111
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının
hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin
Sərəncamından irəli gələn vəzifələrdən biri məhz ölkənin yeni
inkişaf mərhələsi üçün strateji vəzifələrin və fəaliyyət sahələrinin
müəyyənləşdirilməsi, əsas hədəf qismində çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə
qabaqlayıcı inkişaf meyillərinin təmin olunması və əhalinin rifahının
beynəlxalq standartlar səviyyəsinə çatdırılması, habelə elmin,
mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni
nailiyyətlərin əldə olunmasıdır
118
.
Konsepsiyada bildirilir: «Son on ildə
Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən artmışdır.
Urbanizasiya meylinin növbəti illərdə də davam edəcəyi gözlənilir
ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı
qarşıya yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində
həm dövlət, həm də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq
işləri və iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata
keçirilən tədbirlər zamanı ətraf mühitin mühafizəsi tələbləri ön
planda olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində mənzil-
kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq, ölkə
əhalisinin su xidmətlərindən və kanalizasiya sistemindən istifadə
imkanları təkmilləşdiriləcək, şəhər və qəsəbələr təmizləyici
qurğularla təmin ediləcəkdir. Daha müasir istilik təchizatı sistemi
qurulacaq, istilik təchizatı zonası genişləndiriləcək, iqtisadi
cəhətdən səmərəli olmayan qazanxanalar ləğv ediləcək və yeni
istilik təchizatı mənbələri tikilib istifadəyə veriləcəkdir. Bütün
bunlarla yanaşı, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin
qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, səmərəli
monitorinq və nəzarət mexanizmlərinin yaradılması yönündə əməli
addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi
sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər
həyata keçiriləcək və zəruri infrastruktur yaradılacaqdır. Ölkədə
ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə, ətraf mühitin mühafizəsi mədəniyyətinin
aşılanması məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi
diqqət yetiriləcəkdir».
119
118 http://www.president.az
119 «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası http://www.president.az/files/
future_az.pdf
112
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Samur-Abşeron su kanalının sudurulducu qurğusu
120
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-
iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının birinci ilinin
yekunlarına həsr olunmuş konfransda (
20 iyun 2012-ci il) Prezident İlham
Əliyev Azərbaycan dövlətinin strateji baxışlarına toxunaraq demişdir:
«Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və
kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Biz elə etməliyik
ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli
su olsun… Burada su və kanalizasiya problemlərinin həlli həm
çox böyük maliyyə vəsaiti, həm də texniki imkanlar tələb edir.
Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular, su anbarları
tikilməkdədir. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə
təmin etmək mümkün deyildir. Sutəmizləyici qurğular, süzgəclər
və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük
peşəkarlıq tələb edən məsələlərdir. Ancaq vəzifə belə qoyulub ki,
Bakının su problemləri birdəfəlik həll edilsin və icra olunan bu
layihə gələcəyə də hesablansın»
121
.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il iyul
ayının 11-də
Nazirlər Kabinetinin iclasında söylədiyi yekun nitqində
də bildirmişdir ki, Azərbaycan kənd təsərrüfatı sahəsində məhsuldarlığı
artırmaqla özünün ərzaq təhlükəsizliyini tam şəkildə təmin etmək
imkanlarına malikdir və bununla əlaqədar irimiqyaslı meliorativ
tədbirlər həyata keçirilməkdədir:
«Bu sahədə iki böyük layihə icra
120 http://mst.gov.az/ru/pages/gallery/
121 http://www.president.az
113
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
edilir, Samur-Abşeron kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay
dəryaçası tikilir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə
də yüz minlərlə hektar yeni əkin sahəsi dövriyyəyə buraxılacaq, yeni
iş yerləri, yeni istehsal sahələri yaranacaqdır. Orada işlər cədvəl üzrə
gedir və bəlkə də cədvəli bir qədər qabaqlayırlar. Mən hesab edirəm
ki, bu layihələri daha da sürətləndirmək, vaxt itirməmək üçün əlavə
vəsait ayrıla bilər». Prezident çıxışında Bakıda və bölgələrdə həyata
keçirilən su və kanalizasiya xətləri layihələrinə də toxunmuş, Oğuz-
Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində əhalinin
içməli suya olan tələbatında əsaslı dönüş yarandığını, Bakının bir sıra
yaşayış sahələrinə fasiləsiz su verildiyini, digər hidrolayihələrin icrası
sayəsində də irəliləyişlər gözlənildiyini əminliklə vurğulamış, qeyd
etmişdir ki,
«gələn ilin sonuna qədər Hacıqabul, Şirvan, Neftçala,
Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni
layihə əsasında təmiz içməli suyun verilməsi nəzərdə tutulur. Bu
böyük layihə bu yaxınlarda artıq start götürəcəkdir».
Azərbaycan Respublikasında su təsərrüfatının təkmilləşdirilməsi,
onun idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılması, ilk
növbədə təhdidləri qabaqlamaqla şirin su ilə təminatın yaxşılaşdırılması
məqsədilə xeyli uğura imza atılmışdır. Məsələn, 2007-ci ildə Taxtakörpü,
2009-cu ildə Şəmkirçay su anbarlarının və həmin hidrotexniki qurğulara
daxil olan su elektrik stansiyalarının inşasına başlanılmış, 2010-cu ildə
Cəlilabad rayonunda Göytəpə su anbarının inşası başa çatdırılmış,
2011-ci ilin avqust ayında isə Samur-Abşeron suvarma sisteminə daxil
olan Vəlvələçay-Taxtakörpü su kanalının birinci mərhələsi istifadəyə
verilmişdir. Ümumi su tutumu 170 milyon m
3
olan Şəmkirçay dəryaçası
Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının təqribən 50120
hektar torpaq sahəsinin su təminatını xeyli yaxşılaşdıracaq, 20834
hektarlıq yeni kənd təsərrüfatı ərazilərinin isə suvarılmasını təmin
edəcəkdir. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci
Layihə çərçivəsində Azərbaycanın 8 rayonunda - Şabran, Siyəzən, Ağsu,
İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və Lerik bölgələrində içməli su
təchizatının, kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi
üzrə işlər davam etdirilməkdədir. 2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
üzrə paytaxtın Zirə, Bilgəh, Hövsan və Abşeron rayonunun Goradil
Dostları ilə paylaş: |