Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə18/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   236

 

56 


uyğunluqlar, onlardan doğan pedaqoji qaydalar, pedaqoji fəaliyyətə 

verilən tələblər və pedaqoji fəaliyyət (məsələn, dərketmədə əksolun-

ma və  yaradıcılığın vəhdəti, idrakın subyektinin fəallığı, tərbiyənin 

ümumi  məqsədi  haqqında  qayda);  b)  daha  ümumi  və  əhəmiyyətli 

pedaqoji qanunlar və qanunauyğunluqlar, pedaqoji fəaliyyətə onlar-

dan  irəli  gələn  tələblər;  c)  pedaqoji  tədqiqatların  prinsipləri  və 

metodları. 

Metodoloji  problematika  beş  qrupa  ayrılır  ki,  onların  içəri-

sində də ümumi və xüsusi metodologiyalar daha mühüm əhəmiyyət 

kəsb edir. Elmi idrakın ümumi metodologiyası çoxdan mövcuddur. 

O,  dialektikanın  qanunlarına  uyğun  olaraq  şeylərin  və  hadisələrin 

xassələrinə, təbiətin, cəmiyyətin, insan təfəkkürünün ümumi qanun-

larına, təfəkkür prosesinə və varlığın dəyişilməsinə, bütün obyektiv 

aləmə  xas  olanları  açır.  Bu,  hər  hansı  hadisəyə,  qarşılıqlı  asılılığa 

sıx qarşılıqlı əlaqədə baxmaq imkanı verir. Təbiət, cəmiyyət və in-

san  təfəkküründə  baş  verən  bütün  proseslərə  xas  olan  səbəb-nəticə 

əlaqələri  daxili  və  xarici,  mühüm  və  qeyri-mühüm  əlaqələrdir.  Pe-

daqoji  prosesin  dialektikasının  bu  problemləri  –  onun  hərəkətə  gə-

tirmə qüvvəsi, nəzəriyyə və praktikanın, konkret və mücərrədin, tək 

və  ümuminin,  obyektiv  və  subyektivin,  tədris-tərbiyə  prosesinin 

harmoniyasının  əldə  edilməsi  problemləridir.  Onlar  metodologiya-

nın inkişafının bütün mərhələlərinə daxil olur, hər hansı metodoloji 

biliklərin əsası kimi çıxış edir. Tədqiqatın pedaqogika tarixinə, onun 

nəzəriyyəsinə,  didaktikaya,  yaxud  tərbiyəyə  aid  olmasından,  nəzəri 

və  ya  empirik,  fundamental  və  ya  tətbiqi  xarakter  daşımasından, 

ümumi  və  ya  konkret  mövzuya  həsr  edilməsindən  asılı  olaraq 

metodoloji əsasda özünəməxsus çalarlar nəzərə alına bilər. 

Elmlərin  metodologiyası  onun  elə  bir  sahəsidir  ki,  elmi-tədqi-

qat metodlarını və həmin elmi təmsil edən fənnin öyrənilməsinə  ya-

naşma prinsiplərini öyrənir. Hər bir elm özünə xas olan tədqiqat me-

todlarından  istifadə  edir,  onların  xarakteri  tədqiqatın  məzmunundan 

və  məqsədindən  asılı  olur.  Pedaqogikanın  metodologiyası  elmlərin 

ümumi  metodologiyasından  nəşət  edən,  pedaqoji  nəzəriyyənin  çıxış 

vəziyyətinin,  biliklər  sisteminin  inkişafı  ənənələrinin  öyrənilməsi, 

pedaqoji  hadisələrə  və  onların  tədqiqat  metodları,  həmçinin  əldə 



 

57 


olunmuş  biliklərin tərbiyə, təlim  və  təhsil təcrübəsinə  tətbiqi  yolları 

haqqında elmdir . 

V.İ.Zaqvyazinskinin  fikrincə,  xüsusi  pedaqoji  problemlər 

pedaqogikanın  və  pedaqoji  tədqiqatların  özünəməxsus  problemlə-

ridir. Onlara tədqiqatın problematikası haqqında məsələlər, metodo-

loji status qazanmış nəzəri qaydalar qrupu, elmi axtarışların nəticə-

lərinin  nəzəri  biliklər  sisteminə  gətirilməsi,  problemlərin  tədqiqin-

dən  əldə  edilən  nəticələrin  təcrübəyə  tətbiqi,  didaktik  və  metodik 

qruplaşdırılmaların  prinsipial  əsası  daxildir.  Müasir  pedaqoji  kon-

sepsiyanın  əsas  əlamətlərini  xarakterizə  edən  nəzəri  müddəalar 

metodoloji  əsaslar  kimi  çıxış  edir.  Didaktikada  bu  müddəalar  təli-

min məqsədi, mahiyyəti, quruluşu, hərəkətverici qüvvələri, perspek-

tiv inkişafı və sairəni şərh edir. Metodoloji müddəaların çoxu didak-

tik  prinsiplərdə  əks  olunmuşdur.  Filosoflar  göstərirlər  ki,  elmin 

strukturunun  elementi  olan  metod  nəzəriyyəyə,  qanuna  və  qanuna-

uyğunluğa nisbətən daha çox hərəkətdədir, dəyişkəndir. 

Geniş  istifadə  olunan  xüsusi  pedaqoji,  ənənəvi  elmi-tədqiqat 

metodları məlum materialın alınması, onun qruplaşdırılması və sis-

temləşdirilməsi, bu və ya digər münasibətlərin müəyyənləşdirilməsi 

mərhələsində  çox  faydalıdır.  Onlar  pedaqoji  obyekt  və  hadisələrin 

keyfiyyət  əlamətlərini,  struktur  elementlərini  tapmağa  və  formalaş-

dırmağa imkan verir, empirik faktların öz-özünə toplanmasını təmin 

edir. Onların qiyməti bundadır. Bununla yanaşı, daha çox yəqin olur 

ki, yalnız ənənəvi metodlardan istifadə pedaqogikanın empirik bazi-

sinin  keyfiyyətcə  kökündən  dəyişərək  yenidən  yaranmasına,  ciddi 

pedaqoji qanunların və nəzəriyyələrin formalaşmasına, pedaqogika-

sının  öz  proqnostik  vəzifəsini  həyata  keçirməsinə  ümid  bəsləməyə 

imkan vermir. Təsadüfi deyildir ki, XX əsrin 80-cı illərinin elmi-pe-

daqoji  nəşrlərində  belə  işlərin  nəzəri  səviyyəsini  əhəmiyyətli  dərə-

cədə  yüksəltməyə  imkan  verən  metodların  axtarılmasına  diqqət 

verilmişdir.  

Y.K.Babanski  yazırdı:  “Nəzəri  təhlil  metodları  hər  bir  tədqi-

qatın  nəzəri  yeniliklərinin  təlimin  və  tərbiyənin  qanunauyğunluq-

larına bu və ya digər dərəcədə daxil olmasına imkan verir. Nə qədər 

ki,  pedaqogikanın  qanunauyğunluqlarının  onun  inkişafının  müasir 

mərhələsində  əsaslandırılması  vəzifələri  real  və  zəruri  olur,  məhz 




 

58 


buna  görə  də  hər  hansı  elmi  tədqiqatda  nəzəri  metodların  rolunun 

artmasına, hərtərəfli cəhd göstərmək lazımdır” .  

Pedaqoji  tədqiqatların  metodoloji  əsası  didaktikanın,  tərbiyə 

nəzəriyyəsinin  yaradıcı  rolunun  artmasına  –  elmi  biliklərin  sürətlə 

inkişafına,  texnologiya  və  metodların  yeniləşməsinə,  yeni  yanaş-

manın  tətbiqinə,  pedaqoji  prosesdə  inteqrasiya  və  differensiyanın 

nəzərə alınmasına geniş imkanlar yaradır. Beləliklə, düzgün müəy-

yənləşdirilmiş  metodoloji  əsasın  köməyi  ilə  pedaqoji  prosesdəki 

gizli,  qapalı,  dərin,  çətin,  rəngarəng,  mürəkkəb  komplekslər  həll 

olunur.  Nəticədə  insanın  bir  şəxsiyyət  kimi  formalaşması  təmin 

olunur.  Bu  gün  hərtərəfli,  dərin  pedaqoji  tədqiqatların  elmi  nəticə-

ləri  təhsilimizin  uğurla  inkişafına  və  dünya  təhsil  sisteminə 

müvəffəqiyyətlə inteqrasiya olunmasına xidmət edə bilər.  

Metodologiyanın  ən  fundamental  problemi  pedaqogikanın 

predmetinin  və  pedaqoji  hadisələrin  dərk  olunması  məntiqinin 

müəyyənləşdirilməsidir. Pedaqogikanın metodologiyası ilə tədqiqa-

tın  əsas  problematikasını  dəqiq  müəyyənləşdirmək,  metodoloji  bi-

liklərin obyekti və predmetinin məzmununu hərtərəfli əks etdirmək 

lazımdır. Elmi idrakın vacib sahəsi sayılan metodologiyanın obyekti 

olan  elmi-tədqiqat  prosesi  isə  biliyə  yiyələnmə  və  onun  praktik 

tətbiqi qaydasıdır. Metodologiyaya istinad etmək şəxsiyyətin inkişa-

fının, yeni insanın formalaşmasının qanunauyğunluqlarına müvafiq 

olaraq onun idrakını inkişaf etdirməyə, tərbiyəsini lazımi səviyyədə 

qurmağa imkan verir.  

Pedaqoji  tədqiqatın  metodologiyası  tədqiqatın  məqsədinə  və 

məzmununa uyğun formalaşdırılmalıdır. 

 

 

2.3. Pedaqoji tədqiqat metodları  



və onların səciyyəvi xüsusiyyətləri 

 

Azərbaycanın  görkəmli  pedaqoqlarından  olan  professor 



Y.Ş.Kərimov pedaqoji tədqiqat metodlarının adətən iki qrupa ayrıl-

dığını göstərir. Sözügedən qruplar belədir: məzmunla bağlı metod-

lar;  formal  metodlar.  Birinci  qrupa  pedaqoji  hadisə  və  proseslərin 

faktlarının öyrənilməsinə xidmət edən metodlar – müşahidə, təcrübi 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə