51
Süxur və filizlərin sıxlığını hidrostatik çəkmə üsulu ilə təyin
edirlər. Bu məqsədlə densometr adlanan cihazdan istifadə olunur.
Aşağıda müxtəlif süxurlarn və çökmə süxurlarn sıxlığı q/sm
3
-la
verilmişdir.
Çökmə süxurlarn sıxlığı onun məsaməliliyindən asılıdır.
Vulkanik və metamorfik süxurlarda boşluqlar adətən 1-2%-dən
çox olmur və həmin süxurlarn sıxlığı onların mineroloji tərkibin-
dən asılıdır. Metal filiz faydalı qazıntıları bir qayda olaraq böyük
sıxlığa malik olurlar ki, bu da filizin tərkibində ağır mineralların,
yəni oksidlərin, yaxud sulfidlərin olması ilə əlaqədardır.
Süxular
Orta sıxlıqlar Mineral Orta sıxlıq
Qum
1,4-1.7
Neft
0,8-1,0
Gil
1,6-2,2
Su
1,0
Qum daşları
1,8-2,8
Kömür 1,1-1,4
Əhəng daşları
2,3-2,9
Daşduz 2,1-2,4
Qranit-qneys
2,5-2,9
Gips
2,2-2,3
Qabbro
2,8-3,1
Siderit
3,7-3,9
Peridodit
3,8-3,4
Hematit
4,9-5,2
Maqnetit
Qalenit
7,5-7,8
Mühit
Yer qabığının orta sıxlığı 2,67
Yer nüvəsinin maddə-
lərinin orta sıxlığı
10,1
Yerin maddələrinin
orta sıxlığı 5.52
3.4. Ağırlıq qüvvəsinin ölçülmç qaydaları
Ağırlıq qüvvəsinin ölçülməsi üçün müxtəlif qayda və
üsullardan istifadə edirlər. Yerin sərbəstduşmə təciliini təcrübi
52
olaraq ilk dəfətəyin edən Qaliley olmuşdur. Bu təcrübə 1590-cı
ildə məşhur Piza qülləsinin başından atılmış cismin düşdüyünü
müşahidə etməklə mümkün olmuşdur.
Əgər cisimin düşməsinə sərf olunan zamanı t-ni ölçmüş olsaq
cisim tərəfindən gedilən S yolu bilərək, məlum düsturla g-nin
qiymətini təyin edə biləri
g=
2
2
t
s
Bu üsul az dəqiqliyə malik olduğuna görə praktik olaraq geniş
yayıla bilmədi. Hətta bir neçə əsr unuduldu, bu üsula yenidən,
yəni yeni texniki əsaslarla qayıdıldı. Müasir cisimlərin
sərbəstdüşmə təcilinə bağlı olan qravimetrlərdə kvars tezlik
sabitləşdiricilərindən və vaxtın atom etalonundan istifadə edərək
sərf olunan zamanın ölçülmə dəqiqliyini 10
-10
s-yə qədər qaldır-
mışlar. Lazer texnikasını tətbiq etməklə gedilən yolun təyin
olunması anoloji olaraq dəqiqliyin artmasına gətirib çıxarır.
Ballistik qravimetrlər bu nailiyyətdən istifadə edərək
sərbəstdüşmə təcilinin mütləq qiymətini 10
-9
dəqiqliklə təyin
etməyə imkan verir. Belə cihazlar yüksək dəqiqlikli daimi
qravimetrik məntəqələr yaratdıqda istifadə edilir.
Planaalma işlərində ballistik qravimetrlərdən istifadə çox
baha başa gəldiyinə görə və cihazlar əldə gəzdirilə bilmədiyindən,
(yüngül olmadığından) geniş yayıla bilməmişdir. Uzun müddət
sərbəstdüşmə təcilini rəqs edən rəqqasla təyin edirdilər. Məlumdur
ki, rəqqasın dövrü T, g ilə sadə münasibətlə bağlıdır.
T=2
π
l
g
,
burada l-rəqqasın uzunluğudur.
Sərbəstdüşmə təcilini mQal dəqiqliklə ölçmək üçün bir
məntəqədə 13 saatdan az olmayaraq ölçmə işləri aparmaq
lazımdır. Ölçmələrin sayı artırıldıqca T dövrünü tələb olunan
dəqiqliklə ölçmək mümkündür.
Hazırda ağırlıq qüvvəsini statistik qravimetrlə ölçürlər. Bütün
bu qravimetrlər nisbi dəyərləri ölçürlər. Onlar yüngül olduğuna
görə əldə gəzdirmək asandır (çəkisi 5 kq-dan çox deyil,
53
sərbəstdüşmə təcilinin qiymətini 0,02 mQal orta kvadratik xəta ilə
ölçür, hər müşahidəyə isə cəmi 1-2 dəq. vaxt sərf olunur).
Qravimetrdə çox sadə prinsipdən, yaylı tərəzidən istifadə
olunur. Əgər həssas yaydan kütləsi m olan yük asmış olsaq, Yerin
ağırlıq qüvvəsinin təsiri nəticəsində yükün çəkisi (R= mg) yay
müəyyən qədər uzanacaq (şəkil 18).
Əgər başqa məntəqədə ağırlıq qüvvəsi artırsa, uyğun olaraq
yay da uzanacaq, əgər ağırlıq qüvvəsi azalırsa, yayın uzunluğu
onun əvvəlki uzunluğundan az olacaqdır. Sərbəstdüşmə təcilinin
dəyişməsini əvvəlcədən seçilmiş məntəqədə ölçüldüyü qiyməti
(
∆g –mQal-la) yayın uzunluğunun dəyişməsi ilə mütənasibdir.
Yaylar istənilən formada: metaldan, spiral lent formalı,
vintvarı kvars sapından düzəldilir. Bəzən elastiki yay əvəzinə
elastiki element kimi müəyyən həcm qaz götürülür. Temperaturun
1
o
C dəyişməsi cihazın həssas hissəsi olan kvars yayına elə təsir
edir ki, sanki ağırlıq qüvvəsi 100 mQal dəyişib. Müasir orta
səviyyəli qravimetrlər sərbəstdüşmə təcilinin
∆g –ni 0,01 mQal
dəqiqliklə ölçür.
Şək.18. Qravimetrin quruluşunun sxemi.
Bunu təmin etmək üçün elastiki yayların istehsalı tam
öyrənilibdir. Hərəkətsiz kütlənin təsirindən yayın uzunluğunun
milyonda bir dəqiqliyi ilə qeyd etmək üçün təzyiq və
temperaturun təsirini son dərəcə dəqiqliklə tarazlaşdırmaq tələb
olunur. Adətən Yer səthində planaalma zamanı qravimetrlə
Dostları ilə paylaş: |