10
Orta okean dağ silsilələrinin rift zonası litosfer plitlərin ara-
lanması (spredinqi) və okean çökəkliklərinin genişlənməsi zona-
sıdır. Bu zonada mantiya materialı yuxarı qalxır, bazalt vulka-
nizmi baş verir. Bir plitənin digər plitə altına girməsinə sub-
duksiya deyilir. Misal üçün Sakit okean mütəhərrik qurşağı
daxilində okean qabığı dərinliklərə gömrülərək əriyir və subduk-
siya zonasının kənarında materik tipli Yer qabığı əmələ gəlir. Plit
tektonikası nəzəriyyəsi yeni geofiziki üsullarla alınan dəlillərə
əsaslanır.
1.2. Axtarış kəşfiyyat üsullarının müasir təsnifatı
Yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi mürəkkəb
məsələ olduğundan əlavə xərc və kəşfiyyat üsullarının təkmilləş-
dirilməsi tələb olunur. Bu isə hər hansı bir yatağın tapılmasına sərf
olunan xərclərin artması deməkdır.
Son onilliklərdə axtarış kəşfiyyat işlərinin səmərəliliyi aşağı
düşmüşdür. Bunun əsas səbəbi Yerin səthində asan aşkar edilə
bilən yataqların sayının azalmasıdır. Mürəkkəb məsələlərin həlli
üçün yeni axtarış kəşfiyyat üsullarının işlənib hazırlanmasını və
tətbiq olunmasını tələb edir.
Müasir dövrdə axtarış kəşfiyyat işləri aşağıdakı əsas üsulları
tətbiq etməklə həyata keçirilir: a) geoloji, b) texniki, v) geofiziki,
q) geokimyavi. Bir qayda olaraq bu üsulların hamısı axır vaxtlara
qədər Yerin səthində aparılan işlərdə Yerinə yetirilirdi. Axırıncı
iki on illik ərzində bu üsullardan kosmosda və dəniz akvatoriya-
larının öyrənilməsində geniş istifadə olunmasına başlamışlar.
İstənilən geoloji məsələnin həllində tətbiq olunan üsullar birlikdə
(kompleks) istifa-də olunur və bir-birini tamamlayır.
Aşağıda adları çəkilən üsulların qısa təsnifatını verək.
1.3. Geoloji üsullar
Faydalı qazıntıların geoloji axtarışı ilə insanlar hələ qədim
zamanlardan məşqul olmuşlar. Daş çəkic, ox üçün ucluq, daş yon-
maq üçün kərki və digər ibtidai alətlər hazırlamaq üçün insanlar
davamlı və elastik materiallardan silisiumdan, nifritdən, horn-
11
blent-dən istifadə edirdilər. Bu süxurlar əvvəcə tapıb, sonra
bunlardan alətlər düzəldirdilər. Qızıl, insanlara misdən əvvəl
məlum idi. O bizim eradan 16 min il əvvəl tapılmışdır və qədim
Misirdə geniş istifadə olunmuşdur. Avropada isə eradan əvvəl IV
əsrdə istifadə olunmağa başlamışdır. Pifaqor Samosski və onun
məktəbi təsdiq etmişdilər ki, Yerin siması daimi olaraq dəyişir,
onun ayrı-ayrı hissələri gah su ilə örtülür, gah da qalxaraq yenidən
quruya çevrilir, vulkanların fəaliyyəti dövrü daha xarakterikdir. 2
min il bundan əvvəl məlum olan bu faktlar təəssüf ki, yaddan
çıxarılıb, unudulmuşdur.
