23
malikdirlər. Bu üsul geoloji məsələləri, obyekt üzərində yaranan
fiziki sahələri ölçməklə və sahənin paylanma xarakterini təhlil
etməklə öyrənir. Bu sahələrə seysmik, maqnit, qravitasiya,
radioaktiv, elektromaqnit və s sahələr daxildir
Geofiziki tədqiqat üsulları iki böyük qrupa ayrılır. Birinci
qrup Yerin yaratdığı təbii fiziki sahələrin öyrənilməsinə əsaslanır.
Buna maqnit, qravitasiya, radioaktiv və termoaxtarış üsulları
daxildir.
İkinci qrup geofiziki üsullarla tədqiqatçılar tərəfindən süni
yolla yaradılan fiziki sahələr daxildir. Buraya seysmik, elektrik və
nüvə fizikası daxildir.
Bu təsnifat şərti xarakter daşıyır. Hər bir geofiziki üsul
müxtəlif modifikasiyalara malikdir və bunlardan bir neçəsinin
bölgüsü hələlik araşdırılmayıb.
Geofiziki kəşfiyyat üsulları texniki cəhətdən bir neçə
istiqamətlərə ayrılır: uzaq məsafədən, yaxud aerokosmik, Yerüstü,
yaxud çöl, dəniz və Yeraltı. Yeraltı geofizika üsulu dağ-mədən
istehsal sahələrində axtarış işləri ilə quyularda aparılan geofiziki
işləri birləşdirir. Bu üsullar vasitəsi ilə (maqnit, elektrik, akustik,
seysmik və s) quyuda geoloji kəsilişləri öyrənmək mümkündür.
Kəşfiyyat geofizikası istifadə olunmasına görə regional, neft
və filiz qruplarına bölünür. Birinci və ikinci adətən struktur
geofizika adı altında birləşdirilir.
Geofiziki üsullar nəinki filizləri, eyni zamanda qeyri-filiz
yataqlarının, habelə hidrogeoloji və mühəndis geoloji məsələlərin
həllində tətbiq edildiyinə görə filiz geofizikası da geofiziki
üsullarla birləşdirilmişdir.
Geofiziki kəşfiyyat tətbiqi elmlərə aid olmaqla litosfer
geofizikasının bir bölməsidir. Axırıncı, yəni litosfer geofizikası:
hidrosfer, atmosfer, kosmik geofizika ilə birlikdə ümumi geofi-
zikada birləşdirilir ki, bu da Yerin əmələ gəlməsini, quruluşunu,
strukturunu, müxtəlif fiziki sahələrin intensivliyini, Yerin
daxilində və onun ətrafında baş verən fiziki prosesləri öyrənir.
Kəşfiyyat geofizikasının nəzəri əsaslarını fizika və riyaziyyat
qanunları təşkil edir. Bu üsul geologiyadan fərqli olaraq, dəqiq
24
elmlərə aiddir. Fiziki sahələrin dəqiq ölçülmə texnikası dəqiq
mexanikanın, radioelektronikanın, avtomatika və s. bilikləri tələb
edir. Geofiziki tədqiqatların nəticələrinin təhlili, tətbiqi riyaziyyat
üsullarından və hesablama maşınlarından istifadə olunmasını tələb
edir.
Bütün bunlara baxmayaraq geofizika geologiya elmi olaraq
qalır və ümumi geologiya, geotektonika, struktur geologiya,
metallogeniya, faydalı qazıntı yataqlarının öyrənilməsi, mühəndis
geoloji yası, və hidrogeologiya ilə sıx əlaqədardır. Geofiziki
üsullar daim bu üsulların hər birini tamamlayaraq zənginləşdirir
və onlara əməli olaraq fundamental məlumatlar verməklə Yerin
quruluşu haqqında yeni-yeni fikirlər söyləməyə imkan verir. XX
əsrin ən böyük iki kəşfini göstərmək kifayətdir. Bunlardan biri
planetimizin daxili quruluşunun dairəvi-konsentrik zonalardan
ibarət olması, ikincisi isə yeni qlobal tektonika ideyasının
meydana çıxmasıdır. Yer qabığının bir neçə nəhəng litosfer
plitlərdən ibarət olması və mantiyanın plastik kütləsi üzərində
horizontal yerdəyişməsi müasir keotektonikanın fundamental
nəzəriyyəsidir.
Geofiziki üsulların geniş yayılması və geoloji kəşfiyyat
işlərində tətbiq olunması əsasən iki səbəbdən irəli gəlir: birinci bu
üsul Yer qabığının geoloji quruluşu haqda geniş dəqiq məlumat
verərək, çox hallarda geoloji axtarış və kəşfiyyat işlərinin istiqa-
mətinin xarakterini kökündən dəyişməyə gətirib çıxarır. İkinci
asan açıla bilən yataqların ehtiyatının azalması ilə əlaqədar
kəşfiyyat geofizikasının rolunun artmasıdır. Bu üsul üst hissələrin
qalın çökmə süxurlar ilə örtülən filiz yataqlarının, qeyri-struktur
neft və qaz yataqlarının aşkar edilməsində böyük əhəmiyyətə
malikdir. Demək olar ki, geofiziki tədqiqatlar axtarış quyuları ilə
birlikdə qalın üst örtüklü yataqların axtarılması və Yerin dərin
qatlarında Yerləşən mineral xammalın üzə çıxarılmasında əvəzsiz
rola malikdır.
1.11. GEOFİZİKİ ANOMALİYA ANLAYIŞI
25
Hər bir geofiziki-kəşfiyyat işləri zamanı qarşıda duran əsas
məsələ ardıcıl olaraq tədqiqat aparılan geoloji məkanda filiz
kütləsini, filizi özündə saxlayan kütlədən ayırmağa gətirib çıxarır.
Geoloji üsulla belə məsələləri həll etdikdə süxurun mineral
tərkibi, strukturu, rəngi və geoloji obyektin başqa əlamətləri də
öyrənilir. Bu işlər əvvəlcə dağ-mədən işləri ilə, yaxud süxurun
erroziya yolu ilə üstü açılan hissəsində aparılır.
Filiz kütlələrinin geofiziki üsulla ayrılması obyekt üzərində
yaranan özünəməxsus fiziki sahələrin ölçülməsi ilə həyata
keçirilir. Bu da o halda səmərəli olur və süxurun sıxlığı, maqnit,
radioaktivlik, elektrik və başqa xassələri bir – birindən xeyli fərqli
olsun, tədqiq olunan obyekt ölçmə cihazlarından çox dərinlikdə
Yerləşsin, üstü qalın çökmə süxurlarla örtülmüş olsun, geoloji
kütlənin fiziki parametrləri onu özündə Yerləşdirən süxurlarn
parametrlərindən çox fərqlənsin. Belə olan halda fiziki sahələr bir-
birindən o qədər kəskin fərqlənəcəklər ki, bu da öz növbəsində
anomaliyalar şəklində təzahür edəcəkdir. Anomaliya aşağıdakı
səbəblərlə əlaqədar yaranırlar: 1-axtarılan obyekt özünü təbii fizi-
ki sahə mənbəyi kimi göstərir, məsələn (maqnetit və yaxud uran
yatağı, müvafiq olaraq güclü maqnit, radioaktiv anomal sahələr
yaradır), 2-həmin obyektlər süni yaradılmış sahələrin
paylanmasını təhrif edir, məsələn, kvars damarı Yerə buraxılan
cərəyan üçün ekran rolu oynayır, kristallik bünövrənin səthi isə
sınan seysmik dalğa üçün sərhəd rolunu oynayır. Bəzi hallarda hər
iki səbəb özlərini birlikdə göstərirlər.
Beləliklə, geofiziki anomaliya dedikdə biz fiziki sahənin təh-
rif olunduğunu başa düşürük. Bu geoloji kütlələrin təsiri nə-
ticəsində əmələ gəlir. Anomaliya normal fiziki sahə zəminində
yaranır, yəni istənilən mühitdə və ərazidə belə paylanma mövcud
ola bilər. Bircinsli mühit üzərində bircinsli sahə yaranır.
Geofiziki anomaliya və normal fiziki sahə məfhumu kəşfiyyat
geofizikasının əsas məfhumu olmaqla geofiziki üsulun hər növü
üçün ayrıca dəqiqləşdirilir. Tədqiqat sahəsində normal fiziki sahə
nə qədər sakit (aramlı) olsa onda həmin ərazidə olan kiçik
amplitudalı anomaliyaları daha dəqiqliklə təyin edə bilərik.
Dostları ilə paylaş: |