123
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
görə, hidrosiyasi baxımdan Cənubi Qafqazda Rusiyanın ən mühüm
problemi Dağıstan və
Azərbaycan arasında olan transsərhəd Samur
sayının su ehtiyatlarının «ədalətli» şəkildə bölünməsidir. Yəni, onun su
ehtiyatlarının 97%-i Rusiya ərazisində formalaşırsa, «ədalət prinsipinə»
məhz bu müstəvidən yanaşılmalıdır
123
. Bu konseptual yanaşma Rusiyanın
hidrosiyasətini müəyyənləşdirən sənədlərdə də öz əksini tapmışdır.
Rusiya Federasiyasının Su Strategiyasında və Milli Təhlükəsizlik
Strategiyasında şirin su mənbələrinin, eləcə də transsərhəd çayların
mühafizəsi və istismarı, su hövzələrində ekoloji vəziyyətin qorunması,
su ehtiyatlarından birgə istifadə ilə bağlı mübahisəli məsələlərin hüquqi
müstəvidə həlli sahələrində MDB dövlətləri, o cümlədən
Azərbaycan
Respublikası ilə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Məsələn, Rusiya və Azərbaycan arasında mübahisəli sərhəd ərazilərinin
mövcudluğundan yaranan problem – transsərhəd Samur çayının su
ehtiyatlarından birgə istifadə normalarının müəyyən edilməməsi 2009-
cu ildə qüvvəyə minmiş Su Strategiyasının 4-cü fəslində
(Su obyektlərinin
istifadəsi və mühafizəsinin dövlət idarəçiliyi) «transsərhəd əməkdaşlığın
inkşafı istiqamətində Samur çayı sularından istifadə və onun
qorunması üçün müqavilələrə yenidən baxılması» kimi qeyd
olunmuş və bir il sonra - 2010-cu ildə rəsmi Bakının və Moskvanın birgə
diplomatik səyləri nəticəsində hüquqi həllini tapmışdır.
Uzunluğu 213 kilometrə çatan transsərhəd Samur çayı mənbəyini
Dağıstan Respublikası ərazisindən götürür və onun su axarının böyük
hissəsi burada formalaşır. Çayın yalnız 38 kilometrlik hissəsi Rusiya-
Azərbaycan sərhədi boyu keçir. Hələ SSRİ Su Təsərrüfatı Nazirliyinin 7
noyabr 1967-ci il tarixli Protokoluna əsasən, Azərbaycan SSR və RSFSR-
in Dağıstan regionu üçün Samur çayının su ehtiyatından illik istifadə
limiti müvafiq olaraq 800 milyon m³ və 300 milyon m³ təşkil etmişdir.
1990-2000-ci illərdə isə həmsərhəd dövlətlərə bölgü payı 53% və 9%
həcmində müəyyənləşdirilmiş, qalan 38% isə ekoloji suburaxma üçün
nəzərdə tutulmuşdur. Belə qeyri-proporsional bölgü sosial-iqtisadi
zərurətdən - Azərbaycan Respublikasının şimal bölgələrindəki kənd
təsərrüfatı obyektlərinin şirin suya ehtiyacından və Samur çayı hövzəsində
Dağıstanın iri əkin sahələrinin olmamasından irəli gəlirdi. Bununla belə,
Rusiya hökumətinin bəzi siyasi dairələri və Ermənistan Respublikasının
123 Проблема пресной воды. Глобальный контекст политики России. Экспертно-
аналитический доклад. Московский государственный институт международных
отношений –Университет МИД России МГИМО –
Университет Москва, 2011