Əsrin ortalarında ilk dəfə dağ-mədən işlərini ümumi-
ləşdirməyə cəhd göstərən alim Q.Aqrikola olmuşdur (1494-
1555). Yer haqqın-da biliklər genişləndikcə, geologiya elmi
inkişaf etməyə başlayır. Çökmə və vulkanogen süxurlarn ardıcıl
olaraq laylar əmələ gətir-məsini stratiqrafiya, maqmatik və
metamorfik süxurlarn quruluşunu petroqrafiya, çökmə süxurlar
litologiya, keçmiş əsrlərin canlı aləmini paleontologiya, mine-
ralların əmələgəlmə şəraitini mineralogiya, onların formasını
kristalloqrafiya, Yerin kimyavi tərkibini və orada baş verən
prosesləri geokimya, Yer qabığının hərəkətini-tektonika, layların
və süxurlarn yaşını geoxranologiya, Yerin daxi-lində və səthində
baş verən prosesləri dinamiki geologiya, bizim planetin ilk gün-
ündən qanunauyğun inkişafını tarixi geologiya, Yer səthinin
forması və relyefini geo-morfologia və fiziki coğrafiya,
vulkanları-vulkanologiya, zəlzələləri seysmologiya, mağaraları
spelologiya, buzlaqlıqları qlyasiologiya, Yeraltı və Yerüstü suları
hidrogeologiya, bina və qurğuların tikintisində geoloji şəraiti mü-
həndis geologiyası və Yer qabığında sənaye əhəmiyyətli kimyavi
elementlərin toplandığı, zənginləşdiyi və faydalı qazıntı yataq-
larının qanunauyğun Yerləşməsini metallogeniya öyrənir. Bu
göstərilənlər geologiya elmini hələ tamamilə əhatə etmir.
Hazırda çöl geoloqu ənənəvi çəkic və kompasdan başqa digər
optik, polyarizasiyalı, ultrabənövşəyi, infraqırmızı, eyni zamanda
elektron mikroskopu, kimyavi analitika, rentgen-spektral, izotop
12
analizləri, filiz və mineralların yaşlarının təyini, tərkibinin öyrənil-
məsində geniş istifadə olunan cihazlara malikdir.
Geoloji üsullar əvvəllər olduğu kimi, axtarış kəşfiyyat
işlərində rolunu saxlamaqdadır.
Geoloqlar faydalı qazıntıların axtarışının ümumi əhəmiyyətini
təyin edir, özləri də bilavasitə həmin işin bütün etaplarında iştirak
edirlər. Buna baxmayaraq, geoloji üsulların xeyli çatışmazlığı var
və bu çatışmazlıqlar olduqca əhəmiyyətlidir. Təəssüf ki, ana
süxurlarn hamısı Yerin səthinə çıxmır. Adətən, bu süxurlar ya
tam, ya da qismən örtülü olurlar. Belə bir şəraitdə geoloq digər
texniki, geofiziki və s. axtarış üsullarına əl atmağa məcbur olur.
1.4. Texniki üsul
Texniki axtarış üsuluna müxtəlif dağ-mədən istehsal yerləri
aiddir, bunun köməyi ilə geoloji kəşfiyyatçı öyrənilməli olan
obyektlərin süxurlarnı, faydalı qazıntı laylarını, filiz və mineralları
tədqiq etməli olurlar.
İnsanlar quyu qazmağa, süxuru dəlməyə çox qədim zaman-
lardan, yəni təxminən 2000 il bundan əvvəl başlamışlar.
Dünyada ilk dəfə 1846-cı ildə neft quyusu Azərbaycanda
Abşeron yarımadasında Bibiheybət qəsəbəsi yaxınlığında qazılmışdır.
Dağ-mədən istehsal işləri fövqəladə dəyişgənliyə, müxtəlif-
liyə malikdir. Ən çox yayılmışı quyu qazmadır. Yerüstü yüngül
istehsal sahələrində xəndəklər, en kəsiyi 4 m
2
, dərinliyi 5-10 m,
nadir hallarda 20-30 m-ə qədər olan axtarış şurfu qazılır. 60-cı
illərdən başlayaraq böyük diametrli (şurflar) quyular qazılmağa
başlamışdır.
Texniki üsulla faydalı qazıntıların axtarışı və kəşfiyyatının
ən ağır, çətin və baha başa gələni geoloji kəşfiyyat işləridir.
Buraya külli miqdarda xərc qoyulur və çox mürəkkəb
texnikadan istifadə olunur. Xüsusilə bu, dərin neft-qaz quyu-
larının qazılmasında özünü göstərir.
Ümumiyyətlə desək, geoloji kəşfiyyat işlərinin aparılmasına
ayrılan vəsaitin çox hissəsi texniki üsulla kəşfiyyat işlərinə sərf
olunur. Buna baxmayaraq Yerin alt qatlarında mineral xammalın
Dostları ilə paylaş: |