Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   20   21   22   23   24   25   26   27   28

 
 
99
 
birini örtən) kəsiliş öyrənildikdə, çoxlu sayda ölçmələr hesabına 
maneə dalğalarını  zəiflətməyə,  əksolunan dalğaların keyfiyyətini 
yaxşılaşdırmağa imkan verir. 
 
             
 
 
Şək. 40. Seysmoqrammada düz dalğanın (t
p
) və A,B,S qatlarından 
əksolunan üç dalğanın  əmələ  gəlməsi və qeyd edilməsini izah edən 
sxem. (t-partlayışın baş verdiyi an). 
 
 
 
 
 
Şək. 41. Ümumi dərin nöqtə üsulunda 3 dəfə bir-birini örtən 
müşahidə ilə ƏDÜ-nu izahetmə sxem. 1-ümumi dərin nöqtə;  2- əksedən 
sərhəd. 
 
6.4. Dərin seysmik zondlama (DSZ) 


 
 
100
 
Bu üsuldan litosferin quruluşunu öyrənmək üçün istifadə 
olunur (10 km-dən bir neçə on kilometrlərə  qədər). Seysmik 
dalğaları yaratmaq üçün çox güclü mənbələrdən istifadə edirlər. 
Çox hallarda belə  mənbə 1ton partladıcı maddə ilə  dərin su 
hövzələrində partlayış etməklə  əldə edirlir. Faydalı  əksolunan 
dalğalar partlayış  məntəqəsindən 50-300 km məsafədə qeyd 
olunur. 
Böyük dərinlikdən gələn dalğalar üçün tezlik bir neçə hers 
götürülür. Belə kiçik tezlikli seysmik qəbulediciləri düzəltmək 
texniki cəhətdən çox çətin problemdir. 
Filiz seysmik kəşfiyyatı
 köklü süxurlarn səthinin xəritəyə 
alınması, bunun üstünü örtən süxur qatının qalınlığının təyin edil-
məsi, filiz laylarının əmələ gəlməsi üçün əlverişli strukturun aşkar 
olunması, qırışıqlıq zonalarının izlənməsi, çay hövzələrində eninə 
kəsilişlərin öyrənilməsi, qızıl, platin mədənlərinin axtarışı  və s. 
işlərdə istifadə olunur. 
Mühəndis seysmik kəşfiyyatı 
geoloji kəsilişlərin üst qatının 
quruluşunun xüsusiyyətlərini 50-100 metr dərinliyə  qədər öyrən-
məklə  məşğuldur. Buna görə  də mühəndis geologiyasında və 
hidrogeologiyada üstünlük əksolunan dalğalar üsuluna verilir. 
Hidrotexniki qurğuların, yol sənaye və içtimai tikintilərin layihə-
ləşdirilməsində, kənd təsərrüfatı meliorasiya işlərinin aparılmasın-
da, Yeraltı suların axtarışında geniş istifadə olunur. 
Yer səthində  və dağ-mədən istehsal Yerlərində uzununa və 
eninə dalğaların sürətini təyin etməklə süxurlarn yatdıqları yerdə 
fiziki, mexaniki və davamlılıq xassələrini öyrənmək olur. Bu para-
metrlər hər hansı  sənaye və içtimai binaların layihəsi hazırlan-
dıqda özülün əsasını hesablamaq üçün olduqca mühüm parametr-
lərdəndir. 
Seysmik tədqiqat üsulunun tətbiq sahələri 
seysmik kəşfiyyat və 
seysmologiya geniş sahəli müxtəlif məsələlərin həllində istifadə 
olunur. Yerin dərin qatlarının öyrənilməsi XIX əsrin sonları XX 
əsrin  əvvəllərində Yerin daxili quruluşunun öyrənilməsi ilə 
B.B.Qolitsin, R.D.Oldqem, A. Moxoroviçiç, B.Qutenberq və baş-


 
 
101
 
qaları  təbii zəlzələlərlə müntəzəm olaraq seysmik müşahidələr 
aparmaqla məşğul olmuşlar. 
Akademik B.B.Qolitsin demişdir ki, hər zəlzələ bir lampadır, 
bir an içində o bizə Yerin daxilini işıqlandırır. 1906-cı ildə R.D. 
Oldqem uzununa, eninə və səthi dalğaların yayılmasını öyrənərək 
belə bir nəticəyə  gəlmişdir ki, Yer böyük, mərkəzi nüvəyə 
malikdir. 1909-cu ildə Moxoroviçiç Zaqreb şəhərində (Yuqos-
laviyada) seysmologiya laboratoriyasında işlədiyi zaman Yer 
qabığı ilə onun altında Yerləşən qat arasında kəskin sıçrayışlı 
sərhəd ayırmışdır. Sonralar bu qat mantiya adlandırılmışdır. 
Ardıcıl olaraq astanasferin, daxili nüvənin, Konrad sərhədinin 
kəşfləri Yerin ümumi mərkəzi olan halqavarı laylardan ibarət 
olmasını  və onun maddəsinin sıxlığının bir laydan digər laya 
keçdikdə  sıçrayışla dəyişməsini (şəkil 19-a bax) elmi cəhətdən 
əsaslandırdılar (şəkil 1-ə bax) 
 
6.5. Yer qabığının dərin qatlarının quruluşunun tədqiqi 
S
ınan və əksolunan seysmik dalğaların  köməyi ilə öyrənilir. 
Xüsusilə DSZ üsulundan geniş istifadə olunur və alınan mə-
lumatlar Moxo sərhədini aydın izləməyə imkan verir. Moxo 
sərhədində uzununa elastik dalğaların yayılma sürəti 8,2 km/s. Üst 
mantiyanın ayrı-ayrı hissələrində  və Yer qabığının dərin qatla-
rında temperaturun və tektonik şəraitin dəyişməsi nəticəsində 
sürətin artması və azalması baş verir. 
Bir vaxtlar güman edirdilər ki, Konrad sərhədi hər yerdə qra-
nit və bazalt qatın sərhədinə uyğun gəlir. Çox ehtimal ki, nisbətən 
bircinsli bazalt qatı yalnız okeanın dərin hissəsində mövcuddur. 
Yer qabığının quru hissəsi bircinsli deyil, qabığın sərhədi 6,8 km/s 
sərhəd sürətilə ayrılır və bunun əsasında Konrad sərhədi epizod-
larla qeyd olunur. 
Sıçrayışlı seysmik sərhəd kristallik özülün səthinə uyğun 
gəlir. Bu platforma şəraitində çökmə süxurlar metamorfik süxur-
lardan ayırılır. Elastik dalğaların sürəti kristallik özülün 
süxurlarnda 5 km/s və ondan çox olur. Çökmə süxurlarda bir 


 
 
102
 
qayda olaraq elastik dalğaların sürəti xeyli aşağıdır (5-ci cədvələ 
bax). 
Seysmik kəşfiyyat üsulları ilə Yer qabığının qatlarında dərin 
qırımlı zonaları ayırırlar. Bu zonalar çox vaxt nəhəng tektonik 
plitələri bir-birindən ayırır. 
 
6.6. Neft qaz yataqlarının axtarışı 
S
eysmik kəşfiyyat işlərinin əsas məsələlərindən hesab olunur. 
ƏDÜ və ÜDN seysmik kəşfiyyat üsulları istənilən dərinlikdə neft 
və qaz yığıla bilən  əlverişli  strukturaları  aşkar etməyə imkan 
verir. Birinci mərhələdə regional seysmik kəşfiyyat üsulu ilə 
kristallik özülün səthi öyrənilir. Platformada çökmə süxurlar 
laylara ayırmaqla bərabər günbəzvari antiklinal strukturaları aşkar 
etmək olur. Belə ərazilərin hüdudunda ÜDN üsulu ilə strukturların 
formasını müəyyən etmək üçün dəqiq işlər aparılır və 20-25 metr 
dəqiqliklə neft və qaz üçün əlverişli olan strukturaların dərinliyi 
təyin edilir. 
Seysmik üsul nəinki antiklinal strukturun morfologiyasını 
xəritəyə almağa, eyni zamanda neftli qatı eyni zamanda neft-su 
toplandığı Yerin (layın) vəziyyətini təyin etməyə imkan verir 
(şəkil 43). 
Axır vaxtlar seysmik kəşfiyyatla neft yataqlarının birbaşa axtarışı 
üsulunun işlənib hazırlanması üçün tədqiqatlar aparırlar. Bunun 
üçün seysmik yazıların xüsusiyyətləri son dərəcə dəqiqliklə öyrə-
nilir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə