Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə19/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   236

 

59 


pedaqoji  iş,  eksperiment,  müsahibə,  anket  sorğusu,  məktəb  və  şa-

girdlərin  fəaliyyətinə  dair  sənədlərin  öyrənilməsi  daxildir.  Məz-

munla bağlı hesab edilən bu metodların köməyi ilə öyrənilən məsələ 

və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil-tərkib edilir, 

ümumiləşdirmələr  aparılır,  elmi  cəhətdən  əsaslandırılmış  nəticələr 

çıxarılır, təhsil müəssisələrinə təkliflər verilir. Pedaqoji tədqiqat me-

todlarının formal adlanan ikinci qrupuna konkret pedaqoji hadisələri 

yüksək səviyyədə mücərrədləşdirən metodlar daxildir. Bu metodlar-

dan istifadə edərkən tədqiqatçı hadisənin məzmununu nəzərə alma-

dan  ancaq  formasına,  gümanına  görə  bir  sıra  hadisələr  haqqında 

mühakimə,  əqli  nəticə  irəli  sürür.  Bu  metodlara  riyazi  metodlar, 

xüsusilə hadisə və prosesləri kəmiyyətcə və kibernetik modelləşdir-

mə, məntiqi metodlar, nəzəri təhlil və tərkib metodları daxildir. On-

ların  köməyi  ilə  pedaqogikanın  predmetinin  müəyyənləşdirilməsi, 

cəmiyyətin  inkişafında  tərbiyənin  rolu,  məktəbin  inkişafının  proq-

nozlaşdırılması və s. məsələlər tədqiq edilir. 

Tədqiqat üsulları çoxdur. Onları mənbələrinə görə şərti olaraq 

beş qrupa bölmək olar: 1. Nəzəri tədqiqat üsulları; 2. Praktik tədqi-

qat üsulları; 3. Eksperimental tədqiqat üsulları. 4. Tarixi müqayisəli 

tədqiqat üsulları; 5. Riyazi üsullar.  

Y.Ş.Kərimov göstərir ki, nəzəri tədqiqatda beş əsas vasitədən 

istifadə edilir: təhlil, tərkib, onların vəhdəti, induksiya və deduksiya. 

Pedaqoji  tədqiqatda  bəzən  müəyyən  pedaqoji  hadisəni  dərindən 

dərk  etmək  üçün  onu  təhlil  etmək,  fikrən  hissələrə  və  əlamətlərə 

ayırmaq lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif tədqiqat-

larda oxşar cəhətləri üzə çıxararaq ümumiləşdirmələr aparanda tər-

kib xeyli faydalı olur. Nəzəri pedaqoji ümumiləşdirmələr ən çox tər-

kibin  məhsulu  olur.  Nəzəri  tədqiqatda  daha  geniş  istifadə  olunan 

təhlil və tərkibin birliyidir. Bir çox hallarda tədqiqatçı pedaqoji ha-

disələrin təhlili ilə və ya tərkib olunması ilə məhdudlaşmır, hissələrə 

və  ya  əlamətlərə  ayrılan  pedaqoji  hadisələr  sonra  ümumiləşdirilir, 

elmi  anlayış  yaradılır.  Nəzəri  tədqiqatda  induksiya  və  deduksiya 

kimi  vasitələrdən  də  istifadə  edilir.  Məlum  olduğu  kimi,  induksiya 

elmi  faktların  toplanması,  həmin  faktlar  üçün  ümumi  əlamətlərin 

üzə çıxarılması və bu əsasda ümumiləşdirmə aparılması prosesidir. 

Deduksiya,  əksinə,  ümumi  pedaqoji  fikir  əsasında  müəyyən  qrup 




 

60 


pedaqoji  faktların  nəzərdən  keçirilməsi,  həmin  fikrə  uyğun  gəlib-

gəlmədiyinin müəyyənləşdirilməsi prosesidir. 

Praktik tədqiqat üsulları bəzi mənbələrdə pedaqoji təcrübənin 

öyrənilməsi və ümumiləşdirilməsi adlanır. Pedaqoji nəzəriyyə üçün 

pedaqoji  təcrübənin  əhəmiyyəti  böyükdür,  bunların  arasında  canlı 

dialektika vardır. Pedaqoji nəzəriyyəni qidalandıran bir sıra praktik 

üsullar vardır: pedaqoji müşahidə; pedaqoji müsahibə və ya intervü; 

anketləşdirmə; fəaliyyət məhsullarının öyrənilməsi; pedaqoji sənəd-

lərin öyrənilməsi . 

P.A.Podkorıtova  metodları  üç  qrupa  ayırır:  ümumi  dialektik 

metodlar;  elmi  idrakın  bütün  elmlərdə  istifadə  olunan  ümumi  me-

todları (müşahidə, təhlil, tərkib, eksperiment və s.); xüsusi (sahələr 

üzrə) elmi-tədqiqat metodları. 

Ümumiyyətlə,  tədqiqat  metodlarını  nəzəri,  empirik-nəzəri, 

empirik  olmaqla  qruplara  ayırmaq  mümkündür.  Son  dövrlərdə, 

müasir elmşünaslıqda daha bir qrup metodlardan – metanəzəri elmi-

tədqiqat  metodlarından  da  bəhs  olunur.  Qeyd  edək  ki,  pedaqoji 

hadisələrin  öyrənilməsinə  idrak  metodlarından  heç  də  bir-birindən 

təcrid olunmuş şəkildə istifadə olunmur. 

Nəzəri  tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və 

ekstrapolyasiya, abstraktdan konkretə yüksəlmə, aksiomatik metod-

lar daxildir. 

Empirik-nəzəri  metodlara  təhlil  və  tərkib,  induksiya,  deduk-

siya, mücərrədləşdirmə və konkretləşdirmə, model və modelləş-dir-

mə daxildir. 

Empirik  metodlara  isə  tədqiqatla  bağlı  ədəbiyyatın  təhlili, 

təhlillə  bağlı  məktəb  sənədlərinin  öyrənilməsi,  məktəbəqədər  yaşlı 

uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin öyrənilməsi, müşa-

hidə,  müsahibə,  pedaqoji  təcrübənin  öyrənilməsi,  ekspert  xidməti, 

monitorinq,  təcrübi  iş,  pedaqoji  eksperiment  aiddir.  Nəzəri,  empi-

rik-nəzəri  və  empirik  tədqiqatlar  sıx  qarşılıqlı  əlaqədə  olduğundan 

bəzən  onların  metodikasından  ayrıca  söz  açmaq,  onları  fərqləndir-

mək çətinləşir. Onların hər birində başqa metodlardan, xüsusilə mü-

sahibə və müşahidədən istifadə olunur.  

Elmi  ədəbiyyatda  pedaqoji  axtarışlar  prosesində  daha  çox 

aşağıdakı metodlardan istifadə olunduğu qeyd edilir: 



 

61 


1) pedaqoji hadisələrin nəzəri təhlili

2) müşahidə; 

3) müsahibə

4) təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi

5) eksperiment; 

6) tədqiqatın nəticələrinin riyazi və statistik işlənilməsi

7) dar pedaqoji problemlərin tədqiqində istifadə olunan xüsusi 

metodlar. 

Sadaladığımız bu tədqiqat metodlarından bəzilərinin səciyyəvi 

xüsusiyyətlərinə nəzər salaq

1



Müşahidə  pedaqoji  tədqiqat metodu  kimi.  Pedaqoji – psixo-



loji tədqiqatların təşkilində ən çox istifadə olunan və geniş yayılmış 

metod  müşahidə  metodudur.  Müşahidə  bizi  əhatə  edən  varlığın 

uzun müddət ərzində məqsədə yönəlmiş, planlı şəkildə qavranılma-

sıdır.  Müşahidə  bizi  əhatə  edən  varlığı  dərketmə  mənbəyi  olmaqla 

fikrimizə  təkan  verir.  Adi  seyretmədən  fərqli  olaraq  müşahidə 

məqsədli,  planlaşdırılmış  bir  proses  olduğundan  dərketmə  prose-

sinin  təminatçısı  rolunu  oynayır.  Müşahidə  zamanı  şagird  əşya  və 

hadisə üzərində fikri fəaliyyət göstərir, hadisənin müəyyən cəhətini 

fərqləndirir,  onları  bir-biri  ilə  əlaqələndirir.  Müşahidə  ətraf  aləm 

haqqında  əldə  olunmuş  nəticə  və  ümumiləşdirmələrin  həqiqiliyini 

praktikada yoxlamağa imkan verir.  

Ədəbiyyatda  müşahidənin  müxtəlif  təriflərinə  rast  gəlmək 

mümkündür.  Ensiklopediya  lüğətində  yazılmışdır:  “Müşahidə  hiss 

orqanlarının  köməyi  ilə  varlığın  məqsədyönlü,  planauyğun  şəkildə 

və  hər  şeydən  əvvəl,  az-çox  uzunmuddətli  qavranılmasının,  xarici 

aləmin  dərk  olunmasının  ən  vacib  qaydalarından  biridir.”  Fəlsəfi 

ensiklopedik lüğətdə  müşahidə  “Fəaliyyətin  vəzifələri ilə  şərtlənən 

niyyətli  və  məqsədyönlü  qavrayış”  adlanır.  Fəlsəfi  baxımdan  bu 

metod idrakın başlanğıcında durur . 

Y.R.Talıbov,  Ə.Ə.Ağayev,  İ.N.İsayev,  A.İ.Eminovun  “Peda-

qogika”  kitabında  problemə  elmi  cəhətdən  düzgün  yanaşılmışdır: 

“Bu metod təlim və tərbiyə hadisələrini planlı şəkildə qavramaqdır. 

Müşahidəni  uzun  və  qısa  müddətə  aparmaq  olar.  Müşahidə 

                                                 

1

 Ətraflı məlumat üçün bax: Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı: 



Azərnəşr, 2009, 280 səh. 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə