95
Şək. 37. Seysmik stansiyaların (SS) profildə sxemi. HM-elastik
dalğaları yaradan həyəcanlanma mərkəzi.
Seysmik kanalın gücləndiricisi seysmik qəbuledicinin elektrik
siqnallarını təxminən bir milyona qədər, yəni gözlə görünən səviy-
yəyə qədər gücləndirir. Bu gücləndiricinin yeganə vəzifəsi deyil.
O eyni zamanda faydalı seysmik dalğaları süzgəcləyir və avto-
matik olaraq onun amplitudunu tənzimləyir.
Seysmik qəbulediciyə müxtəlif: əksolunan, sınan, səthi, səs
dalğaları, Yerin rəqsləri, hərəkət edən nəqliyyatların yaratdıqları
rəqslər və s.gəlir.
Gücləndiricinin vəzifələrindən biri də faydalı elastik dalğaları
maneə dalğalarından ayırmaqdır. Bunu elektrik süzgəclərinin
köməyi ilə edirlər. Məlumdur ki, dalğalar tezliklərinə görə bir-
birindən fərqlənirlər. Gücləndiricilərə gələn faydalı və maneə
dalğaları müxtəlif tezlikdə olduqlarından, gücləndirici faydalı dal-
ğanı öz tezlik diapozonu daxilində gücləndirir, maneə dalğalarını
isə zəiflədir.
Müxtəlif dərinlikdən gələn əksolunan dalğalar amplitudlarına
görə bir-birindən kəskin fərqlənirlər. Buna görə də seysmik
kəşfiyyat cihazları avtomatik olaraq güclənməni tənzimləyir,
96
böyük amplitudlu seysmik dalğaları zəiflədir, zəif dalğaları isə
yüksək dərəcədə gücləndirərək yazır.
Rəqəmli seysmik stansiyalar əmək məhsuldarlığının xeyli art-
masına imkan verir və geniş dinamik diapozona malikdir, nəticə-
lərin təhlilində heç bir məhdudiyyəti yoxdur, çoxlu variantlar işlə-
tmək mümkündür, tədqiqatlar yüksək dəqiqliyə və böyük əhəmiy-
yətə malikdir.
Seysmoqrammada elastik dalğalar impuls formasında
böyüdülmüş amplituda ilə göstərilir. (şəkil 38).
Şək. 38. Seysmoqramma. Birinci və əksolunan dalğaların çıxışları
aydın görünür, bunlardan birinin fazası üstəgəl işarəsi ilə qeyd olunub.
6.3. Seysmik kəşfiyyat üsulları
Seysmik kəşfiyyatın modifikasiyasına aşağıdakılar daxildir:
sınan dalğalar üsulu (SDÜ), əksolunan dalğalar üsulu (ƏDÜ) və
dərin seysmik zondlama üsulu (DSZÜ).
Sınan dalğa üsulları tarixən birinci çıxış modifikasiyasında
başqalarından çox əvvəl irəli sürülüb, seysmoqrammada bu çıxış
başqalarından asanlıqla ayrılır (şəkil 38-ə bax).
Həyəcanlanma məntəqəsinə yaxın Yerləşdirilmiş seysmik qə-
bulediciyə birinci düz dalğalar (səthi dalğalar) gəlib çatırlar (şəkil
97
36-ya bax). Həyəcanlanma məntəqəsindən xeyli uzaqda sınan baş
dalğa səthi dalğaları ötüb birinci çatır. Bu, o vaxt baş verir ki,
elastik dalğaların sürəti alt qatlarda üst qata nisbətən çox olsun.
Onlar aşağıdakı şərtlər daxilində əmələ gəlir. Seysmik dalğa iki
mühitin sərhədində i bucağı altında tam daxili əksolunmaya
malikdirsə, (şəkil 39) onda sınma bucağı 90
º
-yə bərabərdir, sınan
şüa sərhəd boyunca sürüşür.
Şək. 39. Seysmik dalğaların əsas növləri.
1 - düşən dalğa; 2 - əksolunan dalğa; 3 - sınıb keçən; 4 - əksolunan
sürüşən;5 - əksolunan baş dalğa;
α - düşmə bucağı.
Ayırma sərhədinin hər bir nöqtəsi ardıcıl olaraq baş dalğa
yaradır və Yerin səthinə HM-dən X
m
məsafədə çıxır. Həyacan-
lanma məntəqəsi ilə birinci əksolunan dalğanın Yer səthinə çıxışı
arasındakı məsafə ölü zona adlanır.
Baş dalğanı izləmək üçün həmişə seysmik qəbuledicilərin
qarşılıqlı Yerləşdirilməsi seysmik müşahidələrin əsasını təşkil
edir. Eyni zamanda buna bənzər bir neçə əksetdirən sərhədləri
müşahidə etmək olar. Bu halda əksetdirən sərhəd nə qədər dərində
Yerləşsə, seysmik qəbuledici HM-dən bir o qədər uzaqda
Yerləşdirilməlidir. Bəzən bu məsafə 10 km-dən çox olur.
SDÜ-nun inkişafı korrelyasiya üsulunun yaranmasına gətirib
çıxarır. Bu üsul nəinki birinci çıxışı, eyni zamanda ardıcıl olaraq
98
digər çıxışları da istifadə etməyə imkan verir. Hazırda korrel-
yasiya üsulu demək olar ki, tamamilə birinci çıxış üsulunu
sıxışdırıb aradan çıxarıb. Korrelyasiya üsulu ilə beşə qədər
əksetdirən sərhədi ayırmaq olur və onların dərinliyi bir neçə km-
dən 10 km-ə qədər olur.
Sınan şüaların qodoqraflarının köməyi ilə sərhəd sürətini
təyin etmək mümkündür. Bu qiymət isə əksetdirən qatda olan
süxurlarn tərkibi haqda mülahizə yürütməyə imkan verir.
Əksolunan dalğa üsulu (ƏDÜ) müxtəlif akustik sərtliyə malik
olan seysmik sərhədlərdən qayıdan dalğaların qeyd olunmasına
əsaslanır.
Əksolunan dalğalar baş dalğalardan sonra gələn dalğalardır.
Ona görə də seysmoqramlarda əksolunan dalğaları birinci sıxan
sınan dalğalardan ayırmaq çətinlik törədir. Bu səbəbə görə də
ƏDÜ-dan adətən dərin qatları öyrənmək üçün istifadə edirlər (yüz
metrdən dərin qatlara qədər).
Əksolunan dalğaların əmələ gəlməsi 40-cı şəkildə göstəril-
mişdir. Şəkildən aydın görünür ki, əksolunan dalğaların qodo-
qrafı hiperbola əyrisinə bənzəyir. ƏDÜ eyni zamanda 10-15
əksetdirən sərhədi 5-7 km dərinliyə qədər qeyd etməyə imkan
verir.
Əksolunan dalğaların qodoqrafının köməyi ilə üst qatlarda
elastik dalğaların yayılma sürəti və dalğanı əksetdirən sərhəddə
qədər olan məsafəni təyin etmək olur.
Seysmik materialların müasir kompüterlərlə hesablanması
lazımi düzəlişlərdən sonra, vaxt seysmik kəsiliş qurmağa və
bunun köməyi ilə kəsilişlərdə istinad seysmik qatları ayırmağa
imkan verir.
Bir nöqtədə dəfələrlə aparılan seysmik müşahidələr seysmik
kəşfiyyatın ayırdetmə qabiliyyəti nəzərə çarpacaq dərəcədə artır.
Buna misal ümumi dərinlik nöqtə üsulunu (ÜDNÜ) qeyd etmək
olar. ÜDNÜ ilə geoloji kəsilişdə bir nöqtədə bir neçə bir-birindən
asılı olmayan ölçmələr aparılır. 41-ci şəkildən görünür ki,
həyəcanlanma nöqtəsini I nöqtədən III nöqtəyə dəyişdirmə zamanı
üç dəfəəksolunan dalğa qeyd olunur 1-3. Bu misalda (üç dəfə bir-
Dostları ilə paylaş: |