43
Boksit yataqları maqnitliyə malik olmayan əhəng daşlarındakı
karst boşluqlarında Yerləşir və bu səbəbdən də maqnit kəşfiyyatı
ilə asanlıqla ayrılır (şəkil 16).
Şək.16. Boksit yatağı üzərində maqnit sahəsinin Z
a
, üfiqi N
a
hissəsinin qrafiki (N.A.İvanovaya görə): 1-kasıb boksit filizi; 2-sənaye
əhəmiyyətli boksit filizi; 3-çökmə süxurlar; 4-əhəngdaşları; 5- quyu.
Arxeologiyada mütləq yaş məsələlərini maqnit kəşfiyyatı
üsulu ilə effektli təyin etmək yüksək tezlikli maqnitometrlərin
yaranmasından sonra mümkün olmuşdur. İbtidai insanların
məskan saldığı Yerlərdə dəqiq mikromaqnit planaalma yolu ilə
qalın torpaq qatları altında basdırılmış ağac, kərpic divarlar, ocaq
Yerlərinin özülü, saxsı qabların tullantı Yerləri, dəmirçi kürəsi və
başqa obyektləri aşkar etməyə imkan verir. Adətən belə Yerlərdə
maqnitlənmə geomaqnit sahənin köməyi ilə yüksək temperaturda
əmələ gəlir. Maqnit anomaliyası üstü basdırılmış su quyularında,
xəndəklərdə, su arxlarında planalınır. Bunlardan istifadə dövrü
44
burada metal əşyalar və müxtəlif üzvi qalıqlar toplanır və nəticədə
kimyavi çevrilmələr baş verir.
Boru kəmərlərin istiqamətlərinin təyini, qəzaya uğramış
gəmilərin axtarışı, okean şelflərində filiz, neft və qaz yataqlarının
aşkar edilməsi əsasən maqnit kəşfiyyatı üsulu ilə həll olunan
məsələlərdəndir.
Maqnitin bioloji tədqiqat sahəsi Maqnit sahəsinin
təzahürünün öyrənilməsi həddən artıq maraqlı və yeni bir elm
sahəsidir. Dəqiq olaraq müəyyən edilib ki, ürək-damar xəstəliyinə
tutulmuş xəstələrdə maqnit burulğanlığı günlərində böhran
yaranır. Məlumdur ki, maqnit qolbağları təzyiqi olan adamlara
yaxşı təsir göstərir. Maqnit anomaliyası ilə kənd təsərrüfatı
məhsullarının məhsuldarlığının artması arasında əlaqə olduğu,
insan orqanizminin elektromaqnit sahəsini hiss etməsi və başqa
mühüm əlaqələr müəyyən edilmişdir.
45
ФЯСИЛ III
ГРАВИ КЯШФИЙЙАТ
3.1. AĞIRLIQ QÜVVƏSİ
Qravi kəşfiyyat üsulunun əsasında Nyutonun ümumdünya
cazibə qanunu durur. Bu qanuna görə m kütləyə malik olan
istənilən cisim Yer tərəfindən F qüvvəsi ilə cəzb olunurlar və
aşağıdakı formula ilə təyin edilir.
F=GMm/ R
2
Burada G qravitasiya sabiti olub 6,673
.
10
-11
N
.
m
2
/kq
2
bərabərdir, M -Yerin kütləsi, R isə Yerin radiusudur. Cazibə
qüvvəsi F
v
vektorial kəmiyyətdir, yəni ədədi qiymətindən başqa
fəzada istiqaməti ilə də xarakterizə olunur.
Vahid m
1
=1 kütləyə malik olan cism Yerin kütləsi tərəfindən
qüvvəsi ilə cəzb olunur. Burada r-vahid kütlədən cəzb edən küt-
ləyə qədər olan məsafədir, v-Yerin həcmidir. Bu halda F
v
qüvvəsi
ədədi qiymətcə sərbəstdüşmə təcilinə bərabərdir və
g
=−
2
R
GM -dir,
M -Yerin kütləsi, R –Yerin mərkəzindən cəzb edilən kütləyə
qədər olan məsafədir. Əgər bu nöqtə Yerin səthində Yerləşirsə bu
zaman r məsafəsi Yerin radiusuna (R) bərabər olar. g kəmiyyəti
vahid kütləni cəzb edən qüvvəni və ya sərbəstdüşmə təcilini
xarakterizə edir.
Cazibə qüvvəsindən başqa Yer səthində Yerləşən m kütləli
cismə mərkəzdənqaçma qüvvəsi
ρ⋅ω
2
təsir göstərir (
ρ, A
nöqtəsində en dairəsinin radiusudur,
ω isə Yerin fırlanma bucaq
sürətidir (istiqaməti isə fırlanma oxuna perpendikulyardır) (şəkil
17).
Bu iki qüvvənin toplanmasından alınan qüvvə ağırlıq qüvvəsi
adlanır. Vahid kütləyə aid edilən ağırlıq qüvvəsi təcili verir və
∫
=
2
r
dv
F
46
∫
−
=
2
r
dm
g
+
ρω
2
bərabərdir
.
Şək.17. Cazibə və mərkəzdənqaçma qüvvələrinin cəmi olan ağırlıq
qüvvəsi.
Ağırlıq qüvvəsi boşluqda da təsir edir. Məlumdur ki, cismin
çəkisi onun kütləsi ilə düz mütənasibdir: P=mg, burada g=9,81
m/s
2
sərbəstdüşmə təcilidir. Qravitasiya sahəsi Yer kürəsinin
istənilən nöqtəsində vahid kütləyə təsir edən qüvvədir. Ağırlıq
qüvvəsi qiymətcə cismin sərbəstdüşmə təcilinə bərabərdir və
nöqtədən-nöqtəyə dəyişir. Buna görə də qravikəşfiyyat
praktikasında cismin sərbəstdüşmə təcili əvəzinə cismin ağırlıq
qüvvəsi (cazibə qüvvəsi) termini işlədilir.
Sərbəstdüşmə təcilinin tam qiyməti BS vahidlər sistemində
9,81m/s
2
–ə yaxındır. Adətən qravikəşfiyyatda sərbəstdüşmə təcili
mQalla ölçülür. Qal=10
-2
m/s
2
–dır. Qravikəşfiyyatda bundan kiçik
ölçü vahidi 1MQal istifadə olunur. (Qal məşhur italyan alimi
Qalileyin şərəfinə adlandırılıb).
47
Sərbəstdüşmə təcilinin Yerin səthində nədən asılı olduğunu
araşdıraq.
Əgər Yer fırlanmasaydı, kürə şəklində olardı və onun mərkə-
zindən bərabər məsafədə olan nöqtələrdə cazibə qüvvəsi eyni ol-
malı idi. Yerin daimi fırlanmasından planetin kütləsi elə paylanır
ki, cazibə və mərkəzdən qaçma qüvvələrinin birgə təsiri həmişə səthə
perpendikulyar olaraq qalır, bu da okeanın səthinə uyğun gəlir. Buna
görə Yer kürəsi qütblərdən basılaraq sıxıldığından ekvatorda böyüyür.
Qütbdə radiusun ekvatordakı radiusuna nisbətən azalması
ağırlıq qüvvəsinin Yerin en dairəsindən asılı olaraq dəyişməsinə
səbəb olur, müşahidə məntəqəsinin en dairəsi artdıqca Yerin
ağırlıq qüvvəsi də artır. Bunun 9,78 m / s
2
-dan qütblərdə 9,83 m/s
2
(0,05 m/s
2
) qədər artdığı müşahidə olunur. Qütbdəki və
ekvatordakı ağırlıq qüvvəsi fərqinin ekvatordakı ağırlıq qüvvəsinə
nisbəti
189
1
=
−
=
e
e
q
g
g
g
e
dir
Bu effekt mərkəzdənqaçma qüvvəsi hesabına güclənir və bu
qüvvənin istiqaməti ekvatorda Yerin ağırlıq qüvvəsinin əksinə yönəlir.
Cazibə qüvvəsi mərkəzdənqaçma qüvvəsindən önəmli
dərəcədə çoxdur. Mərkəzdən qaçma qüvvəsi 0,5% təşkil edir.
Sərbəstdüşmə təcilinin qiyməti eyni zamanda müşahidə
məntəqəsinin dəniz səviyyəsindən hansı hündürlükdə olmasından
da asılıdır. Əlbəttə, dağa qalxdıqda Yerin radiusu artır,
sərbəstdüşmə təcili hər metr hündürlükdə 0,309 mQal azalır. Əgər
ölçü apardığımız məntəqə dəniz səviyyəsindən 100 m yüksəkdə
Yerləşirsə, onda sərbəstdüşmə təcilinin qiyməti 30,9 mQal
azalacaq. Yer səthində eyni bir nöqtədə sərbəstdüşmə təcilinin
qiyməti Günəş və Ayın cazibəsi nəticəsində sabit qalmır. Bizim
planetdə istənilən kütləyə nəinki təkcə Yerin cazibə qüvvəsi, eyni
zamanda Günəş və Ayın cazibə qüvvələri də təsir edirlər. Ayın
təsiri ilə Yer səthinin müxtəlif nöqtələrində sərbəstdüşmə təcilinin
qiymətinin maksimum dəyişməsi 0,24 mQal-a bərabər olur. Bu
rəqəmi indiki qravimetrlərin dəqiqliyi ölçməyə imkan verir, ona
Dostları ilə paylaş: |