31
FƏSİL II
GEOFİZİKİ KƏŞFİYYAT ÜSULLARI
2.1. MAQNİT KƏŞFİYYATI
Maqnit kəşfiyyatında Yerin maqnit sahəsi ölçülür və təhlil
olunur. Hələlik Yerin maqnit sahəsinin mənşəyi tam aydın
olmamasına baxmayaraq bu üsul praktiki məqsədlər üçün, faydalı
qazıntı yataqlarının kəşfiyyatı və axtarışı, geoloji məsələlərin
həllində geniş istifadə olunur. Bu onunla əlaqədardır ki, bütün
geoloji kütlələr, xüsusilə filiz yataqları maqnit minerallarından
ibarətdir və Yerin maqnit sahəsinin təsirindən maqnitlənir.
Beləliklə, bunları Yerin alt qatlarında Yerləşən nəhəng sabit maq-
nitlər kimi qəbul etmək olar.
Yerin maqnit sahəsi və onun elementləri Geomaqnit sahə
strukturasına görə nəhəng iki qütblü maqnitə yaxındır, maqnit oxu
planetin fırlanma oxuna 4-10
o
meyillidir. Maqnit qüvvə xətlərinin
paylanması cərəyan axan makaranın yaratdığı maqnit sahəsini
xatırladır (şəkil 9).
Maqnit qütbü coğrafi qütblə üst-üstə düşmür və öz
vəziyyətini müxtəlif dövrlərdə dəyişir. Maqnitlənmiş iynəni
sapdan asdıqda geomaqnit sahənin qüvvə xətləri istiqamətində
yönəldiyini görərik. Ekvatorda bu horizontal vəziyyətdə durur,
maqnit qütbündə isə şaquli istiqamət alır.
Yerin tam maqnit vektoru T istiqamətində yönəlmiş iynə
Yerin səthinin orta en dairəsinin istənilən nöqtəsində düzbucaqlı
koordinat sistemində özünün tərkib hissələrinə, yəni geomaqnit
sahənin elementlərinə ayrılır. Koordinat oxları X, Y, Z uyğun
olaraq coğrafi şimala, şərqə və şaquli olaraq Yerin mərkəzinə
yönəlir (şəkil 10).
Geomaqnit sahənin əsas elementlərinə aşağıdakılar daxildir:
şaquli
Ζ, horizontal H və onun elementləri I, əyimlik, tam vektor
T ilə horizontal müstəvi arasındakı bucaq, D, meyillik maqnit
meridianı ilə coğrafi meridian arasındakı bucaq, eyni zamanda X
şimal, Y şərq komponentlərinə, yəni horizontal komponentin
hissələri deyilir.
32
X=HcosD; Y=HsinD; H=
Χ
Υ
2
2
+
; tgD=
Υ
Χ
;
I=arctg(
Ζ
Η
); H=TcosI; I=arcsin
Ζ
Τ
;
Maqnit kəşfiyyatında maqnit induksiya vektoru B-ni ölçürlər.
Bu maqnitli cismin daxilində maqnit sahəsinin gərginlik ölçüsü
Şək.9. Makaradan axan cərəyanın maqnit sahəsi (a) və Yer
kürəsinin sadələşmiş formada maqnit sahəsi (b).
33
Şək. 10. Yerin maqnit sahəsinin elementləri.
olaraq B=
µΗ kimi ifadə olunur, burada µ maqnit
nüfuzluğudur. Bir halda ki, hava üçün
µ =1, onda B və H-ın
qiymətləri kəmiyyətcə bərabər olur.
Maqnit induksiya vektoru beynəlxalq vahidlər sistemində
Tesla (Tl) ilə ölçülür. Geofiziklər isə Yerin maqnit sahəsini
yüksək dəqiqliklə ölçürlər və buna görə də kiçik ölçülü
vahidlərdən nanatesladan (nTl) istifadə edirlər 1nTl=10
-9
Tl.
2.2. Maqnit sahəsinin ölçülməsi
Maqnit sahəsini ölçən cihazlara maqnitometr deyilir. Yerin
maqnit sahəsinin dəyişməsinin xüsusiyyəti haqda fikir söyləmək
üçün tam vektorun T qiymət və istiqamətinin təyin edilməsi vacib
deyil. Bunun üçün müntəzəm olaraq onun komponentlərindən
birini müşahidə etmək kifayətdir. Xüsusən geniş əhəmiyyət kəsb
edəni Z komponentidir. Bunu komponenti ölçən cihazlara Z
maqnitometrləri deyilir və bu, Yerin maqnit sahəsinin şaquli
komponentinin qiymətini ölçür.
Konstruksiyasından və ölçü prinsipindən asılı olaraq geomaq-
nit sahəni ölçən cihazları optik, mexaniki, ferrozond, proton və
kvant maqnitometrlərinə ayırırlar. Birinci cihazda həssas maqnit
əqrəbindən istifadə olunur. Ferrozond maqnitometrləri induksiya
metoduna əsaslanır. Proton və kvant maqnitometrləri nüvədə,
atomda və maddədə gedən fiziki proseslərə əsaslanır, çünki bu
prosesin parametrləri həddən artıq dərəcədə bizi əhatə edən
maqnit sahəsinin qiymətindən çox asılıdır.
Müasir maqnit kəşfiyyat cihazları Yerin maqnit sahəsinin
qiymətinin onda bir nTl hissəsini ölçür. Buradan aydın olur ki,
Yerin səthində piyada , avtomobillə və uzaq məsafədən idarə
olunan aerokosmik maqnit planaalma işləri aparmaq üçün istifadə
olunan cihazlar konstruksiyalarına görə bir-birindən fərqlənirlər.
Yerin səthində istifadə olunan cihazlar yüksək dərəcədə yığ-
cam, yüngül və əldə gəzdirilə bilən olmalıdır. Aeromaqnitometr
avtomatik rejimdə daimi olaraq Yerin maqnit sahəsinin
34
komponentlərini rəqəmlə qeyd edir və sonra alınan rəqəmlər təhlil
olunur. Yerin maqnit sahəsi sabit deyil, o zaman keçdikcə müəyən
dəyişikliyə uğrayır, buna variasiya deyilir. Variasiyalar üç
səviyyədə ayrılır, əsrlik, sutkalıq və maqnit burulğanlığı.
Əsirlik variasiya Yerin maqnit sahəsinin qiymət və
istiqamətinin əsr boyu tədricən dəyişməsidir. Bu tədqiqat qədim
geoloji epoxaları öyrənmək üçün böyük maraq kəsb edir. Sutkalıq
maqnit variasiyası 24 saata yaxın periodla amplitudası 25-30 nTl
qiymətində təkrar olunur. Dəqiq planaalma işləri apardıqda nəzərə
alınmalıdır. Maqnit burulğanlığı maqnit sahəsinin qəflətən heç
bir qanunauyğunluğa malik olmadan 1000 nTl qiymətinə qədər bir
neçə gün davam edən dəyişməsidir. Maqnit burulğanlığı
günlərində aparılan müşahidələrdən istifadə etmək olmaz
müşahidələrin yenidən davam etdirilməsi tələb olunur.
2.3. Süxurların maqnit xassələri
Süxurlarn, mineralların və filizlərin maqnit xassələri dedikdə
onun maqnit həssaslığı, yəni maqnitlənmə qabiliyyətinə malik
olması başa düşülür. Sadə təcrübəni etmiş olsaq görərik ki, sabit
maqnitlə bir neçə dəfə polad iynəyə təsir etdikdə iynənin
maqnitlənərək dəmir tozunu özünə çəkməsinin şahidi olarıq. Əgər
biz plastik kütlədən hazırlanmış iynə götürüb onun ətrafında sabit
maqnitlə hərlədib təsir etsək, nə plastik iynə maqnitlənər, nə də
dəmir tozunu özünə çəkər.
Polad iynənin maqnitlənməsinə səbəb poladın yüksək maqnit
həssaslığına malik olmasıdır.
Süxurlarn maqnitlənməsi I Yerin maqnit sahəsi ilə
mütənasibdir I=
χΗ. Maqnit həssaslığı χ-nın qiyməti təbii əmələ
gəlmiş geoloji materiallar üçün geniş hüdudda dəyişir.Buna görə
də maqnit həssaslığının qiyməti 10
-5
BS vahidləri ilə göstərilir.
Üç növ maqnit maddələri fərqləndirirlər: diamaqnitlər,
paramaqnitilər və ferromaqnitlər. Süxurlarn maqnit xassəsi onların
tərkibində ferromaqnit mineralların olması ilə təyin olunur.
Diamaqnetiklərin maqnit həssaslığı kiçik qiymətə malikdir və
mənfi işarəlidir, yəni bunu maqnit sahəsinə gətirdikdə yaranan
Dostları ilə paylaş: |