Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə21/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   236

 

65 


müəllim-eksperimentator  hər  hansı  problemlə  əlaqədar  faktik  mate-

rial toplamaq məqsədilə bu metoda müraciət edir. Həmin vaxt ortaya 

atılan  məsələ  ətrafında  fikir  mübadiləsi  baş  verir.  Müsahibənin 

mükəmməl  keçirilməsi  müəllimdən,  eksperimentatordan  yüksək  nə-

zəri,  pedaqoji-psixoloji  hazırlıq,  onu  aparma  səriştəsinə  yiyələnmək 

bacarığı tələb edir. Müsahibə zamanı xoşa gəlməyən həyəcan yarada 

biləcək  hallardan  qaçmaq  lazımdır.  Müsahibə  təbii  mühitdə  (ailə 

şəraitində, sinifdə şən əhval-ruhiyyə yarandıqda, ekskursiya, gəzinti, 

əyləncə,  istirahət  zamanı)  aparılmalıdır.  Müsahibə  zamanı  yad  ada-

mın,  şagirdlərin  iştirakına  (və  ya  digərləri,  hansı  ki,  tədqiqata  cəlb 

olunan tərəfdir), maqnitofondan, diktofondan istifadə olunmasına yol 

verilməməlidir. Tədqiqatçı müsahibəni,  xüsusilə  fərziyyənin  yoxlan-

masına xidmət edən cavabları yadda saxlamalıdır.  

Anketləşdirmə.  Anketləşdirmə  metodu  mahiyyəti  etibarilə 

müsahibə metodunun yazılı şəklidir. Bu metodun tətbiqində başlıca 

məsələ  anketin  məzmunlu,  dəqiq  tərtib  edilməsidir.  Anketləşdirmə 

müsahibəyə  nisbətən  sərt  məntiqi  konstruksiyaya  malikdir.  Anket 

üçün suallar əvvəlcədən seçilir və mümkün olan yazılı cavablar da 

müəyyənləşdirilir. Anket sorğusu həmişə eksperimentatorun respon-

dentlərlə üzbəüz ünsiyyətdə olmasını tələb etmir. Bu metod tədqiqa-

ta daha çox şagirdi cəlb etmək imkanı verir. Anketləşdirmə ehtimal-

lara əsaslanır. Tədqiqatın məqsədinə uyğun verilən suallara şagird-

lərin  cavabları  təhlil  olunur,  kütləvi  materialla  ilkin tanışlıq  həyata 

keçirilir. Hazırda pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız 

və s. anket sorğularından istifadə olunur.  

Anket sorğusu müstəqil tədqiqat metodu olmaqla yanaşı, həm 

də digər tədqiqat metodlarına xidmət edir. Anketdə mahiyyət  yaxşı 

açılmalı, o, cavab verənin işini asanlaşdırmalıdır. Hər bir suala yazı-

lı  şəkildə  birmənalı  dəqiq cavab  vermək  imkanı təmin  edilməlidir. 

Anket tədqiqatın fərziyyəsi ilə əlaqədar informasiyaların alınmasına 

xidmət etdiyindən məqsədyönlü və dəqiq olmalıdır. Anketdə şagird-

lərin (respondentlərin) diqqətini yayındıran, mənfi emosiya yaradan 

ikincidərəcəli, o qədər də əhəmiyyətli olmayan yüngül epizodik mə-

sələlərə yer verilməməlidir. Sual elə qoyulmalıdır ki, respondentlər 

əsaslandırılmış şəkildə axtarılan informasiyanı tapa bilsinlər. Anket 

tərtib edərkən respondentlərin həmin suallara dəqiq elmi cavab verə 



 

66 


bilib-bilməyəcəkləri,  onların  ürəkdən  cavab  verib-verməyəcəkləri, 

sualların  onların  əhval-ruhiyyəsinə  necə  təsir  edəcəyi  nəzərə  alın-

malıdır.  Anketdə  qapalı  və  açıq  suallar  verilir.  Anketdə  hər  hansı 

suala  mümkün  olan  cavabın  bütün  variantları  əhatə  olunursa,  sual 

qapalı  hesab  olunur.  Bu  zaman  təklif  olunan  bir  sıra  formalaşdırıl-

mış  sualdan  bir  və  ya  bir  neçə  cavabın  seçilməsi  nəzərdə  tutulur. 

Belə  sualla  rastlaşan  respondent  öz  biliyinə  uyğun  variantı  seçir. 

Qapalı anketin suallarında tədqiqatçı seçimi əvvəldən qoyulmuş ca-

vab  variantlarının sayı ilə məhdudlaşdırılır. Açıq sualda cavabların 

xarakteri,  sayı,  növləri  və  formaları  əvvəlcədən  nəzərdə  tutulmur. 

Standart  olmayan  belə  intervüdə  yalnız  açıq  suallardan  istifadə 

olunur. Açıq suallar o qədər də dərin düşüncə, ciddi araşdırma tələb 

etmir. Ona görə də respondentlər açıq suallara daha böyük həvəslə 

cavab  verir.  Bu  zaman  çətin  sualdan  qaçmaq,  cavab  verməkdən 

yayınmaq imkanı olur. 

Anketləşdirmə  tədqiqat  obyektini  ölçmə,  qiymətləndirmə  va-

sitəsi  rolunda  da  çıxış  edir.  Hər  hansı  tədqiqat  metodu  kimi  anket-

ləşməni də universal hesab etmək olmaz. Bu metod bəzən həlledici, 

bəzən köməkçi rol oynayır, bəzən isə heç lazım olmur.  

