26
Mürəkkəb strukturaya malik olan ərazilərdə müxtəlif geoloji,
sənaye, texniki və s. kimi manelərin olduğu ərazilərdə yalnız
böyük ziddiyət təşkil edən böyük intensivlikli anomaliyaları
ayırmaq mümkündür.
Normal fiziki sahə və geofiziki anomaliya nisbi xarakter
daşıyır. Şəkil 6–da Kimberlit borusu üzərində maqnit sahəsinin
qrafiki veri lib. Bu almaz axtarışı üçün əlverişli obyektdir. Boru
üzərində lokal maqnit anomaliyası massivdə Yerləşən əsas
süxurlarn fonunda özünü çox aydın göstərir.
Geofiziki anomaliya yaradan geoloji və filiz kütlələrinə hə-
yəcanlanmış obyekt deyilir. Geofiziki anomaliyaların ölçüləri və
yaratdığı sahələrin intensivliyi müxtəlif səbəblərdən ola bilər.
Anomaliyanın sahəsi ərazidə həyəcanlanma yaradan obyektin
ölçülərindən və Yer səthindən obyektə qədər olan dərinlikdən
asılıdır. Həyacanlanan obyekt Yerin səthinə yaxın olduğu zaman
onun həcmi kiçik olduqda anomaliyaların intensivliyi çox kəskin
fərqlənir (şəkil 7). Geofiziki anomaliyanın yaranmasında vacib
şərt həyəcanlanmış obyektin və onu özündə Yerləşdirən süxurlarn
fiziki xassələrinin bir-birindən kəskin fərqlənməsidir.
Təyyarə və avtomobillə planaalma zamanı ölçülən fiziki
sahələrin yazılması cihazlarla diaqram lenti üzərində fasiləsiz
qrafik şəklində birbaşa qurulur.
27
Şək. 6. Maqnit sahəsinin
∆Τ qrafiki, profil üzrə geoloji kəsilişin
sxemi və kimberlit partlayış borusunun kəsilişi /P.N.Menşikova görə/:
1-kimberlit partlayış borusu; 2-diabaz daykaları; 3- karbonatlı süxurlar;
4- və 5 kristallik bünövrənin əsas və qranit tərkibli süxurlar Aeromaqnit
planaalmanın hündürlüyü-200 m.
Əgər filiz kütləsinin sıxlığı onu özündə Yerləşdirən kristallik
süxurlarn sıxlığından fərqlənmirsə, onda bunlar qravitasiya sahəsi
ilə bir-birindən ayrıla bilməz. Əgər filizin və filizi özündə
saxlayan süxurun maqnit xassələri bir-birindən fərqlənmirlərsə,
onda filiz yatağını maqnit sahəsi ilə də təyin etmək mümkün
olmaz. Praktiki nöqteyi nəzərdən ən çox bir-biri ilə ziddiyyət
təşkil edən qanunauyğunluq çox vacibdir. Həyəcanlanmış obyekt
və obyekti özündə Yerləşdirən mühit üzərində fiziki sahələrin
fərqi nə qədər çox olsa obyekt üzərində yaranan fiziki sahələr
daha kəskin müşahidə olunar. Müasir geofiziki üsullarla süxurlarn
və filizlərin fiziki xassələrinin oyrənilməsi çox müxtəlifdir.
Planaalma zamanı geofiziki sahənin ölçülməsi paralel profillər,
yaxud marşrutlar sistemində aparılır. Marşrutlar və profillər
əvvəlcədən tədqiqat aparılan ərazidə xüsusi topoqrafik iş
aparmaqla seçilir. Profillər arasındakı məsafə və ərazidə müşahidə
məntəqələri arasındakı məsafə nə qədər kiçik olsa, planaalmanın
miqyası bir o qədər böyük olur /cədvəl 2/.
28
Şək. 7.Yerin müxtəlif dərinliyində şaquli və dikinə yatan,
maqnitlənən layın üst qatı üzərində maqnit sahəsinin şaquli hissəsinin
qrafiki I-maqnitlik.
Geofiziki müşahidələr zamanı alınan nəticələr hesab-
landıqdan və lazımi düzəlişlər verildikdən sonra ölçülən
qiymətlərin profil üzrə dəyişmə əyrisi, yaxud izoxətlərin planı
qurulur. Aparılan geofiziki ölçmələrin qiymətlərindən geoloji
nəticə çıxarmaq üçün bu qiymətlər mütləq təhlil edilməlidir.
Geofiziki vəsaitin təhlili (emalı), araşdırılması müstəqil aparılır və
özünə məxsus mürəkkəbliyə məxsusdur. Həyəcanlanma yaradan
obyektin ölçüləri, forması haqda məlumat almaq üçün müşahidə
olunan geofiziki anomal sahəni etalon anomaliyanın yaratdığı
sahə ilə müqayisə edirlər. 8-ci şəkildə iki ölçülü müxtəlif
həyəcanlanma obyektləri üzərində maqnit anomaliyaları
göstərilmişdir Bu obyektlər sabit en kəsiyinə malik uzunsov
kütlələrdən ibarətdir. Bu etalon kütlələrə nəzər salsaq görərik ki,
burada müəyyən qanunauyğunluq mövcuddur: a) maqnit
29
həyəcanlanması yaradan kütlənin yatımına görə məhdudiyyəti
yoxdursa bu müsbət anomaliya yaradır, əksinə
Cədvəl 2
Müxtəlif miqyaslı geofiziki planaalmada
müşahidə şəbəkəsinin sıxlığı
Məsafə (m-lə)
Planaalmanı
n miqyası
Profillər
arasında
Nöqtələr arasında
(planaalmanın addımı)
1:200 000
1:100 000
2000
1000
200-500
200-500
1:50 000
1:25 000
500
250
100-200
50-100
1:10 000
1:5 000
100
50
20-40
10-20
1:2 000
1:1 000
20
10
5-10
2-5
Şək. 8. Müxtəlif en kəsikli ikiölçülü düzünə dik maqnitlənən cisim
üzərində maqnit sahəsinin şaquli
Ζ
a
tərkib hissəsinin qrafiki.
30
minimum yarandıqda (mənfi anomaliya yarandıqda) isə
obyektin alt qatının Yerin səthindən çox drinlikdə Yerləşdiyini
müşahidə edirik; b) simmetrik anomal obyektlər simmetrik
anomaliyalara uyğun gəlir; v) obyektin en kəsiyi nə qədər çox olsa
bir o qədər enli anomaliya yaradar.
Bütün bu kütlələr üzərində maqnit anomaliyası dartılıb
uzadılmış formadadır. Məslən, kürə formalı izometrik
həyəcanlanmış obyekt planda izometrik anomaliya yaradır.
Geofiziki kəşfiyyatda geofizikanın düz və tərs məsələsi çox
vacib məfhumlardandır.
Geofizikanın düz məsələsi. Həyəcanlanmış obyektin məlum
parametrlərinə görə anomal fiziki sahənin hesablanmasına gətirib
çıxarır. Buraya layın qalınlığı, Yer səthindən alt və üst
sərhədlərinin dərinliyi, düşmə bucağı, maqnitliyi, sıxlığı və s.
daxildir. Geofiziklər düz məsələni geofiziki işlərin layihəsinin
hazırlanması zamanı aparırlar. Burada alınan amplituda, ölçülər və
digər gözlənilən anomaliyaların təsviri müşahidələrin
metodikasını və lazım olan ölçü cihazlarını seçməyə imkan verir.
Geofizikanın tərs məsələsi çöl işləri aparılan zaman ölçülən
geofiziki anomaliyanın köməyi ilə həyəcanlanma yaradan
obyektin parametrlərinin və Yerləşdiyi şəraitin hesablanmasından
ibarətdir. Bu məsələni çöl vəsaitinin təhlili zamanı həll edirlər.
Çox hallarda bir məsələnin həllində bir neçə hal ola bilər. Fiziki
sahənin hər hansı verilmiş paylanmasına nəzəri olaraq bir çox
ekvivalent geoloji kəsiliş uyğun gələ bilər və belə bir hal 25- ci
şəkildə təsvir olunub. Buradan da geofiziki nəticələrin çox
qiymətli təhlili və araşdırmaları meydana çıxır. Bu çatışmazlıqları
digər asılı olmayan geoloji və geofiziki üsulların nəticələrindən
istifadə etməklə aradan qaldırırlar.
Düz və tərs məsələlərin hesablamaları müasir kompüterlərdə
aparılır.
Dostları ilə paylaş: |