bal toplamışsınızsa, temperamentin bu xüsusiyyəti sizdə güclü, 5-8 bal toplamışsınızsa orta,
4 və daha az bal toplamışsınızsa, zəif inkişaf etmişdir.
Valideynlərlə aparılan konsultasiya işləri
Plan:
1.
Valideynlərlə aparılan pedaqoji-psixoloji konsultasiya işləri
2.
Aparılan konsultasiya işlərinin formaları
3.
Valideynlərlə konsultasiya zamanı praktik psixoloqa verilən tələblər
1.Ailədə uşağa qulluq və onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran
problemlərdən biridir. İlk tərbiyəçilər olan ata və anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı
meydana çıxan suallara cavabları özləri axtarıb tapdıqları halda, əksəriyyəti bu sahədə təcrübəsi
olan yaşlılarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə ehtiyyac duyurlar. Məktəb təhsilinin
yaratdığı həm ötən əsrlərdə, həm də müasir dövrdə valideynlərlə aparılacaq konsultatik işin
ağırlığı həmişə məktəb müəllimlərinin və sinif rəhbərlərinin üzərinə düşmüşdür. Təhsil
sistemində psixoloji xidmət yarandıqdan sonra isə valideynlərə göstərilən konsultasiyaların
təşkili və keçirilməsində praktik psixoloqun rolu artmaqdadır. Uşağın həyatda müşahidə olunan
hər hansı normadan kənaraçıxma halları və patoloji
təzahürləri,təlimə, yaşlılara və
həmyaşıdlarla münasibətdəki anomaliyaların səbəblərini bilməyən valideynlər ixtisaslı yardıma
ehtiyyac duyurlar. Uşağın anotomik-fiziki inkişafı gedişində meydana gələn normal yaş
böhranlarının simptomları ailədə valideynlər və yaxın qohumlar arasında ağır emosional
təəssüratların yaranmasına səbəb olur. Belə hallarda ailəyə kömək etmək üçün üçün praktik
psixoloq valideynlərə onların müsbət və mənfi
keyfiyyətləri, güclü və zəif tərəfləri haqda
məlumat verir
Böyük məktəbəqədər yaşın sonunda uşağın məktəbə hazırlanması ailədə yeni qayğılara səbəb
olur. Valideynlər ailədə uşaqlarına irəlicədən yazmaq, oxumaq və hesablamaq kimi
təlim vərdiş
və bacarıqları aşılamağa çalışaraq vaxtı qabaqlamaq istəyirlər. Qarşılaşdıqları ilk çətinliklər çox
vaxt onların səbrini tükəndirir, ailədə əsəbi mühit yaradır, uşağın qabiliyyətsizliyi haqqında
yalnış qənaətlərə səbəb olur. Bu zaman yenə də mütəxəssis rəyinə ehtiyyac duyulur.
Məktəbə qəbul ərəfəsində uşaqların təlimə hazırlığının diaqnostikasını keçirən psixoloq
valideyərin müşahidəsi ilə müxtəlif metodikalardan istifadə etməklə, hər bir uşağın diferensial
müayinəsini keçirir, uşağın intellektual inkişaf
səviyyəsi,sensor funksiyaların vəziyyəti, bilik və
bacarıqların səviyyəsi haqqında valideynlərə konkret məzmunlu tövsiyələr verir
2. Valideynlər üçün təşkil edilən konsultasiyalar öz xarakterinə görə söhbətə yaxındır. Burada
əsas fərq ondan ibarətdir ki, psixoloq valideynlərin suallarını dinlədikdən sonra onlara ixtisaslı
məsləhətlər verir, bir tərəfdən uşağın tərbiyə olunduğu ailəni daha yaxından tanıyır,digər
tərəfdən isə onları uşaqların tərbiyəsi məsələlərinə həssaslıqla yanaşmağa təhrik edir. Bu
zaman psixoloq valideynlərlə aşağıdakı anketdə qeyd olunan suallara yazılı
cavablar verməyi
xahiş edir.
Sizin övladınızda hansı mənfi xüsusiyyətləri görürsünüz?.
– Sizin övladınız üçün hansı müsbət keyfiyyətlər səciyyəvidir?
- Övladınızda hansı xüsusiyyətləri tərbiyə etməyə çalışırsınız?
- Övladınız ailədə özünəxidmət qabiliyyətini nümayiş etdirə bilirmi? . –
Ailədə uşağınızın gün rejimi varmı, rejimə necə əməl edir? -
Övladınız ailə işlərində və bayramlarda fəallıq və təşəbbüs göstərirmi?
- Övladınız boş vaxtlarını harada keçirir? -
Övladınız evdə ayrıca otağı varmı, o, dərslərə, hazırlığa nə qədər vaxt ayırır?
Alınmış nəticələri təhlil etməklə növbəti görüşlərdə psixoloq hər bir valideynə zəruri
məsləhətlər verir. P.k.t təşkili formalarına görə fərdi və qrup şəklində olur.
3.Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı
tələblərə
əməl etməlidir.
Konsultasiyanın keçirilməsi zamanı valideynlər hiss etməlidirlər ki, psixoloq onların övladlarının
tərbiyəsində xeyirxah və səmimi mövqe tutmuşdur. –
Valideynlərə verilən tövsiyələr konkret olmalı, ailənin həyat şəraiti, uşaqların fərdi
xüsusiyyətləri nəzərə almalıdır.
– Hər bir konsultasiya valideynlərə faydalı bir şey verməli, onların pedaqoji və psixoloji
biliklərini genişləndirilməlidir.
– Konsultasiyanın uğurlu olması bir çox cəhətdən psixoloqun səriştəsindən, valideynlərə qarşı
həssaslıqdan, onun təlqinetmə və inandırma məharətindən asılıdır;.
– Konsultasiya hazırlıq tələb edir psixoloq valideyərin suallarına elmi cəhətdən əsaslandırılmış
cavablar verməlidir;. – Psixoloq ona
müraciət edilən faktı ətraflı öyrənməli, elmi ədəbiyyatlara
istinad edərək, həyati nümunələrə
əsaslanaraq sübutlar gətirməyi bacarmalıdır.
Konsultasiya zamanı valideynlərə yaş böhranı anlayışı başa salınmalı və böhrandan uşağın
cavabdeh olmadığı bildirilməlidir
Yeniyetmə dövrün yaş böhranı zamanı valideyn üçün uşaqla ümumi dil tapmaq sonuncu şans
kimi qiymətləndirilir. Əgər uşaq görsə ki, o,
başa düşülür, deməli gələcəkdə valideynlə birgə
anlaşma təmin edilib, əks təqdirdə anlaşılmazlıq getdikcə dərinləşərək dəfedilməz maneəyə
çevrilə bilər. Psixoloqun vəzifəsi məhz birincisini təmin etməkdə valideynlərə köməklik
göstərməkdədir.
Psixoloqun ailə ilə işi ailəyə sistemli dinamik model kimi yanaşmağı tələb edir. O, valideynlərin
mövqelərinə və problemlərinə həssaslıq və hörmətlə yanaşılmalı, müxtəlif söhbətlər və
sorğular keçirməklə onların problemlərini öyrənməli,
təhlil etməli, düzgün məsləhət və
tövsiyələr verməlidir. Eyni zamanda psixoloq valideynlərin sorğuları əsasında uşaq-valideyn
ünsiyyəti məsələləri ilə bağlı konsultasiyalar keçirməlidir.
Dostları ilə paylaş: