38
Şək.11.Orta okean silsilələrində 1 maqnit anomaliyaları profillər
üzərində aparılan maqnit planaalma: a-nəzəri hesablama; b-praktiki
alınan nəticələr (A.Emilyaya və Q.Henrikiyə görə). L-orta okean
silsiləsi oxundan yaşı t olan bazalta qədər olan məsafə; I-bazaltların
maqnitliyi (düzünə); II-əksinə.
Onlar bu anomaliyaları, okean dibi qabığının aralanmasını
(spredinq), eyni zamanda onun genişlənməsini, vulkanizm nəticə-
sində okean dibinin bazalt qatının aralanmasının izahını vermişlər.
Bazalt lavasının açılmış çatlara dolaraq soyuması və temperaturun
Kürü temperaturundan aşağı düşdüyü zaman lavanın həmin
dövrdə yerdə mövcud olan maqnit sahəsi istiqamətində maqnit-
lənməsinə səbəb olmasını göstərmişlər. Beləliklə, maqnit
anomaliya sahələrinin zolaqlar üzrə Yerləşməsi və zolaqların
okean dağ silsilələrinin hər iki yamacında paralel Yerləşməsi bir
tərəfdən orta okean silsilələrinin yaşını və spredinqin mərhələ-
lərini, digər tərəfdən həmin silsilələr yaranmağa başlanan andan
bu vaxta qədər dəfələrlə Yerin maqnit sahəsinin istiqamətinin
dəyişməsini müəyyən etməyə imkan verdi. (şəkil 11).
Göstərilənlərlə yanaşı paleomaqnit tədqiqatlar spredinqin (açılıb-
bağlanmaları) və litosfer plitlərin üfüqi istiqamətdə hərəkət
sürətini təyin etməyə imkan verdi.
Geoloji xəritəalma maqnit kəşfiyyatının ən səmərəli və
effektli istifadə olunduğu sahədir. Bu məsələləri aeromaqnit
kəşfiyyat üsulu ilə asanlıqla və tez Yerinə yetirmək olar. Həmin
üsul eyni zamanda platforma sahəsində istənilən qalınlıqda çökmə
39
süxur qatı altında yatan kristallik bünövrənin vulkanik süxur
massivlərinin maddi tərkibini müəyyən etməyə imkan verir.
Maqnit planaalma qalın çökmə süxur layları altında qranit,
qabro, peridodit və başqa maqmatik kütlələrin konturlarını böyük
dəqiqliklə xəritəyə almağa imkan verir.
Əlverişli şəraitdə maqnit kəşfiyyatı neft və qaz yataqlarını özündə
Yerləşdirən əlverişli strukturaları ayırmağa imkan verir (şəkil 12).
Maqnit planaalmanın köməyi ilə, regional dərinlik qırımları ilə
məhdudlaşan zonaları, qırlıb dağılma zonaları, istənilən dərəcəli
tektonik pozulmaları və parçalanma zonalarını aşkar edib izləmək
mümkündür (şəkil 13).
Maqnitli dəmir filizi polimetallar (qurğuşun filizi, nikel və
gümüş), boksit, nikel, almaz və başqa faydalı qazıntı yataqlarının
axtarışı və kəşfiyyatı şübhəsiz ki, əsasən maqnit kəşfiyyatına
əsaslanır. Maqnit filizi maqnit kəşfiyyatı üçün məlum əlverişli
obyektdir.
14-cü şəkildə Z
a
maqnit sahəsi filiz layın konturunu, eyni
zamanda filizi daşıyan strukturun qərb qanadının kəsildiyini və
qırılma ilə məhdudlaşdığını dəqiq göstərir.
Sibir platformasının cənubunda Şərqi Sibirdə Anqara-İlim
maqnetit yatağı mənfi işarəli maqnit anomaliyası bir neçə min nTl
ampli
Şək.12. Antiklinal strukturalar üzərində maqnitk fiyyatının
nəticələri (a-v A.A.Dzabayevə görə); 1-eyni dərinlik xətləri metrlərlə;
40
2-
∆Τ izoxətləri Tl-la; 3-antiklinalın əyilib dağılan ərazisində yayılma
oblastı; 4-
∆Τ qrafiki; 5-palçıq vulkanları.
Şək.13.
∆Z qrafikinin planı (a) və tektonik pozulmalar (b), sxem
maqnitlənmiş süxur layı üzərində maqnit anomaliyasının
yerdəyişməsini müəyyən etməklə tərtib edilib.
tuda ilə xəritəyə alınıb (şəkil 15). Belə hadisə Yer kürəsinin
başqa regionlarında məlum deyil. Əsasən almaz yataqları qədim
vulkanların partlayış borularında əmələ gəlir. Partlayış boruları
xüsusi tərkibli maqnitli süxurlardan ibarətdir. Partlayış kimberlit
borularının şaquli kəsiyi yumurta formalı silindrdən ibarətdir və
eninə ölçüləri bir neçə yüz metrə çatır. Bunun üzərində maqnit
anomaliyasının
41
Şək.14. Kremençuk
maqnit
anomaliyasının cənub qurtaracağı
üzərində
Z
a
izoxətlərin planı:
1-maqnetit filizi
(dəmirli
kvarsitlər); 2-kasıb filizlər;3- şistlər; 4-qranit və qneyslər; 5-qırılma; 6-
Z
a
izoxətləri 1000 nTl; 7-müşahidə profilləri.
42
amplitudu 10-dan bir neçə min nTl-ya qədər dəyişir. Bunlar zəif
maqnit sahəli çökmə süxurlar fonunda dəqiq xəritəyə alınır. 7-ci
şəkildə Sibir platformasının mərkəzində kimberlit boru tipli
kütlələri kəsən profil üzrə aparılan maqnit planaalma xəritəsində
hər bir kimberlit borusu lokal maqnit anomaliyalarına uyğun gəlir.
Maraqlı burasıdır ki, bunlar kristallik bünövrədə əsas süxur
massivlərində regional maqnit anomaliyaları fonunda özünü
göstərir. Boksitlər özlərini zəngin gil torpaq süxurlar kimi
göstərir. Boksitlər aliminium istehsalı üçün xammal kimi istifadə
olunur.
Şək.15. Neryundik yatağı üzərində aparılan kompleks geofiziki
işlərin nəticələri: 1-sərbəstdüşmə təcilinin
∆g qrafiki; 2-maqnit
sahəsinin şaquli hissəsinin
∆Z qrafiki; 3-təbii elektrik sahəsinin
potensiallar fərqi
∆U
ep
qrafiki; 4-maqnetit filizi; 5-trapplar; 6-çökmə
süxurlar.
Dostları ilə paylaş: |