Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə11/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   236

 

34 


əsasında məktəblinin maraq və tələbatları durmalıdır. Bu yanaşma-

da uşağa o qədər hüquq verilir ki, o öz vəzifələrini tamam unutmaq 

halına gəlir, müəllimin rolu demək olar ki, heçə endirilir . 

ABŞ-da neopraqmatistlər (T.Brameld, H.Raqq, E.Kelli və b.) 

C.Duyinin cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha 

da  dərinləşdirməklə  yeni  pedaqoji  istiqamət  yaratmağa  nail  ola 

bilmişlər.  

Ekzistensializm pedaqogikası. Ekzistensializm əslində fəlsəfi 

cərəyandır,  latın  sözündən  (eksistentia)  əmələ  gəlmişdir.  Mövcud-

luq deməkdir. Ekzistensializm fəlsəfəsinə görə ölüm adamda qayğı, 

qorxu, qətilik, vicdan kimi həyat təzahürləri əmələ gətirir. Bu fəlsə-

fə  hər  kəsin  özünə  gün  ağlamasını,  heç  kimdən  imdad  gözləmə-

məsini  tələb  edir.  Ekzistensializm  Fransada,  Almaniyada,  ABŞ-da 

daha  geniş  yayılmışdır.  Təlim  və  tərbiyə  işini  mövcudluq  fəlsəfəsi 

əsasında  qurmağa  çalışan  pedaqoqlardan  A.Fallinko  (ABŞ), 

J.P.Sartr (Fransa), E.Qrizebax (Almaniya) və başqalarını göstərmək 

olar.  Onlar  isbat  etməyə  çalışmışlar  ki,  adamın  xarakterini  for-

malaşdıran  təlim,  tərbiyə  deyil,  şəxsin  özüdür.  Nə  müəllim,  nə  də 

valideyn uşağın daxili aləminə nüfuz edə bilməz.  

Müəllim  və  ya  tərbiyəçinin  əsas  vəzifəsi  uşağa  əqli  və  əxlaqi 

cəhətdən hələ kamil olmadığını hiss etdirməkdən və özünütərbiyədən 

ibarət olmalıdır. Ekzistensializm pedaqogikasına görə, məsələn, tarix 

dərslərində sosial-iqtisadi münasibətləri, siyasi quruluşları öyrənmək-

lə yanaşı, insan aqibətinə diqqət yetirmək, hissləri oyatmaq lazımdır. 

Ekzistensializm  pedaqogikası  özünütərbiyəni  ailə  və  məktəb  tərbi-

yəsinə,  sosial  mühitin  təsirinə  qarşı  qoyur,  tərbiyədə  məqsədyönlü-

lüyü  və  planlılığı  əhəmiyyətsiz  iş  sayır.  Bu  pedaqogikanın  son 

məqsədi  uşaqlarda  işgüzarlıq  xüsusiyyəti  formalaşdırmaqdır.  Praq-

matizmə  möhkəm  tellərlə  bağlı  olan  cərəyanlardan  biri  neopoziti-



vizmdir.  Bu  cərəyanın  pedaqoji  aləmdəki  nümayəndələri  (V.Brets-

nika  (Almaniya),  R.Pitres  və  P.Xeret  (İngiltərə),  L.Leqran  (Fransa)) 

sistematik  biliklərin  verilməsinə  qarşı  çıxır,  şagirdlərin  “tədqiqat-

çılıq” bacarığını inkişaf etdirməyi ön plana çəkirlər. Əxlaq tərbiyəsi 

məsələlərində neopozivistlər belə  bir  fikir irəli  sürürlər  ki,  guya  etik 

problemlərin ictimai həyatla heç bir əlaqəsi yoxdur.  




 

35 


Neotomizm  pedaqogikası.  Neotomizm  də  fəlsəfi  cərəyandır. 

Neotomizm yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo 

–  yeni deməkdir. Tomizm orta  əsr sxolastı  Foma  Akvinskinin dini 

nəzəriyyəsidir.  Neotomistlər  Foma  Akvinskinin  ilahiyyat  nəzəriy-

yəsini  inkişaf  etdirməyə  çalışmışlar.  Jak  Mariten  (Fransa),  U.Kan-

ninham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neoto-

mizmin aparıcı ideoloqları olmuşlar.  

Neotomistlər  insanın  və  onun  ictimai  həyat  tərzi  formalarının 

ilahi  qüvvə  tərəfindən  yarandığını  iddia  edirlər:  insan  onu  yaradanı 

daim  yadda  saxlamalı,  ondan  həya  etməli,  ona  itaət  göstərməlidir. 

Neotomistlərin fikrincə, dini görüş real bilikdən üstündür. Onlar döv-

lət məktəblərində də dinin tədris olunmasını, bütün fənlərin tədrisinə 

dinin  sirayət  etməsini  istəyirlər.  Onların  fikrincə,  xarici  aləmi  dərk 

etmək  üçün  elm  kifayət  deyil,  bundan  ötrü  ilahiyyat,  ilahi  qüvvəyə 

qovuşmağı bacarmaq lazımdır:  sonuncunu isə uşağa kilsə, ruhanilər 

verir; elm şüura, din isə şüuraltı hissiyyata istinad edir. Neotomistlərə 

görə,  İsus  Xristosa  oxşamaq  tərbiyənin  məqsədi  olmalıdır.  Bundan 

ötrü hər kəs dini cəhətdən təkmilləşməli, dini adətlərə əməl etməlidir. 

Neotomistlər məktəbin tədris planına humanitar fənlərlə yanaşı təbiət 

fənlərinin daxil edilməsini də məsləhət görürlər.  



Bixeviorizm ingilis sözü olub “davranış” deməkdir. XX əsrin 

əvvəllərində  Amerikada  meydana  gəlmiş  cərəyandır.  Cərəyanın 

müəlliflərindən biri olan Edvard Torndayka görə, psixologiya şüuru 

deyil, davranışı özü üçün tədqiqat predmeti seçilməlidir. E.Tornday-

ka  görə,  həm  heyvanlarda,  həm  də  insanlarda  psixi  proseslər 

assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici 

proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir. 

E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – 

reaksiya”  nəzəriyyəsini  irəli  sürür.  Bu  nəzəriyyəyə  görə,  müəllim 

təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədəuyğun 

cavab  reaksiyası  ilə  çıxış  edə  bilsin.  Yeni  təlim  texnologiyaları 

əsasında  keçirilən  dərslərdə  motiv  məhz  buna  xidmət  edir.  Motiv 

şagirdi  cavab  reaksiyası  üçün  hazırlayır,  onu  problem  ətrafında 

fikirləşməyə, tədqiqat aparmağa sövq edir.  



Pedaqoji  futurologiya.  Futurologiya  latın  sözü  “futurum” 

(gələcək) və yunan sözü “logiya” (nəzəriyyə) birləşməsi olub gələ-




 

36 


cək haqqında nəzəriyyə mənasını verir. Pedaqoji futurologiya təhsi-

lin  gələcək  inkişaf  yollarını,  məktəbin  necə  olacağını  müəyyənləş-

dirməyə  çalışır.  Pedaqoji  futurologiyanın  ABŞ-da  ən  görkəmli  nü-

mayəndələri  Q.Broudi,  A.Dyajt,  D.Qolberq,  U.Ziqler  və  başqaları-

dır.  Onların  pedaqoji  fikirlərində  müxtəlif  fərqlər  olsa  da,  ümumi 

cəhətlər  də  vardır.  Onlar  isbat  etməyə  çalışırlar  ki,  gələcəkdə 

“cəmiyyət  məktəbsiz”  olacaq,  məktəblər  “tədris  mərkəzləri”  nə, 

“evdə  məktəblərə”  çevriləcək,  müxtəlif  texniki  vasitələrdən,  xüsu-

sən  elektron  vasitələrindən  geniş  istifadə  olunacaq,  fərdi  təlim 

üstünlük  təşkil  edəcəkdir;  məktəbin  funksiyaları  qismən  kitabxa-

naların,  muzeylərin,  parkların,  digər  mədəni-maarif  və  istehsalat 

müəssisələrinin üzərinə düşəcəkdir.  

Futuroloqların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir

mədəni-maarif və istehsalat müəssisələrində məlumatlar isə gənclik 

üçün daha maraqlı olur. Futuroloqların təsəvvüründə gələcəyin təh-

sili fərdi təlim əsasında qurulmalıdır. 

Konstruktivizm XX əsrin ikinci yarısında amerikalı pedaqoq-

lar  Kappan,  Əbdəl-Həqq,  Skarf-Siter,  Makkenin  və  başqaları  tərə-

findən  irəli  sürülmüşdür.  Konstruktivizm  mahiyyətcə,  əsas  prinsipi 

yeni  biliklərin,  ideyaların  əvvəlcədən  bildiyimiz  ideyaların  sintezi 

yolu  ilə  əldə  edilməsi  haqqında  nəzəriyyədir.  Bu,  o  deməkdir  ki, 

bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında 

tədqiqata  əsaslanan  təlimə  bir  yanaşmadır.  Bir  çox  tədqiqatçılar 

deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu 

özü “qurur, yaradır”. Konstruktiv öyrənməyə necə nail olmaq haq-

qında  bir  sıra  fikirlər  vardır,  lakin  əksər  təhsil  işçiləri  inanırlar  ki, 

şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və müza-

kirələr  vasitəsilə  daha  yaxşı  dərk  edirlər.  Yəni,  öyrənənlərin  beyni 

müəllimin üzərində yazdığı daş, yazı taxtası deyildir.  

Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətin və 

insanların  necə  öyrəndiklərinin  izahını  verən  epistomologiya  kimi 

yanaşılır. 

Pedaqoji  ədəbiyyatda  konstruktivizmin  növlərinə  aşağıdakı 

yer  verilir:  1)  Pyajenin  psixoloji  konstruktivizmi;  2)  L.Vıqotskinin 

sosial konstruktivizmi.  



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə