16
iştirakı ilə tapılmışdır. İlk növbədə buraya daxili dənizlərin
kənarlarında və şelflərində neft və qaz yataqlarının aşkar edilməsi
daxildir. Hazırda geofiziki kəşfiyyat üsulunun köməyi ilə
əvvəlcədən geoloji kəsilişlər öyrənilmədən dərin quyu qazmaq
üçün heç bir layihələşdirmə işləri aparmağa icazə verilmir.
Geofiziki tədqiqat üsulu haqda sistemli geniş izahatı üçüncü
fəsildə tapmaq ollar, bu fəsil kitabın ən böyük hissəsini təşkil edir.
1.6. Geokimyəvi üsul
Geokimyavi-kəşfiyyat üsulu faydalı qazıntıların birbaşa təyin
olunması prinsipinə əsaslanır. Geokimyavi axtarış üsulunun
ideyası çox sadədir və indikator kimyavi elementlərin birinci və
törəmə səpinti oreal yataqlarını aşkar etməkdən ibarətdir.
Bu üsulun meydana gəlməsində B.İ.Vernadski və digər
geokimyaçıların böyük rolu olmuşdur. Bunlar Yer qabığında
kimyavi elementlərin bir yerdən başqa Yerə (yerdəyişməsinin)
daşınmasının və paylanmasını qanunauyğunluğunu öyrənmişlər.
Geokimyavi üsulun işlənib hazırlanması və faydalı
qazıntıların axtarışında tətbiqi ötən yüzilliyin 30-cu illərində
keçmiş sovet geofizikləri tərəfindən başlanıb. 1932-ci ildə
N.İ.Safronov tərəfindən nəzəri olaraq və təcrübədə Altay filiz
polimetal yatağının üstündəki torpaqda böyük zənginliyə malik
olan məhəlli sink və qurğuşun yatağının olduğunu aşkar etmiş və
bunu törəmə səpinti orealları adlandırmışdır.
ABŞ-da ilk dəfə olaraq torpaqgeokimyavi üsulla 1974-cü ildə
təcrübi işə başlamışlar. İngilislər isə 1953-cü ildə geokimyavi
üsulu zəif öyrənilmiş olan Afrika və Cənubi-Şərqi Asiyada tətbiq
etməyə başlamışlar.
İlkin oreal ana süxurda sənaye əhəmiyyətli yataqların
ətrafında xeyli miqdarda toplanmış filiz və filizi müşaiət edən
kimyavi elementlərin laylarından ibarətdir. Onlar faydalı
qazıntılar kimi eyni geoloji proseslər nəticəsində əmələ gəlir.
17
Oreallar bir-birindən sənaye əhəmiyyətli kimyavi elementlərin az
və çoxluğu ilə fərqlənirlər.
Törəmə səpinti orealları səthində yumşaq çöküntülərdə filiz
kütlələrini və bunları özündə saxlayan süxurlarn fiziki, kimyavi
proseslər zamanı aşınması nəticəsində əmələ gəlir şəkil 4.
Törəmə səpinti oreallarının litoloji geokimyavi planaalması
bir neçə santimetr dərinlikdən torpaq nümunələrinin götürülməsi
və onların tədqiq olunması, filiz və bunu müşayiət edən
elementlərin zən ginlik dərəcəsinin təyinindən ibarətdir. Törəmə
səpinti oreallarında elementlərin miqdarı, filizsiz süxur üzərində
bu elementlərin fon zən ginliyindən 1000 və daha çox dəfə artıq
olur. Bir halda ki,
Şək.4.Filiz kütlələrinin orealla sel kimi səpələnməsi
(A.R.Solovyevə görə) ilə qarşılıqlı əlaqəsi; 1-yamacın çöküntüləri; 2-
çay çöküntüləri;3-filiz kütləsi və onu əhatə edən birinci oreal; 4-filizi
özündə Yerləşdirən süxurlar; 5-törəmə səpinti orealının və səpilmə
selinin konturu; 6-axının istiqaməti
; S.s-səpilmə seli; ADS-küləkdən
aşılanması və denudasiyya səbəb; TSO-törəmə səpinti orealları;
ÇƏGƏ- çöküntü əmələgəlmə əyaləti.
cisimlərin paylanması prosesi Yerin bütün geosferasını əhatə edir
və müxtəlif fazalarda gedir, onda geokimyavi axtarış üsulu
litoloji, hidro,- bio və atmokimyavi (qaz) dəstələrə ayrılır.
18
Geokimyavi axtarış üsulunun inkişaf etməsi onun analitik
bazasının yeniləşdirilməsi, avtomatlaşdırılması ilə təyin olunur.
Torpaq dan çıxan havada heliumun miqdarının və civə buxarının
təyini Yerin dərin qırımlarından qaz ayrılma proseslərini
öyrənməyə imkan verir, bu isə zəlzələlərin əvvəlcədən
proqnozlaşdırılmasına xidmət edir. Son vaxtlar neft və təbii qaz
yataqlarının geokimyavi üsulla axtarışı 30 metrə qədər dərinlikli
quyularda qaz planaalma üsulu ilə aparılır.
Geokimyavi üsul perspektivli üsul olduğu üçün bir çox
ölkələrdə bu üsulla xeyli polimetalik, mis, digər filiz yataqları
aşkar edilmişdir.
1.7. Uzaq məsafədən(aerokosmik) tədqiqat üsulları
Uzaq məsafədən tədqiqat üsulu faydalı qazıntıların axtarışını,
Yerin səthini və dərinliyini uçan kosmik aparatlarla,
vertolyotlarla, təyyarələrlə, süni peyklərlə, idarə olunan kosmik
gəmilərlə və orbital stansiyalarla aparır. Başqa planetlərin və göy
cisimlərin geoloji tədqiqində astranomiyadan və planetlərarası
stansiyalardan istifadə olunur. Bəzən buna uzaq məsafədən
zondlama deyilir.
1856-cı ildə Nadar adlı şəkil çəkən hava şarının səbətindən
Paris şəhərinin şəklini çəkib sakinlərinə göstərdikdə onu
məsxərəyə qoymuşlar və bu şəkildə nə məna olduğunu başa düşə
bilməmişlər.
Hazırda Yerin uzaq məsafədən zondlanması geologiya elminə
dəyərli məlumatlar verir. Uzaq məsafə üsulu müxtəlif geoloji
məsələləri həll edir, müxtəlif tektonik quruluşa malik olan ərazi-
ləri bir-birindən ayırır, ərazinin səthini və dərinlikdəki strukturları
dəqiqləşdirir, qırılma zonalarını izləməyə imkan verir, vulkanların
fəaliyyətinin seysmikliklə əlaqəsini proqnozlaşdırır.
Kosmosdan müasir ağ-qara və rəngli aerofoto şəkillərinin yüksək
ayrıcılıq qabiliyyətinə malik olması ilə təsvir olunur. Təyyarədən
və kosmosdan vizual geoloji müşahidələr texnikanın inkişafının
19
istənilən səviyyəsində
məqsədəuyğundur. Kosmonavtların
tədqiqatları geoloji obyekti sutkanın müxtəlif vaxtlarında müxtəlif
bucaq altında diqqətlə müşahidə etməyə imkan verir. 10 km hün-
dürlükdən çəkilən şəkildə damın üstünə vurulan mismarın papağı
müşahidə olunur. Tədqiqatın dəqiqliyi uçuşun hündürlüyündən
asılıdır, belə ki, təyyarədən çəkiliş hündürlük bir neçə km-dən 20
km-ə qədər, kosmik tədqiqatlarda isə məsafə 200, 500, 1000 km-ə
qədər olur.
Müxtəlif vaxtlarda çəkilən şəkilləri müqayisə etməklə çay və dəniz
sularının, küləyin, vulkanın və zəlzələnin dinamik təsirini öyrənmək olur.
Radiolokasiya planaalma elektromaqnit spektrin təsvirini
mikrodalğa diapazonunda verir. Bunu ya fəal (radar), yaxud
ətalətsiz (radioistilik) rejimdə aparırlar. Bu üsulun üstünlüyü
ondan ibarətdir ki, radarla müşahidə sutkanın istənilən vaxtı açıq
və yaxud dumanlı havada müşahidəsi mümkündür, böyük qırım-
ları göstərmək üçün radarla müşahidələrin imkanları 5-ci şəkildə
göstərilmişdir.
Şək. 5. Kaliforniyada San-Andreas qırılmalarının radar planaalmanın
nəticələrinin izahat sxemi;1-dərin qırımlar zonası; 2-digər qırılmalar.
Uzaq
məsafədən tədqiqat üsullarının fərqləndirici
xüsusiyyətləri onların kifayət qədər məhsuldar olmasıdır.
Kosmosdan alınan 5 dəqiqəlik məlumat adi geoloji-geofiziki
üsullarla10 il müddətində əldə edilə bilməz.
Dostları ilə paylaş: |