Pedaqoji  eksperiment.  Pedaqoji  eksperiment  pedaqoji  təd-

qiqat prosesində öyrənilən hadisənin effektliyini müqayisəli şəkildə, 

sübutedici  yolla  aşkara  çıxaran,  düzgün,  dəqiq,  mötəbər  nəticəyə 

gəlməyə  imkan  verən  xüsusi  növ  empirik  metoddur.  Pedaqoji  eks-

periment  tədqiqatın  məqsədinə  uyğun  olaraq  yeni  şərait  yaratmaq 

yolu  ilə  pedaqoji  hadisəyə  fəal  təsir  göstərir.  Eksperiment  təlim-

tərbiyə  prosesinin  gedişində  planlaşdırılmış  şəkildə  məqsədyönlü 

dəyişikliklər  aparmağa,  pedaqoji  faktorların  təsiri  ilə  xüsusi  yara-

dılmış  ictimai-tərbiyəvi  mühitdə  şəxsiyyətin  tərbiyəsinin  bu  və  ya 

digər cəhətini öyrənməyə imkan verir. Eksperimentin gedişində ha-

disələri  daha  əlverişli  şəkildə  öyrənmək  üçün  süni  yolla  məqsəd-

yönlü dəyişmək,  yaxud  yenidən  yaratmaq mümkün olur. Beləliklə, 

hadisə prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir. 

Pedaqoji  eksperiment  planlaşdırılarkən  aşağıdakılar  nəzərə 

alınmalıdır:  1)  eksperimentin  məqsədi;  2)  eksperimentin  həcmi;        

3)  eksperimentdə  iştirak  edən  şəxslərin  xarakteristikası;  4)  ekspe-

riment üçün istifadə olunan materialın təsviri; 5) eksperimentin keçi-



 

67 


rilmə metodikası; 6) eksperimentin keçirilmə yeri və vaxtı; 7) ekspe-

rimentin  nəticələrinə  təsir  göstərə  biləcək  əlavə  dəyişənlərin  təsviri; 

8) eksperimentin gedişi üzərində müşahidənin təsviri; 9) eksperimen-

tin nəticələrinin təsviri; 10) eksperimentin yekunlaşdırılması qaydası. 

Tədqiqatçı  eksperimentin  planını  elə  tərtib  etməlidir  ki,  ki-

fayət qədər hazırlıqlı hər hansı şəxs onun əsasında müvəffəqiyyətlə 

eksperiment apara bilsin. Pedaqoji ədəbiyyatda göstərilir ki, obyek-

tiv  nəticənin  alınması  üçün  kənar  təsirlərə  yol  verilməməli,  aşağı-

dakı şərtlər gözlənilməlidir:  

1)  Eksperimenti  təşkil  edənin  məsləyə  münasibəti,  ümumi-

nəzəri,  pedaqoji,  psixoloji  hazırlığı,  bu  sahədə  səriştəsi  və  bacarığı 

mükəmməl olmalıdır. 

2)  Eksperimentin  aparılacağı  təhsil  müəssisələrinin  növü 

(məktəbəqədər  müəssisə,  ibtidai  siniflər,  orta  məktəb,  peşə  təhsili 

sistemi, xüsusi məktəb və s.) müəyyənləşdirilməlidir.  

3) Eksperimentin təhsil alanlar, yaxud təhsil verənlərlə aparı-

lacağı  (Adətən,  təhsil  alanların  öyrənilməsi,  inkişafı  ilə  əlaqədar 

sınaqlar keçirilir. Tərbiyəçi və müəllimlərin fəaliyyəti, onların yeni 

təlim  texnologiyalarından  istifadə  etmə  bacarıqlarının  inkişafı  üzrə 

də tədqiqat aparmaq mümkündür.). 

4)  Eksperimentə cəlb ediləcək  subyektin  sayı  müəyyən  olun-

malıdır.  Eksperimentə  kiçik  bir  qrup,  yoxsa  sinif,  məktəb,  kurs, 

fakültə, universitet və s. cəlb olunacaq? Yeri gəlmişkən qeyd edək 

ki, 2-3 nəfərdən başlanmış yüzlərlə adamı eksperimentə cəlb etmək 

olar. Eksperimentə həddən çox adamın cəlb edilməsinə də yol veril-

məməlidir.  Belə  hallarda  onların  bir  qismini  əhatə  etmək  mümkün 

olmadığından nəticədə dəqiqlik gözlənilmir. 

5)  Eksperimentin  aparılmasının  coğrafiyası  üzərində  də  dü-

şünmək  lazımdır.  Eksperimentin  yalnız  şəhərdəki,  yoxsa  rayon 

mərkəzindəki,  kənddəki  təhsil  müəssisələrində,  ölkəmizin  şimalın-

dakı,  cənubundakı,  qərbindəki,  yoxsa  bütün  bölgələrindəki  təhsil 

müəssisələrində aparılması, təbiəti kasıb və ya zəngin olan yerlərdə 

aparılması üzərində düşünmək lazımdır. 

6)  Eksperimentin  aparıldığı  sosial  mühit  –  iri  şəhərlərdə,  ra-

yon mərkəzində, kənddə, azsaylı xalqların toplum halında  yaşadıq-

ları yerlərdə aparılması nəzərə alınmalıdır.  




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə