105
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
mənbələrinə 5 milyard 68 milyon m
3
çirkab atılmışdır. Həmin göstərici
1991-2010-cu illərlə müqayisədə çox olsa da, yalnız 2010-cu ilə aid
rəqəmlərdən
( 6 milyard 5 milyon m
3
) azdır. 2011-ci ildə rekord miqdarda
– 223
milyon m
3
çirkab təmizlənmədən su mənbələrinə axıdılmışdır.
Qeyd olunduğu kimi, Azərbaycanda yerüstü və yeraltı
su ehtiyatlarının
istismarı, nəqli, normalaşdırılması, təmizlənməsi, paylanması, satışı,
mühafizəsi, sel və daşqınlar əleyhinə tədbirlərin keçirilməsi və s.
vəzifələrin icrasında da qeyri-rasionallıq mövcuddur. Digər dövlətlərdə
su təsərrüfatı ilə bağlı həmin vəzifələr mərkəzləşdirilmiş qaydada
həyata keçirildiyi halda, Azərbaycan
Respublikasında bir-biri ilə rəqabətdə
olan, bir çox hallarda paralel funksiyalar
yerinə yetirən 6 dövlət qurumunun
səlahiyyətindədir:
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,
Sənaye və Energetika Nazirliyi,
Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti, «Azərsu» Açıq
Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar
Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyi. Bundan başqa, digər dövlət
qurumlarının nəzdində də su ilə əlaqəli
ixtisaslaşdırılmış təsisatlar mövcuddur.
Bütün bunlar nəzarətsizliyə və korrupsiya hallarının yaranmasına
səbəb olan amillərdəndir. Hazırda həmin dövlət təşkilatlarına aid
funksiyaların mərkəzləşdirilməsinə, onların bazasında vahid qurumun
-
Dövlət Su Komitəsinin yaradılmasına başlanılmışdır. Qeyd edək ki,
Azərbaycanda əhalinin su ilə təminatının yaxşılaşdırılması və onunla
bağlı digər xidmətlərin çevikliyinin təkmilləşdirilməsi, xüsusilə ölkənin
su təsərrüfatının idarə olunmasında paralel fəaliyyətin aradan qaldırılması
və sahənin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11
iyun 2004-cü il tarixli Sərəncamına
(«Azərbaycan Respublikasında su
təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında») əsasən, hələ
on il əvvəl zəruri təşkilati tədbirlər həyata keçirilmişdir. Belə ki, Abşeron
Regional Səhmdar Su Cəmiyyəti
«Azərsu» Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının
hidrosiyasətinin
müəyyənləşdirilməsində, daxili
və transsərhəd su ehtiyatlarından
səmərəli istifadə olunmasında
və mühafizəsində, təhdidlərin
qabaqlanmasında geosiyasi
çağırışlara cavab verən normativ-
hüquqi aktların mövcudluğu əsas
şərtlərdəndir.