103
Şək. 43. Muxanov yatağında su-neft təmasının və antiklinal
strukturanın xəritəyə alınması. (M.F.Mirçinkaya,İ.Ya.Ballaxa görə).
Kəsilişlər: a-geoloji; b-vaxta görə seysmik;1-qumdaşları; 2-hallogenli
karbonat süxurlar; 3-karbonatlı hallogen süxurlar; 4-əhəngdaşları; 5-
qranitoidlər; 6-neftlə doymuş süxurlar; 7-süxurlararası sərhədlərdən
əksolunmalar; 8-neft-su təmasından əksolunmalar.
Neftli layların sərhədlərində elastik dalğaların spektri kiçik
tezlikli oblasta tərəf dəyişir, lakin seysmik enerjinin udulma
əmsalı artır. Seysmik axtarışlarda bu yeni istiqamətin öyrənilməsi
birbaşa strukturu məlum olmayan neft tələlərini aşkar etməyə
imkan verəcəkdir.
6.7. Ayın daxili quruluşunun öyrənilməsi
1977 - ci ildə Ayın səthində qoyulmuş seysmoqrafların
köməyi ilə orada yazılar aparılıb və telemetrik ötürmələrlə alınan
seysmik nəticələr Yerə göndərilmişdir. Ayda zəlzələlərin baş
verməsi olduqca maraqlı böyük kəşflərdən hesab olunur. Bu
zəlzələlər üç Yerə bölünür: a) titrəmə, Ayın səthinə meteoritlərin
düşməsi hesabına yaranan zəlzələlər; b) Ay daxilində 100 km
dərinlikdə olan həyəcanlanma mərkəzləri hesabına yaranan zəlzə-
lələr; v) mərkəzi 800-1000 km dərinlikdə gedən proseslər nəticə-
sində yaranan zəlzələlər. Seysmik məlumatlara görə Ay qabığının
qalınlığı 60 km-dən 100 km-ə qədər dəyişir (şəkil 42). Ay litosferi
səthdən 400-500 km qalınlıqda üst hissədən ibarətdir.
104
Şək. 42. Ayın daxili quruluşu (B.Balşakova görə) I-Seysmoqraflar;
II-Ay silkələnmələri; 1-qabıq; 2-yüksək sürətli qat; 3-bazalt dənizi; 4-
mantiya; 5-az sürətli qat.
Ayın Yer kimi nüvəyə malik olması hələlik fərziyyə olaraq
qalır. Əgər Ay maye nüvəyə malikdirsə, onun radiusu 350 km-dən
çox olmamalıdır.
FƏSİL VII
105
QUYULARIN GEOFİZİKİ ÜSULLA TƏDQİQİ
Quyularda Yer səthində aparılan geofiziki tədqiqat üsul-
larından istifadə olunur. Fərqi isə işin özünəməxsus texnologiy-
asından ibarətdir. Quyuların geofiziki üsullarla tədqiqi (QGÜT)
iki böyük qrupa bölünür: karotaj və quyu geofizikası.
Karataj üsulu.
Quyularda geoloji kəsilişləri fiziki üsullarla
öyrənir. Tədqiq olunan fiziki sahələrdən və ölçülən
kəmiyyətlərdən asılı olaraq bu üsul elektrik, radioaktiv, maqnit,
akustik və başqa növ karotajlara bölünür. Karotaj işlərinin yüksək
geoloji əhəmiyyətliyi və səmərəli olması, quyudan süxur
nümunəsi çıxarmadan qazma işinə keçməsi və geoloji kəsilişlərin
daha etibarlı oyrənilməsindən irəli gəlir.
Quyu geofizikası.
Dağ-mədən istehsal Yerləri arasındakı geoloji
məkanın, o cümlədən quyular arası məkanın öyrənilməsində
istifadə olunur. Müasir quyu geofiziki üsulun təsir dairəsi 100
metrdən çox deyil. Bu üsul faydalı qazıntı yatağını əlverişsiz
şəraitdə belə aşkar etməyə imkan verir. Məs, faydalı qazıntı yatağı
müəyyən dərinlikdə və qazılmış quyudan kənarda Yerləşdikdə
belə onu bu üsulla aşkaretmək mümkün olur.
7.1. Karataj üçün cihazlar.
Quyularda geofiziki tədqiqatlar xüsusi avtomatlaşdırılmış
karotaj stansiyalarının köməyi ilə aparılır. Bəzi hallarda dərin
olmayan quyuları tədqiq etmək üçün əldə gəzdirilən karotaj
stansiyalarından istifadə edirlər.
Karotaj stansiyaları yaxşı keçicilik qabiliyyətinə malik olan
avtomobillərdə Yerləşdirilir. O quyu zondundan, ölçmə aparan
laboratoriyadan və bunları birləşdirən xüsusi karotaj kabelindən
ibarətdir (şəkil 44). Zondun quyuya endirilib qaldırılması elektrik
mühərriki vasitəsi ilə əldə olunur. Kabel quyuya mancalaqla
yönəldilir. Zondu ağırlaşdırmaq üçün onun ucuna yük bağlanır.
Zondu idarə etmək elektrik, maqnit, radioaktiv və digər öyrənilən
parametrləri yazmaq üçün çoxkanallı telemetrik cihazlardan
istifadə edilir. Quyu zondlarının
106
Şək. 44. Karotaj stansiyalarının blok sxemi və quyularda geofiziki
tədqiqatlar aparmaq üçün ləvazimatlar: 1-yük; 2-quyu zondu; 3-karotaj
kabeli; 4-kabellərin üzərinə qoyulan işarələr; 5-işarələri qeyd edən
qurğu;6-blokun dövrlərini sayan sayqac; 7-balans bloku; 8-kabelin
gərginliyini göstərən cihaz; 9-bucurğad; 10-kollektor; 11-idarə mərkəzi
və qeydedici stansiya.
konstruksiyası və karotaj kabeli stansiyanı yüksək təzyiq və
temperaturda saz və davamlı işləməsinə zəmanət verir. Müasir
karotaj laboratoriyası eyni zamanda 8 müxtəlif kəmiyyəti qeyd
edir. Bunlardan ikisi diaqram şəklində, altısı isə rəqəm formasında
qeyd edilir. Tədqiqatın dərinliyi 10 km-ə qədərdir. Quyu
zondunun enmə sürəti geoloji kəsilişdə tədqiqatın dəqiqliyindən
asılıdır və 10 km/saata qədər ola bilər. Hər bir parametrin ölçmə-
lərinin nəticələri gözlə müşahidə olunan karotaj diaqramı şəklində
1:500-dən 1:50 (şəkil 45-49-a bax) miqyasında çəkilir.
107
7.2. Karataj üsulları
Elektrik karotajı (EK) yayılma imkanına, genişliyinə və
modifikasiyasına görə olduqca müxtəlifdir.
Cərəyan karotajı
(CK) quyunun kəsilişində filiz kütləsi,
qırılıb dağılmış zonalar və digər yaxşı elektrik cərəyanı keçirən
intervalları aşkar etmək üçün istifadə olunur (şəkil 45).
Qidalandırıcı elektrodlardan biri, A-nın quyu boyu Yerini dəyiş-
dirirlər, ikinci elektrod isə Yerin səthində quyunun yanında Yerə
çalınır. Qeyd olunan cərəyan süxurun elektrik müqavimətindən
asılı olacaq, aralarda yaxşı keçiriciliyə malik olan əyrilərdə
cərəyanın maksimum qiyməti qeyd olunur (şəkil 45).
Müqavimət karotajı (MK) elektrik profilləməsi üsulu ilə
eynidir.
ρ
f
–in qiyməti quyunun divarı boyunca üç elektrodlu
qurğu ilə
Şək.45. Cərəyan karotajının diaqramı və ölçmə sxemi.
ölçülür. AM (şəkil 46). İkinci qidalandırıcı elektrod B quyunun
yanında Yerin səthinə çalınır. MK-nın köməyilə geoelektrik
Dostları ilə paylaş: |