108
istinad kəsilişləri qurulur və neftli laylar ayrılır və onların qalın-
lıqları təyin edilir.
Şək. 46. Karotaj üsulu ilə quyuların tədqiqi sxemi. Öz-özünə
qütbləşmə və müqavimət karotajları V.İ.Daxnova görə). A-quyunun
kəsilişi; b-diaqram; 1-fərz olunan xüsusi müqavimət; 2-öz-özünə
qütbləşmənin potensialı; I-gil, qum; II-sulu qat; III-neftli qat; IV-
qumdaşları; V-gips.
Öz-özünə qütbləşən potensiallar karotajı (ÖQK). Quyuda
hərəkət edən qəbuledici M elektrodun Yerin səthində Yerləşən N
elektroda nisbətən ölçülən potensiala əsaslanır (şəkil 47).
Bu üsulun köməyi ilə süxurlarn və filizlərin təbii elektrik
sahəsini, yəni öz-özünə qütbləşməsini öyrənirlər. Karotajın
köməyi ilə quyunun kəsilişində sulfid və filiz kütlələrinin (şəkil
48) məsaməli süxurlar ayırır və həmin aralarda fəal diffuziya
109
gedən, su süzgəclənən, yaxud su udulan laylar aşkar olunur. Layın
nüfuzluğu U
öqk
əyrisinin minimumu ilə qeyd olunur.
Şək.47. Öz-özünə qütbləşmənin U
öq
potensialının karotaj diaqramı
(a), sulfid filiz kütləsinin oksidləşməsinin göstəricisi (v).
Radioaktiv karataj (RK)
Quyu kəsilişində radiometriya və
nüvə geofizikası ilə aparılan ölçmələr bir çox çəhətlərinə görə
eynidir.
Qamma karataj (QK).
Süxurlarn təbii qamma aktivliyini
ölçmək məqsədi ilə aparılır. Buna görə də quyuda qamma kvant
detektoru istifadə olunur. Radioaktiv şüalanmanın qeyd olunması
karotaj laboratoriyasının köməyi ilə Yerin səthində aparılır.
Qamma karotaj bilavasitə uran-radium və torium filizlərinin
yoxlanmasında, kalium duzunun, fosforitin və bir çox başqa nadir
elementlərin kəşfiyyatında istifadə olunur. (şəkil 48).
110
Maqnit həssaslığı karatajı (MHK).
Quyu böyük süxur və
filizlərin maqnit həssaslığının ölçülməsinə əsaslanır. Bu üsuldan
ekspres geofiziki yoxlama məqsədilə filizlərdə maqnitləşən
dəmirin və dəmir minerallarının olmasını aşkar etmək məqsədi ilə
istifadə olunur və maqnetit yataqlarının dəqiq kəşfiyyatı zamanı
ən səmərəli üsul sayılır.
Şək. 48. Quyularda uran filizini aşkar edən qamma karotaj
diaqramı (a) və kalium duzu (b). 1-uran filizi; 2-filizi özündə saxlayan
süxur; 3-kalium duzu; 4-aşağı keyfiyyətli kalium duzu.
Geofiziki karotaj partiyalarında geoloji kəsilişlərin
öyrənilməsi ilə yanaşı, istifadə olunan neft və hidrogeoloji
quyuların texniki vəziyyətinin yoxlanması üçün xüsusi tədqiqatlar
aparılır. Bura quyunun diametrinin ölçülməsi, əyilmə azimutu,
əyilmə bucağı, su axıb gələn və su udulan Yerin təyini, quyunun
divarından süxurun götürülməsi və s. daxildir.
111
7.3. Termik kəşfiyyat
İstilik sahəsinin anomaliyası tektonik hərəkətlər baş verən
ərazilərdə, vulkan fəaliyyət göstərən sahələrdə və müxtəlif istilik
keçiriciliyinə malik olan süxur və filizlərdə əmələ gəlir. Bu xassə
termokəşfiyyatın məlumatlarını geoloji xəritəalmada istifadə
etməyə imkan verir. İstilik seli mənbəyi radioaktiv elementlərin
toplandığı Yerlər, oksidləşmə və bərpaolma reaksiyaları gedən
kömür, sulfid və digər yataqların sahələri ola bilər. Ona görə də
faydalı qazıntıların axtarışında termokəşfiyyatdan istifadə edirlər.
Yerin istilik sahəsinin ölçülməsini havada (təyyarə vasitəsilə
infraqırmızı radioistilik planaalması), Yer dərinliyində və quru
sahələrdə aparılır. Yerüstü termokəşfiyyatda üstünlük dərinliyi
0,7-1,5 m olan çalalarda, kiçik xəritəalma isə dərinliyi 10-15 m
olan quyulara verilir. Bunun səbəbi mövsümdən asılı olaraq
temperaturun təsirini zəiflətməkdir. Ölçmə işləri aparmaq üçün
termistirlərdən yarımkeçirici termomüqavimətlərdən (temperatura
yüksəldikcə onun elektrik keçiriciliyi artır) istifadə edilir.
7.4.
Geofiziki üsulların kompleksləşdirilməsi
İndiyə kimi biz geofiziki üsulların üstünlüklərindən danışdıq.
Bu üsulların geoloji məsələlərin həllində geniş istifadə olunması
bizi təmin edirdi. Yada salsaq ki, geofiziki kəşfiyyat işlərində,
geoloji kəşfiyyat işlərinə buraxılan ümumi məbləğin yalnız üçdə
biri xərclənir, onda bu üsulların üstünlüyü aydın olur. Təəssüf ki,
digər axtarış kəşfiyyat işlərində olduğu kimi, geofiziki üsullarda
da çatışmayan cəhətlər var. Bunlardan ən vacibi geofiziki
məlumatların bir qiymətli təhlil olunmamasıdır. İstənilən geofiziki
anomaliyalar ola bilər ki, müxtəlif səbəblərdən və geoloji şəraiti
hərtərəfli təhlil etmədən həmin anomaliyanın geoloji mənşəyini
açmaq mümkün olmasın. Buna görə də mühəndis-geofizik şəxsən
geoloji məsələləri peşəkarcasına araşdırmağı bacarmalıdır. 21-ci
şəklə qayıdaq və qravikəşfiyyatın nəticələrinin çox qiymətli izah
olunduğunu əyani sürətdə göstərək. Alınan qiymətlərə görə
müsbət anomaliyanın nəyin hesabına olduğunu təyin etmək
mümkün deyil, çünki sərbəstdüşmə təcilinin qiymətinin artması
112
həm kristallik əsasın səthinin qalxması hesabına, həm də süxurun
tərkibində olan böyük sıxlıqlı kütlələrin hesabına yarana bilər. Bu
məsələni qazmanın köməyilə həll etmək olur. İki quyu, biri
anomaliyanın mərkəzində, o biri isə kənarda qazılır, şübhəsiz ki,
hər iki halda birqiymətli cavab alacağıq. Əgər bünövrənin səthi
hər iki nöqtədə müxtəlifdirsə, onda birinci variant qüvvədədir,
yəni biz bünövrənin günbəzvari qalxmasını müəyyən edirik. Əgər
hər iki quyu eyni dərinlik verirsə və müxtəlif süxurlar çıxırsa, bu
anomaliya bünövrənin müxtəlif quruluşda olmasını sübut edir.
Təəssüf ki, quyu qazılmasına sərf olunan xərc çox böyükdür,
ona görə də hər bir belə hal üçün texniki üsuldan istifadə etmək
mümkün deyil. Geoloji mənşəli qravitasiya anomaliyasının xeyli
tez və ucuz, digər bir geofiziki üsulu cəlb etməklə həlli
mümkündür. Bu üsullara seysmik kəşfiyyat, yaxud tellurik
zondlama üsullarının köməyi ilə çöküntü örtüyün alt səthinin
kristallik bünövrənin səthi ilə təmasının vəziyyəti haqda məlumat
ala bilərik.
Səmərəli kompleks geofiziki işlərin seçilməsi fiziki-geoloji
modelə əsaslanır. Geofiziki axtarışın obyekti, öyrənilən faydalı
qazıntı yatağının, yaxud filiz kütləsini təsvir edən obyektin yekun
həyəcanlanmasını özündə birləşdirir.
24-çü şəkildə göstərilən boksit yatağının fiziki-geoloji
modelini qurmağa çalışaq. İlk baxımda boksit yatağının
Yerləşdiyi ərazi əslində Karst boşluğudur. Onu əhatə edən əhəng
daşı və dolomit süxurlar özlərini biri digərinin daxilində Yerləşən
sferik linzaya bənzər həyəcanlanmış obyekt kimi göstərir (şəkil
49). Hər bir sfera müəyyən fiziki xassəyə malikdir. Boksitlər bir
qədər yüksək maqnit həssaslığına malikdir və lokal maqnit
anomaliyası qeyd olunur. Karst boşluğu az sıxlığa malikdir,
yumşaq gilli qumlu çöküntülərlə dolubdur. Buna görə də, bunun
üzərində zəif sərbəstdüşmə təcili yaranır. (şəkil 49-a bax).
Əhəngdaşı linzası böyük elektrik müqavimətinə malikdir.
Diaqram aydınca fərz olunan müqavimətin qiymətinin artdığını
göstərir.
113
İkinci bir misala baxaq. Almaz yatağının axtarışında müvəf-
fəqiyyətlə kompleks geofiziki üsullardan istifadə edilir. Bu
kompleksə maqnit, elektrik və qravikəşfiyyatı daxildir. Almaz
kimberlit vulkanik partlayış borularında rast gəlinir. Bu borular
maqnit sahəsi ilə izometrik planda özünü müsbət anomaliya kimi
göstərir, Yerin maqnit sahəsinin şaquli komponenti
∆Ζ 1000 nTl
amplituda ilə büruzə verir (şəkil 50). Belə anomaliyaları Sibir
platformasında əsası tərkibli süxur damarları və çox yayılmış trap
süxurlarnın qalıqları yaradır. Maqnit kəşfiyyatının nəticələri bir
qiymətli olmur.
Şək. 49.Boksit yatağının fiziki geoloji modeli (şəkil 26-ya bax):
1-yumşaq örtük; 2-yatağı özündə saxlayan süxur; 3-maqnitsiz yüksək
elektrik müqavimətinə malik olan əhəngdaşı linzası; 4-kiçik sıxlığa
malik olan içi boş karst boşluğu; 5-yüksək maqnit həssaslıqlı boksit
yatağı.
114
Qravi və elektrik kəşfiyyat üsullarını əlavə olaraq cəlb etmək
maqnit anomaliyasının kimberlit və trap fərziyyəli olmasının
təsnifatını verir. Kimberlit borusu üzərində trapdan fərqli olaraq
ağırlıq qüvvəsinin və fərz olunan müqavimətinin azalmış qiyməti
müşahidə olunur (şəkil 50).
Şək. 50. Kimberlit partlayış borusu üzərində kompleks geofiziki
işlərin tətbiqi və nəticələri. Buraya maqnit, qravi, elektrik kəşfiyyatları
daxildir (a) və trap intruziyaları üzərində (b) /V.M.Bondarenkoya görə/.
1-kimberlit partlayış borusunun Yerləşdiyi karbonat süxurlar; 2-
kimberlit; 3-trap.
7.5. Kəşfiyyat geofizikası və ətraf mühitin qorunması
Geofiziki üsulların bəzi növləri ətraf mühitə nəzərəçarpacaq
dərəcədə mənfi təsir göstərir. Bu seysmik, elektrik və nüvə
fizikası üsullarına aiddir. Bu üsullarla süni fiziki sahələr yarat-
maqla tədqiqat işləri aparılır. Partlayışlar təbiətə zərərli təsir
göstərir, bu, elastik seysmik dalğalar yaratmaq üçün həyata
keçirilir. Xüsusilə su hövzələrində aparılan partlayışlar daha
təhlükəlidir. Elektrik kəşfiyyatı müşahidələri, xüsusilə dərin
obyektləri öyrənmək üçün, böyük ölçülərə malik olan qurğulardan
115
istifadə olunur və böyük cərəyan tələb olunur. Bunun üçün güclü
cərəyan generatorları tələb olunur, bu isə ətrafda olan insan və
digər canlılar üçün ciddi təhlükə yaradır. Radioaktiv şüalanma
mənbələrindən istifadə etdikdə həddən artıq şüalanma qəbul
etmək təhlükəsi yaranır.
Kəşfiyyat geofizikasının mənfi ekoloji təsirini azaltmaq üçün
müntəzəm olaraq geofiziki işlərin texnologiyası, buraxılan
cihazların istehsalının nizamlanması təkmilləşdirilməlidir.
NƏTİCƏ
Elmi-texniki inqilab əsrində geofiziki tədqiqat üsulları ilə həll
olunan Yer qabığının bir çox məsələləri müntəzəm olaraq
genişlənməkdədir. İnkişaf edən insan cəmiyyətini mineral
xammalla təmin etmək problemi müasir geologiya elmi qarşısında
duran məsələlərdəndir.
Yerin dərin qatlarında Yerləşən, çətin tapıla bilən faydalı
qazıntı yataqlarının axtarışında geofiziki kəşfiyyat üsulları aparıcı
rol oynayır. Bu üsul müxtəlif dərinliklərdə Yerləşən yataqların
tədqiq olunmasını təmin edir. Geofiziki kəşfiyyat nəinki ənənəvi
məsələlərin həllində, eyni zamanda Yerin quruluşunun qlobal
məsələlərinin öyrənilməsində istifadə edilir. Buraya şelf qurşaq-
ları, dərin sualtı çökəkliklər, okean qabığının quruluşu, litosfer və
mantiyanın dərin qatları və Yerətrafı kosmik fəzanın tədqiqi
daxildir. Sözün həqiqi mənasında, bizim gözümüz qarşısında
geofiziki kəşfiyyat üsulunun yeni tətbiq sahələri yaranır: bunlara
fiziki sahələrin telemetrik tədqiqi, Ay və Günəş sisteminin və
digər planetlərin öyrənilməsi, zəlzələlərin baş verməsini əvvəl-
cədən xəbər verən və proqnozlaşdıran, kənd təsərrüfatında faydalı
ərazilərin meliorasiyası, kosmosdan yerdəki bitki aləminin
öyrənilməsi, vulkanologiya, arxeologiya, tarix, kriminalistika,
ətraf mühitin qorunması, nüvə partlayışlarına nəzarət etmək və
onun təsirinin öyrənilməsini və s. misal göstərmək olar.
116
ƏDƏBİYYAT
1.Xələfli A.A. Geofiziki kəşfiyyat üsullarının əsasları. Bakı.
1998. 216 s.
2.Xələfli A.A. Geofiziki kəşfiyyat üsulları. Bakı. 2004. 306
s.
3.Бондаренко В.М., Демура Г.В., Ларионов А.М. Общий
курс геофизических методов разведки. Учебник, пособие для
техникумов, М.; Недра, 1986, 453 с.
4.Хмелевской В.К. Краткий курс разведочной геофизи-
ки. Изд.2-е доп. И перераб. М.; Изд-во МГУ, 1979, 287 с.
5.А.И.Дягилева, В.В.Андриевич Основы геофизических
методов разведки. М.; Недра, 1987, 288 с.
6.Иванов А.Г. Физика в разведке Земных недр. М.; Не-
дра, 1971, 199 с.
7.Магниторазведка. М.; Недра, 1990, 469 с.
8. Итенберг С.С., Дахкильков Т.Д. Геофизические иссле-
дования в скважинах. М.; Недра, 1982, 215 с.
117
MUNDƏRİCAT
3
5
Ön söz ………………………………………………...
Fəsil.
Geofizikanın fiziki əsasları………………………
1.1.Yerin geoloji quruluşu haqqında qısa məlumat ……
1.2.Axtarış kəşfiyyat üsullarının müasir təsnifatı……..
7
12
1.3. Geoloji üsullar……………………………………... 13
1.4. Texniki üsul………………………………………... 15
1.5. Geofiziki üsullar…………………………………... 18
1.6. Geokimyavi üsul…………………………………… 19
1.7. Uzaq məsafədən (aerokosmik) tədqiqat üsulları…..
22
1.8. Dəniz geoloji-geofiziki kəşfiyyat üsulları…………. 24
1.9. Geoloji axtarış işlərinin aparılmasının növləri və
miqyası……………………………………………..
25
1.10. Geofiziki axtarışlar haqqında ümumi məlumat…..
27
1.11. Geofiziki anomaliya anlayışı……………………... 30
Fəsil.2.
Geofiziki kəşfiyyat üsulları……………….…… 37
2.1. Maqnit kəşfiyyatı………………………………….. 37
2.2. Maqnit sahəsinin ölçülməsi………………………..
39
2.3. Süxurlarn maqnit xassələri………………………… 41
2.4. Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər...
42
Fəsil.3
. Qravi kəşfiyyat………………………………… 52
3.1. Ağırlıq qüvvəsi…………………………………….. 52
118
3.2. Ağırlıq qüvvəsi düzəlişləri (reduksiyalar)………...
57
3.3. Süxurlarn sıxlığı………………………………….. 58
3.4. Ağırlıq qüvvəsinin ölçülmə qaydaları……………... 60
3.5. Yerin Ayın və Günəş sisteminin digər planetlərinin
formasının öyrənilməsi………………………………….
63
3.6 Yerin daxili quruluşunun tədqiqi………………….. 64
Fəsil. 4.
Nüvə fizikası………………………………….. 72
4.1. Radioaktivlik………………………………………. 72
4.2. Radioaktivliyin ölçülməsi…………………………. 74
4.3. Radiometrik üsul…………………………………… 75
4.4. Yer kürəsinin və onu təşgil edən süxurlarn yaşının
təyini…………………………………………………….
82
4.5. Nüvə geofiziki üsulu ilə maddələrin tədqiqi………
84
Fəsil.5.
Elektrik kəşfiyyatı…………………………….
87
5.1. Süxurlarn elektrik xassələri………………………..
87
5.2. Sabit cərəyan üsulu………………………………... 88
5.3. Yüklü kütlə üsulu………………………………….. 94
5.4. Təbii elektrik sahələrini öyrənən üsul……………..
96
5.5. Dəyişən cərəyan üsulu…………………………….. 98
5.6. Maqnittellurik üsul………………………………… 99
5.7. Radiokip üsulu……………………………………... 100
Fəsil.6.
Seysmik kəşfiyyat……………………………... 103
6.1. Elastik dalğalar…………………………………….. 104
6.2. Seysmik kəşfiyyat cihazları……………………….. 108
6.3. Seysmik kəşfiyyat üsulları………………………… 111
6.4. Dərin seysmik zondlama…………………………... 115
6.5 Yerqabığının dərin qatlarının quruluşunun tədqiqi… 117
6.6. Neft qaz yataqlarının axtarışı………………………. 117
6.7. Ayın daxili quruluşunun öyrənilməsi……………… 119
Fəsil.7.
Quyuların geofiziki üsulla tədqiqi…………….. 121
119
7.1. Karotaj üçün cihazlar……………………………...
121
7.2. Karotaj üsulları…………………………………… 123
7.3. Termik kəşfiyyat ………………………………….
128
7. 4 Geofiziki üsulların kompleksləşdirilməsi ………… 128
7.5. Kəşfiyyat geofizikasf və ətraf mühitin qorunması ..
132
Nəticə ……………………………………………… 134
Ədəbiyyat…………………………………………… 135
ВВЕДЕНИЕ В РАЗВЕДОЧНУЮ ГЕОФИЗИКУ
ХАЛАФЛЫ А.А.
Книга кратко знакомит читателей с основами геофизиче-
ской науки для изучения геологического строения земных
недр, для поисков и разведки полезных ископаемых.
Прочитавший ее узнает, как геофизика помогает откры-
вать в земных недрах скрытые от человеческого глаза залежи
месторождения руды нефти и газа, каменного угля. По каж-
дому методу (магниторазведка, электроразведка, гравираз-
ведка, сейсморазведка, радиометрическая разведка и исследо-
вания в скважинах и др.) расмотрены его физические основы,
характер изучаемого геофизического поля, аппаратура, мето-
дика измерений и интерпретации.
Книга предназначена для студентов вузов, изучающих
предмет Геофизические методы поисков и разведки месторо-
ждений полезных ископаемых.
138с.6 таблиц, ил. 50, список лит.8 назв.
XƏLƏFLİ AYVAZ ALI oğlu
GEOFİZİKİ KƏŞFİYYATA GİRİŞ
(учебный пособия)
Dostları ilə paylaş: |