Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 
 
73
 
Süxurlarn, Yerin təbii halda nəmliyinin ölçülməsi vaxtı (bu məsələnin 
həlli geoloqları, inşaatçıları və torpaqşünasları çox maraqlandırır) tərkibində 
hidrogen saxlayan mühit, protonla zəngin mühitdir ki, bu da sürətli 
neytronları yavaşıdır. 
Neft, su, parafin və digər hidrogenlə  zəngin olan maddələr hiss 
olunacaq dərəcədə neytronları  ləngidir, bu hadisə proton və neytronların 
toqquşması  nəticəsində baş verir. Bunu bilyard şarının toqquşmasına 
bənzətmək olar. 
Mühitin nəmliyi  çox olduqda, mənbədən buraxılan 
neytronların udulması bir o qədər çox olur. Hazırda nəmliliyi 
təyin edə bilən çöl, laboratoriya, quyu cihazları hazırlanır və tətbiq 
olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
74
 
 
FƏSİL V 
 ELEKTRİK KƏŞFİYYATI 
Elektrik kəşfiyyatı digər geofiziki kəşfiyyat üsullarından 
texniki bazasının genişliyi ilə fərqlənir.  
Aşağıda elektrik kəşfiyyatı üsullarının əsas qruplarından bəhs 
edilir. 
5.1. Süxurların elektrik xassələri 
Elektrik kəşfiyyatı elektrik cərəyanının süxur qatlarında 
paylanmasını öyrənir. Bu üsul süxurlarn elektrik keçiriciliyinə 
əsaslanır və buraya süxurlarn xüsusi müqaviməti 
ρ, dielektrik və 
elektrik nüfuzluğu, elektrokimyavi həssaslığı, yüklərin 
qütbləşməsi (polyarizasiyası) daxildir. Bunların içərisində  ən 
vacibi xüsusi elektrik müqavimətdir. Xüsusi elektrik müqaviməti 
beynəlxalq vahidlər sistemi BS-də Om
⋅m, yəni tilinin uzunluğu 1 
metr müqaviməti 1 Om olan kub götürülür. Aşağıdakı cədvəldən 
(cədvəl 4) görünür ki, mineralların xüsusi elektrik müqaviməti çox 
geniş intervalda dəyişir. Buraya Omun mində birindən təmiz, təbii 
əmələ gəlmiş minerallar və bir neçə milyard Om metrə qədər pis 
keçirici minerallar olan (izolyatorlar) slyuda, kvars və s. 
daxildirlər. 
Beləliklə, 
ρ  kəmiyyətinin geniş hüdudda dəyişməsi yəni 
minerallar üçün 10
-4
-dən 10
14
 Om.m,  süxurlar üçün 1-10
7
 Om
⋅m,  
arasında dəyişməsi  müəyyən edilmişdir. Deməli, elektrik 
kəşfiyyat üsulu Yerin dərin qatlarını öyrənmək üçün ən məlumatlı 
üsullardan biridir. 
Süxurlarn xüsusi müqaviməti bir çox amillərdən asılıdır. 
Bunlardan  ən vacibi süxurun tərkibindəki mineralların 
müqaviməti, nəmliyi, süxurun tərkibindəki suların mineral 
duzlarla zənginləşməsi, məsaməliliyi, çatlığı, quruluşu və xarici 
əlamətləridir. 
Bütün süxurlar və filizlər keçiriciliyinə görə elektron, 
məhlullar isə ion keçiriciliyinə bölünürlər. Birinci dəstəyə  təbii 
yaranan metallar, sulfidlər, çox hallarda oksidlər, qrafit və antrasit 


 
 
75
 
aiddir. Bütün qalan süxur və minerallar da cərəyan yüklü iyonlar 
və digər yüklü hissəciklərin daşınması hesabına  əmələ  gəlir. Bu 
yüklü hissəciklər süxurun qatlarında məsamələrdəki məhlulun 
tərkibində olurlar. 
Kristallik, maqmatik və metamorfik süxurlar yüksək xüsusü 
elektrik müqavimətinə malikdirlər. Çökmə süxurlarn böyük 
əksəriyyəti  əhəngdaşları, dolomit və  mərmər istisina olmaqla, 
nisbətən kiçik elektrik müqavimətinə malikdirlər (cədvəl 4-ə bax).  
Suyun xüsusi müqaviməti onun tərkibindəki mineral duzların 
miqdarından asılıdır.Süxurun müqavimətinə onun çatlığı güclü 
təsir edir və çatlar mineral duzlarla həll olunmuş məhlullarla dolu 
olur. Buna görə  də, tektonik pozulmalar və  qırışıqlıqlarla 
səciyələnən  ərazilər özlərini kiçik elektrik müqavimətli 
anomaliyalar kimi büruzə verirlər. Süxurlarn xüsusi müqaviməti 
eyni zamanda temperaturdan  asılıdır. Su donduqda onun 
müqaviməti sıçrayışla artır. Məlumdur ki, buz özü pis keçiricidir. 
                                                                                                                  
 Минераллар                                                      Cядвял 4 
 
Sulfidlər   (prit və b.)……….……………… 10
-4
-10
-3      
 
Qrafit………………………………………...10
-4 
–10
-2
      
 Su…………………………………………... 0,1-10
-5
          
 Kalium duzu.……………...………………...10
-2
-10
5
                                
 Neft………………………………………....10
9
–10
14
                                   
 Mika…………………………………………10
10
-10
15   
    
 Çöl şpatı……………………………….…….10
10
10
12 
    
 Kvars………………………………………..10
12
–10
14
     
 Süxurlar 
 Gil……………………………………….…..1-100 
 Qum…………………………………………1-10

 Qumdaşları…………………………  ..…….10-10

 Əhəngdaşları, mərmər…………… …....….10

-10

 Daşduz………………………….… ….…….10
2
-10

 Kvarsit qneys………………….… ……...…10

-10

 Turş (qranit və b.)…………….…. ………....10
2
-10



 
 
76
 
 Orta (diorit, sienit və b.)……… …..………...10
3
-10

 Əsası (qabro, diabaz, bazalt və b)..…….…...10
3
-10
8
 
 Ultraəsası………………………..…………..10
3
-10
7
 
5.2. Sabit cərəyan üsulu 
Elektrik kəşfiyyatının sabit cərəyan üsulu tədqiqat aparılan 
süxurlarn kütləsindən cərəyan buraxmaqla aparılır. Bu üsul tətbiq 
edilən zaman ya təkcə 
∆U gərginliyi ölçülür, yaxud da elektrik 
müqavimətini hesablamaq üçün həm gərginliyi, həm də  cərəyan 
şiddətini ölçürlər. Cərəyan mənbəyi olaraq komplekt quru 
batareyalardan, akkumlyatorlardan və xüsusi düzəlmiş benzin, 
yaxud dizel yanacağı ilə  işləyən generatorlardan istifadə olunur. 
Potensiallar fərqi 
∆U kompensasiya üsulu ilə osilloqrafın 
köməyiilə, yaxud da əqrəbli və  rəqəmli elektrik kompensometr-
lərindən istifadə etməklə  təyin edirlər. Sənaye müəssisələrində 
buraxılan nəqliyyat vasitələrində xüsusi elektrik kəşfiyyatı 
stansiyaları Yerləşdirilir və buraya generator qurğusu, qeydedici 
cihazlar və digər lazım olan köməkçi avadanlıqlar Yerləşdirilir. 
Elektrik profilləməsi
 elektrik kəşfiyyatı üsullarının ən geniş 
yayılmış növüdür. Bu növ profillərdə müəyyən sabit dərinlikdə  
laylı kütlələrin öyrənilməsi üçün tətbiq olunur. 
Elektrik profilləmədə elektrik kəşfiyyatı qurğularının sxemi 
şəkil 28-də verilmişdir. A və B elektrodlarına qidalaycıvə bunların 
vasitəsilə Yerə cərəyan buraxılır. Elektrodlar Yerə çalınmaq üçün 
uzunluğu 1 metr, en kəsiyi 0,2 m olan metaldan hazırlanmış 
mıxdır. Elektrodlar naqillərlə generatora birləşdirilir. M və N 
elektrodları qəbuledicilər adlanır. Bunların köməyi ilə potensiallar 
fərqi ölçülür və müşahidələrin nəticələri ilə müqavimət 
hesablanılır. 
ρ
f
=Κ∆U/I2π 
Burada K qurğunun sabitidir, bunun qiyməti qidalandırıcı və 
qəbuledici elektrodların qarşılıqlı Yerləşməsindən asılıdır. Bu 
müxtəlif ölçülü qurğularla alınan nəticələri müqayisə etməyə 
imkan verir. 
ρ

müqavimətinə fərz olunan elektrik müqavimət de-
yilir. Bu süxurun həqiqi müqavimətinə yalnız dərin qatlarda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə