35
sahə onu yaradan sahənin əksinə yönəlir. Misal üçün bir parça
metallik vismutu nəlbəkidə üzən tıxacın üzərinə qoyub, ona sabit
maqnitin istənilən qütbünü yaxınlaşdırdıqda tıxac bizdən əks
tərəfə üzəcək, yəni vismut parçası maqnit tərəfindən itələnəcək,
çünki diamaqnetikdir. Diamaqnit xassəsinə kvars, qızıl, neft,
daşduz, mərmər, mis və s. daxildir. Paramaqnitlər çökmə
süxurlarnın çox hissəsi, maqmatik, metamorfik süxurlar aiddir və
çox da böyük olmayan müsbət maqnit həssaslığına malikdir.
Ferromaqnitlər çox böyük maqnit həssaslığına malikdirlər.
Təbii yaranan minerallardan buraya yalnız maqnetit,
titanamaqnetit, hematit və pirrotin daxildir. Ferromaqnit
minerallar Küri temperaturuna qədər qızdırıldıqda özünün maqnit
xassəsini itirərək paramaqnetikə çevrilir. Maqnetit üçün Küri
temperaturu 578
o
S-dir.
Maqnit həssaslığının müxtəlif süxurlar üçün dəyişmə intervalı
3-cü cədvəldə göstərilmişdir. Ferromaqnitlərin hamısı güclü
maqnitlərə aiddir. Maqmatik süxurlarda maqnit həssaslığının
artım ardıcıllığı turşdan (qranit) əsasa (qabro) doğru olmaqla
ultraəsası (peridotitlər) süxurlarda daha böyükdür. Metamorfik
süxurlar müxtəlif həssaslığa malikdirlər. Çökmə süxurlar bir
qayda olaraq zəif maqnitliyə malikdir, kimyavi çökmə süxurlar isə
(əhəngdaşları, dolomitlər) maqnitlənmə qabiliyyətinə malik
olmurlar.
Süxurlarn ikinci maqnit xassəsi onların qalıq maqnitlənməyə
malik olmasıdır J
n
, hər şeydən əvvəl süxur əmələ gələn zaman
kənar sahənin təsir edib etməməsinə baxmayaraq cismin
maqnitlənməsini göstərir.
2.4. Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər
Bu və bundan sonra uyğun bölmələrdə kəşfiyyat geofizi-
kasının praktikaya tətbiqi, xüsusuilə geoloji məsələlərin həllində
istifadə məsələlərindən bəhs olunacaq.
Yerin dərin qatlarının quruluşunun maqnit kəşfiyyatı üsulu ilə
öyrənilməsi ferromaqnit mineralların Küri nöqtəsinə qədər
qızdıqda özünün maqnit xassəsini itirməsilə məhdudlaşır. Yer
36
kürəsinin müxtəlif zonalarında bu proses müxtəlif dərinlikdə baş
verir.
Hesablama maşınlarında riyazi əməliyyatlar aparmaqla həya-
canlanmış təbii maqnit obyektlərinin sərhədi haqda geofiziklərin
dolayı yollarla aldığı vacib məlumatlar, planetin fəal dərin
tektonik qata malik olmasını və qızmış qatın, astanosferin, Yerin
səthinə daha yaxın Yerləşdiyi əraziləri aşkar etməyə imkan
verir.
Mineral və süxurlarn maqnit həssaslığı Cədvəl 5
Maqnit həssaslığının qiyməti 10
-5
BS vahidi
< 5
5- 10 10-100 100-150
>500
Minerallr və süxurlar
M
aqni
ti
olmayan
Çox z
əif
maqnitli
Zə
if
maqnitli
M
aqni
tli
Güclü
ma
qn
itli
Ferromaqnit mineralları
Maqnetit, titanomaqnetit,
hematit, pirrotin
X
Maqmatik süxurlar:
Peridotit, qabbro, diabaz,
bazalt
X
X
X
Qranitlər, dioritlər,
Traxitlər
X
X
X
X
Metamorfik süxurlar:
Buynuz daşları, şistlər,
Mərmərlər, kvarsitlər
X
X
X
X
X
Çökmə süxurlar:
Gillər,
qumdaşları, qumlar,
əhəngdaşları, dolomitlər
X
X
X
X
X
X
37
Süxurların yaşının və Yer qabığı bloklarının hərəkət sürətinin
və istiqamətinin təyini paleomaqnit tədqiqatların köməyi ilə
həyata keçirilir. Qeyd etdiyimiz kimi, süxurlarn qalıq
maqnitlənməsi I
n
, demək olar ki, süxurlarn əmələ gəlməsilə bir
zamanda baş verəcək. Ona görə süxurlar əmələ gəldiyi dövrdə
Yerin maqnit sahəsinin qiymət və istiqamətini yaddaşında saxlayır
bizə Yerin həmin dövrdə maqnit sahəsinə malik olduğunu və
sahənin qüvvə xətlərinin hansı istiqamətə yönəldiyini təyin
etməyə imkan verir. İstiqamətli götürülmüş süxurlarn ardıcıl
olaraq öyrənilməsi bizə paleomaqnit geoxronoloji şkalanı
qurmağa imkan verir. Bu metodun köməyi ilə bir tərəfdən geoloji
törəmələrin mütləq yaşını təyin etmək, digər tərəfdən isə maqnit
qütbün təyin olunan koordinatlarının köməyi ilə Yer kürəsi
üzərində Yerin maqnit qütbünün müxtəlif geoloji dövrlərdə fərz
olunan hərəkəti, eyni zamanda maqnit qütb yerdəyişməsini yəni
Yerin maqnit sahəsinin inversiyaya məruz qalmasını təyin etməyə
imkan verir. Məsələn, hazırda mövcud olan Brüness epoxası artıq
0,7 ml. ildir ki, müsbət qiymətə malikdir, yəni Yerin şimal maqnit
qütbü Yerin coğrafi qütbü ilə eyni tərəfdədir. Bu epoxa özündən
əvvəl mövcud olan mənfi Matuyama epoxasını əvəz edib. XX
yüzilliyin 60-cı illərində maqnit kəşfiyyatı və paleomaqnetizm
tədqiqatları sensasiya xarakterli yeni qlobal tektonika ideyasının
meydana gəlməsinin əsasını qoydu. İngilis geofizikləri F.Vayn və
D.Mıtyuz orta okean silsilələri boyunca uzanan müxtəlif
istiqamətli zolaqlı maqnit anomaliyalarının orginal izahını
vermişlər (şəkil 11).
Dostları ilə paylaş: |