Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə67/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   382
N 211

Nizami Gəncəvi
7-7 yaş bölgüsüsünə üstünlük vermiş və oğlu Məhəmmədə 7, 14, 21 
yaşlarında nəsihətamiz şeirlər yazmışdır. 
Əlbəttə, Nizaminin oğluna nəsihətini bütün yetişən gənc 
nəsillər üçün də öyüd, nəsihət kimi qəbul etmək olar. Nizami 7 yaşlı 
oğlu Məhəmmədə yazdığı ilk nəsihətamiz şeir belədir: 
Biliyə rağib ol, dünyanı qazan, 
Sən əsmanı oxu, məna alarsan, 
Vaxtı boş keçirmə qələm al ələ, 
Allahın əmri ilə bilik kəsb elə. 
Nizami 14 yaşlı Məhəmmədə isə belə ibrətamiz şeir yazmışdır: 
Sən ey 14 yaşlım, hər elmə yetkin
Gözündə əksi var iki aləmin. 
7 yaşar oldun o zaman ki, sən 
Açıldı gül kimi güləndə çəmən
İndiki çatmışdır yaşın 14-ə, 
Başın sərv kimi durur göylərdə. 
Qəflətdə oynama, qeyrət vaxtıdır, 
İndi hünər vaxtı, şöhrət vaxtıdır. 
Ucalmaq istəsən, bir kamala çat, 
Kamala ehtiram göstərir həyat. 
Nizami 21 yaşlı Məhəmmədə şeirlə aşağıdakı tövsiyələrini verir: 
Ey oğul , sənədir sözüm, yaxşı bax. 
Çünki mən yatıram, sənsə qal oyaq. 
Adın xoş gülüdür əbədiyyətin, 
Məhəmməd isminin möhrüsən, mətin. 
Adına yaxşılıq sikkəsini çal, 
Böyük şöhrət qazan, göylərə ucal. 
Yaxşı ad qazanmış gözəl dost ara
Onda yetişərsən ağ günə, vara. 
Xoş ətirli bir dost yaxındır inan 


135 
Hərzə-hərzə durub danışanlardan. 
Bir dostun olsa da eyibli əgər
Yüzünün adına ləkə gətirər. 
Ehtiyatsız bir quş düşərsə tora, 
Başqa yüz quşu da sürüklər ora. 
Məkkənin yolunda uddu biri zər
Oğrular yüz qarın yırtdı sərasər. 
Yatma qoca kimi bu yolda aman, 
Zalımdan özünü qoru hər zaman. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə