114
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yaşayış məntəqələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə nasos
stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin
tikintisi və mövcud qurğularda təmir-bərpa işləri sürətlənmişdir.
Mingəçevir Su Elektrik Stansiyası
Xatırladaq ki, təqribən 50 ildir istismar olunan və uzunluğu 180
kilometrə çatan Samur-Abşeron suvarma sistemi ölkənin Şimal
bölgələrini, Bakı və Sumqayıt şəhərlərini, o cümlədən, Abşeron
yarımadasını şirin su ilə təmin edən kompleks su təsərrüfatı obyektidir.
Onun 50 kilometr uzunluğunda olan kanal hissəsi ötən əsrin 40-cı illərində
tikilib istifadəyə verilmiş, 1950-ci illərdə kanal uzadılmış, su sızmalarının
qarşısının alınması məqsədilə beton örtüklə üzlənmiş və əlavə nasos
stansiyaları qurulmuşdur. 1960-cı illərdə isə artan tələbat nəzərə alınaraq
kanal sistemi daha da genişləndirilmiş, Abşeron yarımadasınadək
uzadılmışdır. Lakin sənayenin, kənd təsərrüfatının, əhalinin şirin suya
ehtiyacının ödənilməsi məsələsi Samur-Abşeron suvarma sisteminin də
təkmilləşdirilməsini və onun yenidən qurulmasını gündəmə gətirmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü sosial-
iqtisadi siyasətin tələblərinə və dövlət başçısının Azərbaycan Respublikası
Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 28 dekabr 2005-ci il
tarixli Fərmanından irəli gələn vəzifələrə uyğun olaraq, Şabran rayonunda
Taxtakörpü su anbarının və su elektrik stansiyasının, eləcə də, Taxtakörpü
- Ceyranbatan su kanalının tikintisinə başlanılmışdır. Bu layihədən
məqsəd ölkənin Şimal bölgələrinin, Abşeron yarımadasının və Bakı
115
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
şəhərinin sənaye obyektlərinin, aqrar sektorun və yaşayış məntəqələrinin
fasiləsiz şirin su ilə təminatını yaxşılaşdırmaqla yanaşı, həm də Samur
çayının su ehtiyatlarından asılılığı azaltmaq, hidrosiyasi təhdidlərin risk
dərəcələrini nəzərəçarpacaq dərəcədə minimuma endirməkdir.
Taxtakörpü su anbarı Ceyranbatan gölünə saniyədə 40 m
3
su
ötürməklə ətraf ərazilərin və Bakı şəhərinin şirin su problemini həll
edəcəkdir. Qeyd etmək lazımdır ki, Taxtakörpü su anbarının su elektrik
stansiyası ilə birgə və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan
kanallarının tikintisi Samur-Abşeron kanalı sistemi üzrə uzunmüddətli
strategiyaya əsasən həyata keçirilir. Layihə çərçivəsində kanalın baş
qurğusunun yeniləşdirilməsi, 50 kilometrlik hissəsinin əsaslı təmir
olunması, Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və
Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, su anbarının yerləşdiyi ərazidə
məskunlaşmış məcburi köçkünlər üçün Şabran rayonunda 70 evlik yeni
qəsəbənin salınması, maqistral qaz və neft boru kəmərlərinin subasar
ərazidən keçən hissələrinin istiqamətinin dəyişdirilməsi və s. nəzərdə
tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəlvələçay-Taxtakörpü
su kanalının birinci hissəsinin açılışında (15.09.2011)
122
.
Vəlvələçay-Taxtakörpü su kanalının bir hissəsi
İlkin hesablamalara görə, ümumi su tutumu 268 milyon m
3
olan su
anbarı Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla Abşeron yarımadasının
şirin su ilə təminatını 2 dəfə yaxşılaşdıracaqdır. Layihə üzrə Taxtakörpü
və Ceyranbatan su anbarları arasında ümumi uzunluğu 110,33 kilometrə,
dərinliyi 3,8 metrə, suburaxma qabiliyyəti isə saniyədə 40 kubmetrə
çatan kanalın çəkilişi və istifadəsi nəzərdə tutulmuşdur. Eyni zamanda,
122 http://mst.gov.az/ru/pages/gallery/
116
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Vəlvələçay və Taxtakörpü su anbarı da kanal vasitəsilə
(uzunluğu 31,45
kilometr, dərinliyi 3,8 metr, suburaxma qabiliyyəti saniyədə 75 m
3
/san.)
birləşdiriləcəkdir. Bu kanallar üzərində 512 hidrotexniki qurğunun,
o cümlədən, 13 akveduk, 35 düker, 1 tunel, 99 avtomobil və piyada
keçid körpüsünün, 255 selötürücünün və 129 leysan keçidlərinin inşası
planlaşdırılmışdır. Kanalların istismara verilməsi sayəsində əlavə olaraq
49,174 hektar sahədə kənd təsərrüfatı işlərinin aparılması mümkün
olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
«Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında» 15 may 2013-cü il tarixli Sərəncamı da son illərdə
ölkədə torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə
yararlı torpaqların genişləndirilməsi, əkin sahələrinnin suvarma suyu
ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan
tələbatının ödənilməsi məqsədilə aparılan məqsədyönlü fəaliyyətin
bariz nümunəsidir. Təkcə tikilməkdə olan Taxtakörpü və Şəmkirçay
su anbarlarının istismara buraxılması nəticəsində daha 200 min hektar
torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min
hektardan artıq torpağın isə əkin dövriyyəsinə daxil edilməsi mümkün
olacaqdır.
2013-cü ildə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində istifadəyə
verilmiş sutəmizləyici qurğular kompleksi
117
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qeyd edək ki, 2005-2012-ci illərdə Azərbaycanın 34 şəhər və
rayonunun 407 yaşayış məntəqəsində 721 subartezian quyusu qazılmış,
400 min nəfər əhalinin məskunlaşdığı 221 kəndin sakinlərinin ekoloji
təmiz içməli su ilə təminatı məqsədilə modul tipli sutəmizləyici qurğular
quraşdırılmışdır. Sərəncama əsasən, əhalisi 310 min nəfərdən çox olan
29 rayonun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının ödənilməsi
üçün cari ildə subartezian quyularının
layihələndirilməsi və qazılması üçün
Azərbaycan Respublikasının 2013-cü
il Dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat fondundan 6 milyon manat
vəsait ayrılmışdır.
Azərbaycan
Respublikası
regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi
inkişafı
Dövlət
Proqramına uyğun olaraq, bölgələrdə
su
təchizatının
yaxşılaşdırılması,
kanalizasiya sistemlərinin tikintisi
və yenidən qurulması istiqamətində
kompleks tədbirlər sürətlə davam
etdirməkdədir. Bununla əlaqədar olaraq,
tikinti-quraşdırma işlərinə büdcə vəsaiti
ilə yanaşı, Dünya Bankı, Asiya İnkişaf
Bankı, Almaniyanın KFW Bankı və digər
maliyyə qurumlarından 35 milyon ABŞ
dolları məbləğidə alınan kreditlər də
cəlb edilmişdir. Məmələn, Şəkidə - Kiş
çayının məcrasında sugötürücü qurğu
tikilmiş, magistral su xətti çəkilmiş,
su anbarı bərpa edilmişdir. Gəncə
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
istiqamətində də sugötürücü mənbələrin, anbarların və magistral su
xətlərinin inşası davam etdirilməkdədir. Asiya İnkişaf Bankı ilə birgə
həyata keçirilən «Şəhər su təchizatı və kanalizasiya layihəsi» çərçivəsində
Ağdaş və Göyçay şəhərlərində də müvafiq işlər görülmüşdür. Məsələn,
Ağdaş şəhərində 3 subartezian quyusu qazılimış, sugötürücü kamera və
«Bu layihələrə qoyulan
investisiyalar yüz milyonlarla,
bəlkə milyardlarla ölçüləcəkdir.
Çünki biz ölkəmizin bütün
su təsərrüfatını yenidən
qurmalıyıq və qururuq. Buraya
qoyulan investisiyalar qayıdan
investisiyalar deyildir. Çünki
Azərbaycanda suya olan dövlət
tarifləri çox aşağıdır və qoyulan
investisiyaları əhalidən yığılan
tariflər hesabına qaytarmaq
mümkün olmayacaqdır. Bunu
istəyirəm ki, hamı bilsin.
Elə investisiyalar var ki,
onlar kommersiya xarakteri
daşıyır. Amma Azərbaycanda
infrastruktur layihələrinə qoyulan
vəsait sırf sosial xarakter daşıyır».
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev.
Dostları ilə paylaş: |