108
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
qlobal iqlim dəyişkənliyi nəzərə alınmaqla ölkədə su ehtiyatlarından
dayanıqlı istifadənin təşkili;
əhalinin sağlamlıq üçün zərərsiz olan şirin su ilə fasiləsiz təminatının
yaxşılaşdırılması və zəruri sanitariya şəraitinin yaradılması;
Azərbaycanda su ekosisteminin mühafizəsinin təmin edilməsi;
çirklənmiş sular vasitəsilə yayılan xəstəliklərin qarşısının alınması.
Su ehtiyatlarının inteqrasiyalı idarə olunmasına dair milli siyasət
proqramı çərçivəsində fəaliyyətin səmərəsinin artırılması üçün davamlı
olaraq aşağıdakı tədbirlər icra olunur:
ümumi nəzarət əsasında su ehtiyatlarından səmərəli istifadənin
həvəsləndirilməsi;
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və müvafiq standartlara
uyğunlaşdırılması;
su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq qanunların
təkmilləşdirilməsi;
transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində
yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi
məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
su çatışmazlığının aradan qaldırılması məqsədilə sənaye və digər
obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi
sulardan (tullantı, kollektor-drenaj, çirkab və s.) məqsədyönlü istifadə
edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.
«Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn
məsələlər sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan
Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamında
bildirilir ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra
ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiya
və sazişlərə qoşulmuş, bu sənədlərdən irəli gələn öhdəliklərin yerinə
yetirilməsi istiqamətində zəruri addımlar atmışdır. Son illər ətraf
mühitin mühafizəsi
ilə bağlı beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş,
birgə layihələr hazırlanaraq həyata keçirilmiş, ekoloji tarazlığın təmin
edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına
yönəldilmiş bir sıra dövlət proqramlarının icrasına başlanılmışdır.
109
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Bunlarla yanaşı, üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə
yetirilməsini təmin etmək üçün müvafiq dövlət orqanlarının səylərinin
artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası ətraf mühitin
mühafizəsi istiqamətində 15 beynəlxalq sənədi, o cümlədən,
BMT-nin
«Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə
və istifadəsinə dair» Konvensiyasını ratifikasiya etmiş (2000-ci il),
bir il sonra isə həmin konvensiyanın
«Su və sağlamlıq» Protokoluna
qoşulmuşdur. Protokol 2005-ci ildən hüquqi qüvvəyə minmişdir. Adı
çəkilən Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TASİS Proqramının
xətti ilə maliyyələşdirilən
«Çayların birgə idarə olunması» layihəsi
yerinə yetirilmişdir. Layihədən məqsəd transsərhəd çirklənmələrlə
bağlı müşahidələrin aparılması, onların qiymətləndirilməsi və nəzarətdə
saxlanılması, çirklənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin
həyata keçirilməsinin təmin olunmasıdır. Layihənin icrası zamanı
Azərbaycan ərazisinə daxil olan 4 transsərhəd çayın, o cümlədən Kür
çayının monitorinqi aparılmış, mövcud təmizləyici qurğuların bərpası
və yenilərinin inşasına dair təkliflər hazırlanmışdır. Bundan başqa, Qazax
və Beyləqan rayonları ərazilərində transsərhəd sularda çirklənmənin
monitorinqinin keçirilməsi məqsədilə analitik tədqiqat laboratoriyaları
istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası
1999-cu ildə BMT-nin
«Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın
əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və
ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» Konvensiyasını
(
Orxus, 1998-ci il) ratifikasiya etmiş, Bakıda Ətraf Mühitə dair
İctimai Məlumat Mərkəzi (Orxus İctimai Ekoloji İnformasiya
Mərkəzi) yaradılmışdır. 1999-cu ildə isə Azərbaycan «Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında»
Konvensiyaya (Espo, 1991-ci il) qoşulmuş, həmin beynəlxalq sənəd üzrə
öhdəliklərin icrası məqsədilə işçi qrup yaradılmış, ətraf mühitə təsirin
qiymətləndirilməsi ilə bağlı bir sıra təlimatların layihələri hazırlanmış,
Konvensiya üzrə milli qanunvericilik bazasının beynəlxalq standartlara
uyğunlaşdırılmasına başlanılmışdır
115
.
Qeyd olunduğu kimi, Azərbaycan Respublikası transsərhəd suların
istifadəsi, qorunması və ətraf mühitin mühafizəsi ilə əlaqədar 15-dən
çox beynəlxalq sənədə, o cümlədən 1998-ci ildə
«Ətraf mühit ilə bağlı
məsələlərdə məlumatin əldə edilməsi, qərar qəbul edilməsində
ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi
115 «Azərbaycan» qəzeti, 31 mart 2006-cı il, № 68
110
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
haqqında» Konvensiyaya, 1999-cu ildə «Transsərhəd kontekstində
ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Konvensiyaya,
2000-ci ildə «
Transsərhəd su axarlarının və beynəlxalq göllərin
mühafizəsinə və istifadəsinə dair» Konvensiyaya, 2002-ci ildə
həmin konvensiyanın
«Su və sağlamlıq haqqında» Protokoluna,
2003-cü ildə «
Davamlı üzvi çirkləndiricilər haqqında» Stokholm
Konvensiyasına və s. qoşulmuşdur. Bütün bunlarla yanaşı, transsərhəd
su ehtiyatlarından Azərbaycana qarşı təhdid və ekoloji təxribat qismində
istifadə edilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında öz əksini tapmışdır:
«Azәrbaycan Respublikasının
şirin su ehtiyatlarının böyük hәcminin qonşu ölkәlәrdә
formalaşması vә bu ölkәlәrin әrazilәrindә kimyәvi, radioaktiv
vә digәr zәrәrli maddәlәrlә intensiv çirklәnmәyә mәruz qalması
әhalinin içmәli su ilә tәmin olunmasında problemlәr yaradır.
Bundan әlavә, Ermәnistan әrazisindә seysmik zonada yerlәşәn vә
texnoloji baxımdan köhnәlmiş Metsamor Atom Elektrik Stansiyası
bütövlükdә region üçün tәhlükә mәnbәyidir. Әtraf mühitin
çirklәnmәsi, münbit torpaqların deqradasiyası, tәbii resurslardan
qeyri-rasional istifadә, sәnaye vә mәişәt tullantılarının tәlәb
olunan sәviyyәdә emal olunmaması ciddi problem mәnbәyidir.
Ekoloji problemlәr iqtisadi vә sosial hәyata mәnfi tәsir göstәrir,
ictimai sağlamlığa, cәmiyyәtin maddi sәrvәtinә vә dövlәtin
müvafiq qurumlarının fәaliyyәtinә ciddi maneәlәr yaradır» (3.11.
Ekoloji problemlər)
116
.
Yuxarı Qarabağ kanalının baş portal qurğusu və Xanarx su kanalı
117
116 Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Konsepsiyası, http://www.mns.gov.az/
img/3766779-_5me02.%20Milli_Tehlukesizlik_Konsepsiyasi.pdf
117 http://mst.gov.az/ru/pages/gallery/
Dostları ilə paylaş: |