Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə17/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   236

 

53 


bir  didaktik,  metodik axtarışlar metodoloji  əsasla  idarə  olunur.  Bir 

sözlə,  metodologiyaya  əsaslanmadan  həqiqi  elmi  tədqiqat  aparmaq 

mümkün deyil. 

“Metodologiya”  yunan  dilində  “metodlar  haqqında  elm” 

deməkdir. Metodologiya anlayışının hamı tərəfindən qəbul olunmuş 

tərifi  yoxdur.  Pedaqoji  ədəbiyyatda  metodologiya  bəzən  tədqiqatın 

metodik priyomlarının məcmusu, bəzən xarici aləm haqqında bilik-

lərin  əldə  edilmə  qaydaları,  aləmin  dərk  olunması  və  yeniləşdi-

rilməsi  metodları  haqqında  nəzəriyyə  hesab  olunur.  Əslində  çox 

geniş məzmuna malik olan metodologiya rəhbər prinsiplərə istinad 

edən  elmi  tədqiqatların  silahı,  elmi  təhlilin  və  sintezin  tələblərinin 

yerinə yetirilməsinin konkret vasitəsi rolunu oynayan nəzəri biliklər 

sistemidir.  Pedaqoji  metodologiya  elmi-pedaqoji  tədqiqatların  əsas 

qaydaları, quruluşu, funksiyaları və metodları haqqında təlimdir. 

R.Dekarta görə, metodologiya idrak prosesinin fəlsəfi əsaslan-

dırılmasıdır. Hegel göstərirdi ki, idrakın bu və ya digər sahəsi üçün 

xarakterik  olan  fəlsəfi  metodu  konkret  elmlərin  metodları  ilə  eyni-

ləşdirmək  olmaz,  metod  idrak  prosesinin  məzmunundan  asılıdır. 

Fəlsəfə ensiklopediyasında metodologiyanın tərifi belə verilir: “Me-

todologiya  idrakın  və  varlığın  dəyişdirilməsi  metodları,  dünyagö-

rüşü, prinsiplərin idrak prosesinə, ümumiyyətlə mənəvi yaradıcılığa 

və  praktikaya  tətbiqi  haqqında  fəlsəfi  təlimdir”.  Mövcud  fəlsəfi 

ədəbiyyatda  metodologiyaya  “Təbiət  və  cəmiyyət  hadisələrinə 

yanaşma qaydası haqqında təlim”, “Məqsədə çatmaq, müəyyən mə-

sələni  həll  etmək  üçün  istifadə  olunan  metodlar  haqqında  təlim”, 

nəzəriyyə,  “Tədqiqat  metodları  haqqında  təlim”,  metodika,  “Elmin 

bu  və  ya  başqa  bir  sahəsində  tətbiq  olunan  tədqiqat  metodlarının 

məcmusu”,  metod  kimi tərif  verilir.  V.H.Nəsirov,  Ə.B.Məmmədov 

metodologiyaya belə bir tərifin verilməsini məqbul saymışlar: “Me-

todologiya  gerçəkliyin  dərk  olunması  və  dəyişdirilməsi  metodları 

haqqında  dialektik  materializmin  prinsiplərinin  idrak  prosesinə, 

mənəvi fəaliyyətə və praktikaya tətbiq olunması haqqında təlimdir.”  

Maraqlı təriflərdən biri də N.E.Kovolyov, B.F.Sorokinə məx-

susdur: “Elmlərin metodologiyası elmi tədqiqatların metodlarını və 

bu elmin predmetinin öyrənilməsinə yanaşma prinsiplərini öyrənən 

sahədir . 




 

54 


Hər  bir  elmin  öz  tədqiqat  predmeti  və  təbii  ki,  onun  üçün 

spesifik tədqiqat metodları var. Onların xarakteri tədqiqatın qarşısın-

da duran vəzifələrlə müəyyən edilir. Bununla belə, elmi idrakın ümu-

mi metodologiyası da mövcuddur. Ümumelmi metodologiya hər bir 

elmin daxilində tədqiqat məsələlərinin işlənməsinin prinsipial əsasını 

təşkil  edir.  Ona  görə  də  pedaqogikanın  metodologiyasını  ümumi 

metodologiyadan fərqləndirmək lazım gəlir . 

Pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin əsasları 

və  quruluşu,  pedaqoji  gerçəkliyi  əks  etdirən  biliklərin  əldə  edilmə-

sinə yanaşma prinsipləri və yolları, habelə belə bilikləri əldə etmək 

fəaliyyəti, proqramların, məntiqi metodların, tədqiqat işlərinin key-

fiyyətinin  qiymətləndirilməsi  haqqında  sistemdir.  Demək,  peda-

qogika  elminin  metodoloji  əsaslarını  idrak  nəzəriyyəsi,  cəmiyyətin 

inkişaf  qanunauyğunluqları,  insan  və  onun  tərbiyəsi,  şəxsiyyətin 

ahəngdar  inkişafı  və  formalaşması,  milli  və  ümumbəşəri  dəyərlər, 

onların  vəhdəti  barədə  fəlsəfi,  psixoloji  və  pedaqoji  nəzəriyyələr, 

onlara sistemli yanaşma təşkil edir . 

Pedaqoji  tədqiqatların  metodologiyası  pedaqoji  nəzəriyyənin 

əsas qaydaları, pedaqoji hadisələrə yanaşmanın prinsipləri və onla-

rın  tədqiqat  metodları,  həmçinin  biliklərin  tərbiyə,  təlim,  təhsil 

təcrübəsinə tətbiqi haqqında biliklər sistemidir.  

“Pedaqoji  tədqiqatların  metodologiyası”  dedikdə,  hər  hansı 

pedaqoji problemin tədqiqatının əsasına qoyulmuş ümumi prinsipial 

başlanğıc  vəziyyət  başa  düşülür.  Pedaqogikada  metodologiyaya 

pedaqoji gerçəkliyin, yəni pedaqoji fakt, hadisə və proseslərin dərk 

edilməsi  və  dəyişdirilməsi  haqqında  nəzəri  müddəaların  məcmusu 

kimi  baxılır...  Mürəkkəb  sistem  olan  metodologiyanın  səviyyələri 

arasında  müəyyən  asılılıq  mövcuddur.  Bu  zaman  fəlsəfi  səviyyə 

metodoloji əsas kimi çıxış edir, varlığın dərk olunması və dəyişdiril-

məsi prosesində dünyagörüşü rolunu oynayır.  

 Metodologiyanın nəzəri tərəfi elmi axtarışın başlanğıc müha-

kiməsi  kimi  əsas  pedaqoji  qanunauyğunluqların  müəyyənləşdi-

rilməsi  ilə  əlaqədardır.  O,  pedaqoji  tədqiqatın  hansı  fəlsəfi,  elmşü-

naslıq, bioloji və psixoloji ideyalarda qurulduğunu müəyyənləşdirən 

dünyagörüşü funksiyasını daxil edir, alınmış nəticəni izah edir, nə-

ticə  çıxarır.  Metodologiyanın  normativ  tərəfi  pedaqoji  obyektlərə 




 

55 


yanaşmanın ümumi prinsiplərinin öyrənilməsi, elmi-pedaqoji tədqi-

qatların  ümumi  və  xüsusi  metod  və  priyomlarının  sistemidir.  Me-

todologiyaya görə, idrak metodlarının əsasında təbiət və cəmiyyətin 

obyektiv qanunları durur. İdrak metodu yalnız gerçəkliyin obyektiv 

qanunlarını  əks  etdirdikdə  elmi  metod  olur.  Məhz  elmi  tədqiqat 

metodlarından  istifadə  etməklə  biz  biliyimizi  artırırıq.  Biz  ətraf 

aləmdəki  bir  çox  şeylərin  strukturu  və  hərəkət  tərzi  haqqında 

məlumata bələd olmadan idrakda və təcrübədə yeni nəticələrin əldə 

edilməsi üçün ona yanaşma metoduna yiyələnə bilmərik. Biz müəy-

yən biliklərə yiyələndikdən sonra həmin biliklərin nə vaxt nisbətən 

tamamlanmış  sistemə  düşəcəyini  gözləmədən  yeni  biliklər  və  nəti-

cələr əldə etmək üçün onu tez tətbiq etməyə cəhd göstəririk. Unut-

maq olmaz ki, yalnız nəticə deyil, ona aparan yol da real olmalıdır . 

Metodologiyanın  predmeti  və  vəzifələrini  tədqiqat  metod-

larının təhlili ilə məhdudlaşdırmaq yanlışlıq olardı. Buna daha geniş 

miqyasda  yanaşan  M.A.Danilov  yazır  ki,  pedaqogikanın  metodo-

logiyası  pedaqoji  nəzəriyyənin  çıxış  vəziyyəti,  əsası  və  quruluşu 

haqqında,  biliklərin  əldə  edilməsi  qaydaları  haqqında,  inkişaf  et-

məkdə  olan  cəmiyyətdə  fasiləsiz  dəyişən  pedaqoji  həqiqəti  düzgün 

əks  etdirən  məlumatlara  yiyələnmə  qaydası  və  yanaşma  prinsipləri 

haqqında  biliklər  sistemidir.  V.İ.Zaqvyazinski  yazır:  “Pedaqogika-

nın metodologiyası pedaqoji biliklər və onu əldə etmə prosesi haq-

qında,  başqa  sözlə,  pedaqoji  idrak  haqqında  təlimdir.  Ona  aşağı-

dakılar daxildir: 

1) pedaqoji biliklər, həmçinin pedaqoji problematikanın struk-

turu və funksiyaları haqqında təlim; 

2)  metodoloji  məna  kəsb  edən  əsas,  hakim,  fundamental,  fəl-

səfi,  ümumelmi  və  pedaqoji  qayda  (nəzəriyyə,  konsepsiya,  fər-

ziyyə);  

3)  pedaqoji  idrakın  metodları  (sözün  dar  mənasında  meto-

dologiya) haqqında təlim. 

Beləliklə,  pedaqoji  metodologiya  elmi-pedaqoji  tədqiqatların 

başlanğıc (açar) vəziyyəti, strukturu, funksiyaları və metodları haq-

qında təlimdir” . 

V.İ.Zaqvyazinski  metodoloji  biliklərin  tərkibinə aşağıdakıları 

daxil  edir:  a)  ümummetodoloji  və  ümumelmi  qanunlar,  qanuna-




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə