91
məti zəif sementlənmiş süxurlardan tutmuş möhkəm (monolit)
çökmə süxurlara və sonra kristallikdən maqmatikə, nəhayət,
metomorfik süxurlarda artmağa başlayır (cədvəl 5-ə bax).
Geoloji mühitin elastiklik xassəsini xarakterizə edən kəmiyyət akustik
sərtlik adlanır və (
γ) qamma hərfi ilə işarəolunur. Bu süxurlarda seysmik
dalğanın sürətinin (V-nin), onunsıxlığına (
σ) vurma hasilinə bərabərdir.
γ=σ⋅V
Buna bəzən dalğa müqaviməti də deyilir. Bu kəmiyyət kris-
tallik süxurlar üçün 10-20 q/sm
·
san arasında dəyişir. Yeri gəlmiş-
kən demək lazımdır ki, əksolunan dalğa o sərhədlərdə baş verir ki,
laylar akustik sərtliyinə görə bir-birindən xeyli fərqlənsinlər V
1
σ
1
≠V
2
σ
2
(şəkil 36-ya bax). Həyəcanlanma mərkəzindən hər tərəfə
müxtəlif növ elastik dalğalar yayılır. Atmosferdə hava dalğaları,
Yerin səthində səthi dalğalar, Yerin dərin qatlarında düz, yaxud
düşən uzununa və eninə dalğalar yayılmağa başlayır.
Şək 36. Nöqtə mənbə ətrafında düz dalğaların yayılması və onun
qodoqrafı.
Müxtəlif sürətə və akustik sərtliyə (
γ) malik olan geoloji
mühitin sərhədində uyğun olaraq sınan və əksolunan dalğalar
92
əmələ gəlir. Əksolunan dalğalar ola bilsin düşən dalğa ilə eyni
tipli olsun, yaxud mübadilə dalğası yaratsın, yəni düşən dalğa
başqa növ dalğa yaratsın. Misal göstərək, düşən uzununa dalğa
eyni növ uzununa əksolunan dalğa, yaxud əksolunan mübadilə
dalğası və sınan eninə dalğa yaradır.
Seysmik axtarışlarda əsasən uzununa dalğaları öyrənirlər, çünki
bütün elastik dalğalar mənbəyi bu dalğaları yaradır və böyük sürətə
malikdirlər (cədvəl 5-ə bax) və qeydolunma məntəqəsinə birinci
gəlib çatdığı üçün onu asanlıqla qeyd etmək olur. Seysmik dalğaların
yayılması şüa, yaxud izoxron şəkildə göstərilir. İzoxron - elə bir
səthdir ki, müəyyən zaman müddətində dalğa cəbhəsi ilə üst-üstə
düşür. Dalğa cəbhəsi dedikdə mühitin həyacanlanma başlayan
hissəsini, həyacanlanma başlamayan hissəsindən ayıran səth başa
düşülür. Bircinsli izotrop mühitdə nöqtəvi mənbə ətrafında həyəcan-
lanmış mühitdə rəqslər izoxron konsentrik sferik səthlər kimi
müşahidə olunur (şəkil 36).
Cədvəl 5
Müxtəlif geoloji mühitdə eninə V
s
və uzunnaV
p
seysmik
dalğalarının yayılma sürəti (km/s)
93
Seysmik kəşfiyyatda yayılan faydalı siqnalları Yerin səthində
seysmik profillərdə və quyularda qəbul edirlər. Profillərdə
dalğanın gəlmə müddətini ardıcıl qoyulmuş nöqtələrdə təyin
etməklə, həyəcanlanma məntəqəsinə qədər olan məsafədən asılı
olaraq dalğanın gəlib həmin nöqtəyə çatmasına sərf olunan vaxt
arasında qrafik qurulur, buna qodoqraf deyilir. 36-cı şəkildə
koordinat başlanğıcından çıxan düzünə dalğaların qodoqrafı
göstərilmişdir. Bunun köməyi ilə geoloji kəsiliş üzərində çətinlik
çəkmədən düz dalğanın sürətini
∆x/∆t=10/0,01 =1000 m/san təyin
edə bilərik.
6.2. Seysmik kəşfiyyat cihazları
Seysmik kəşfiyyat işləri aparmaq üçün ümumi işin görünüşü
37-ci şəkildə verilmişdir. Profilin müəyyən nöqtəsində elastik
Mineral,
süxurlar
V
p
V
c
Hava
Su
Buz
Quru qum
Nəmli qum
Gil
Qumdaşları
Təbaşir
Gilli şistlər
Əhəngdaşlı dolomit
Mergel
Anhidrid
Daşduz
Qranit
Qabro
Peridotit
Metamorfik süxurlar
0,33
1,43-1,59
3,1- 4,2
0,1-0,6
0,2-1,8
1,2–2,5
1,8-4,0
1,8-3,5
2,7-4,8
2,5-6,0
2,6-3,5
4,5-6,5
4,2-5,5
4,0-5,7
6,0-7,0
7,8-8,2
4,5-6,8
-
-
1,6-2,1
0,06-0,4
0,1-0,5
0,1-0,8
0,7-2,1
0,7-1,8
1,3-3,0
1,2-3,5
1,1-1,8
2,1-3,5
2,1-,0
1,8-3,5
3,2-3,7
4,1-4,5
2,4-3,8
94
dalğalar yaratmaq üçün süni yolla hava və qaz toplarından, barıt
qığılcımlı, elektrodinamik mənbələrdən, düşən yük və
silkələyicilərdən istifadə olunur. Partlayışsız mənbəyin əsas
üstünlüyü ətraf mühitə çox az zərər vurmasından ibarətdir. Süni
elastik rəqs mənbələri ilə yanaşı, müasir seysmik axtarışlar üsulu
zəif uzaq zəlzələlərdən gələn dalğaları gözləyərək qeyd etməklə
məşğul olur, elə bu səbəbdən üsul seysmologiya ilə birləşib.
Seysmik rəqslər dərinliklərdə yayılaraq onun qarşısına çıxan
lay və süxurlarn sərhədindən əksolunur və sınır. Nəticədə elastik
dalğanın payına düşən enerjinin bir hissəsi geri Yerin səthinə
ikinci faydalı dalğa şəklində qayıdır: bu dalğalar əksolunan, sınan
və refraksiya formasında olur.
Elastik rəqslərin həyəcanlanması başlayan andan faydalı dal-
ğanın Yerin səthinə gəldiyi ana qədər keçən vaxtı qeyd etmək
üçün dəqiqliyi bir milli saniyə qədər olan həssas seysmo-
qraflardan, yaxud da seysmik qəbuledicilərdən istifadə edilir.
Bir HM-in yaratdığı faydalı dalğalar profil üzrə bir neçə
nöqtədə yazılır. Bu məqsədlə 6, 12, 24, 48, 60 və daha çox kanallı
seysmik stansiyalardan istifadə olunur (şəkil 37-ə bax). Seysmik
stansiyaların bütün kanalları eynidir. Seysmik kanal, seysmik
qəbuledicidən, gücləndiricidən və qeydedici qurğudan (cihazdan)
ibarətdir.
Seysmik qəbuledicinin əsas işi yerdə baş verən mexaniki
rəqsləri elektrik rəqslərinə çevirməkdir. Seysmik qəbuledici Yerin
üstünə qoyulur. Gövdəsi sabit maqnitdən ibarət olan seysmik
qəbuledici elastik dalğa gəldikdə Yerlə birlikdə rəqsi hərəkətə
başlayır, yaydan asılmış makara isə həmin maqnit sahəsində
ətalətinə görə özünün əvvəlki vəziyyətini saxlayır. Nəticədə makara
naqillə birlikdə maqnitə nisbətən rəqsi hərəkətə başlayır və makarada
induksiya cərəyanı yaranır. Makaranın gövdəyə nisbətən hərəkəti
mikrometrlərlə ölçülür. Burada yaranan E.H.Q. çox zəif olur.
Yaranan induksiya cərəyanı bir mikrovolta qədər olur.
Dostları ilə paylaş: |