, və bu sahələrdə
kəşfiyyat işlərinin aparılmasının vacib olub-olmadığını müəyyən
edirlər. Sənaye əhəmiyyətinə malik olan ərazilərdə yenidən dəqiq
axtarış işləri aparılmağa başlanır.
İstehsal sahələrini səmərələşdirmək məqsədilə yatağın
Yerləşdiyi sahəni öyrənmək, eyni zamanda Yerin alt qatlarında
olan ehtiyatlar haqqında geniş məlumatlar almaq zərurəti yaranır.
Geoloji axtarış işləri geoloji xəritə alma, geofiziki, geokimyavi
tədqiqatlar, dağ-mədən Yerləri və digər işlər bir-birini əvəz edən
mərhələlərlə aparılır:
I mərhələ. Ərazinin geoloji öyrənilməsində məqsəd Yerin alt
qatlarının quruluşu haqda məlumat almaqdır. Bu tədqiqatlar
kompleks geoloji-geofiziki planaalma işləri ilə başlayır və iki
mərhələdə aparılır: əvvəlcə miqyas 1:1000 000, sonra 1:200 000
seçilir. Xəritə almanın miqyası marşrutlar arasında orta məsafədən
asılı olaraq təyin edilir. Bizim şərh etdiyimiz halda isə bu məsafə
10 və 2 km–dən ibarət olur. Aparılan regional işlərin nəticəsində
Dövlət geoloji xəritəsi tərtib olunur və miqyası göstərilir. Bu
xəritələrdə ərazilərin daxilində bu və ya digər faydalı qazıntı
kütlələrinin ehtimalı gözlənilir. Qeyd etmək lazımdır ki, neft, təbii
qaz, boz- daşkömür, xörək və kalium duzları çox qalın çökmə
süxurlar daxilində əmələ gəlir. Qurğuşun, sink, qalay, uran, qızıl,
turş maqmatik süxurlarn Yerləşdiyi ərazidə təzahür edir. Kobalt,
nikel, xrom, vanadium, qranit, dioritlərdə, platin isə qabrolarda,
peridotitlərdə, piroksenit və başqa ultra əsası süxurlarda sənaye
əhəmiyyətinə malikdirlər.
II mərhələ. Ümumi axtarış üzrə geoloji xəritə almanın
miqyası 1:50 000 olur. Bu işlər ərazinin dəqiq öyrənilməsi, filiz
kütləsinin əmələ gəlməsi üçün əhəmiyyətli geoloji şəraiti olmayan
ərazilərin sərhədinin qeyd olunması, faydalı qazıntının mövcud
22
olması üçün ümumi əlamətin və onun ehtiyatının hansı
kateqoriyaya aid olduğunu dəqiqləşdirmək məqsədilə aparılır. Bu
işlərin nəticəsi olaraq öyrənilən ərazi üçün 1:50 000 miqyaslı bir
sıra Dövlət geoloji-geofiziki xəritələri tərtib olunur.
III mərhələ. Axtarış işləri: geoloji-geofiziki anomaliyaları,
filiz təzahür edən əraziləri, minerallaşma əlamətlərini bilavasitə
aşkar etmək məqsədilə aparılır. Bunların hər biri kəmiyyətcə
təsvir olunur və proqnoz kateqoriyaları R
1
,
yaxud
R
2
ilə təyin
olunur.
IV mərhələ. Qiymətləndirici axtarış işləri, filiz təzahürü olan
əraziləri yataq kimi qəbul etməyə əsas olub-olmadığı sualına
cavab vermək üçün aparılır. Aşkar edilmiş ərazinin sənaye
əhəmiyyətliyini sübut etmək üçün, orada faydalı qazıntı yatağı
ehtiyatının hansı kateqoriyaya aid olduğunu və gələcəkdə
kəşfiyyat işlərini aparmaq üçün ayrılan sahələrin seçilməsi elmi
əsaslandırılmalı və sübut olunmalıdır.
V mərhələ. Hazırlıq üçün kəşfiyyat. Bu mərhələyə yeni aşkar edilən
yatağın sənaye əhəmiyyətli olduğunu qiymətləndirmək, filiz yatağının
forma və həcminin aydınlaşdırılması, filizin tərkibində faydalı və zərərli
komponentlərin olmasını, onların ehtiyat kateqoryasının təyini üçün
aparılan işlərdən ibarətdir .
VI mərhələ. Dəqiq kəşfiyyat. Yüksək sənaye əhəmiyyətli B və A
kateqoriyalı ehtiyata malik olmanın qiymətləndirilməsi, və yatağın bir
hissəsinin sənaye istismarına verilməsi üçün hazırlıq işlərinin aparıl-
masından ibarətdir.
1.10. Geofiziki axtarışlar haqqında ümumi məlumat
Geofiziki kəşfiyyat (buna bəzən tətbiqi geologiya elmi
deyilir). Fiziki üsulların köməyi ilə Yerin üst qabığının
quruluşunu və orada Yerləşən faydalı qazıntı yataqlarının
kəşfiyyatı və axtarışını aparmaq məqsədi güdür.
Beləliklə, geofiziki kəşfiyyat üsullarının tədqiqat obyekti Yer
qabığı və orada Yerləşən faydalı qazıntı yataqlarıdır. Geofizika
tətbiqi xarakter daşıyır, bütövlüklə geologiyaya xidmət edir.
Kəşfiyyat geofizikası üsulları özünəməxsus xüsusiyyətə
Dostları ilə paylaş: |