125
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
tərəflər arasında bərabər payla
(50/50) bölünməsi qərara alınmışdır.
Proporsional bölgü sistemi Azərbaycanın şimal bölgələrinin, eləcə
də Samur-Abşeron kanalının suya olan tələbatına tam cavab verməsə
də, bu saziş Rusiyada yenidən süni etirazlar doğurmuşdur. Etirazçılar,
əsasən Moskvadakı bəzi siyasi dairələrin və Ermənistanın diqtəsi ilə
fəaliyyət göstərən, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən separatçı
etnik qruplaşmalar sabiq prezident Dmitri Medvedevi «Rusiyanın
ümummilli maraqlarını Bakıya güzəştə getməkdə» təqsirləndirərək, yeni
prezident Vladimir Putini həmin sənədi birtərəfli qaydada ləğv etməyə
çağırmaqdadırlar. Onların iddialarına görə, Samur çayı öz mənbəyini
Rusiya ərazisindən götürürsə, onun su ehtiyatlarına tam malik olmaq
Rusiyanın müstəsna hüququdur və «Dağıstanın suyu» ən yaxşı halda
Azərbaycana satılmalıdır. Xatırladaq ki, Azərbaycan-Rusiya birgə
komissiyasının hələ 2008-ci ildə keçirilmiş iclaslarında da Dağıstan
(Rusiya) tərəfi Samurun su ehtiyatlarının bölüşdürülməsində öz variantını
təklif etmişdir. Həmin təklifə əsasən, çayın ehtiyatları ilk dövrlərdə hər iki
tərəfə 476 milyon m³ olmaqla paritet qaydada bölünməli, beş ildən sonra
isə Samurun dövlət sərhədlərinə aid hissələrinin uzunluğu nisbətində
illik istifadə limiti müəyyənləşdirilməlidir. Bununla da Dağıstan
Respublikasına 905 milyon m³ (96%), Azərbaycan Respublikası üçün
isə cəmi 47 milyon m³ (4%) həcmində kvota ayrılmalıdır. Bu isə təkcə
Azərbaycanın şimal bölgələrinin şirin su ilə təminatında deyil, hətta
Samur-Abşeron kanalında suyun səviyyəsini azaltmaqla Bakı şəhəri
və ətraf yaşayış məntəqələrdə süni içməli su probleminin yaranması,
Samur çayının su ehtiyatlarından siyasi amil kimi istifadə ilə nəticələnə
bilərdi. Yeri gəlmişkən, Rusiya mətbuatında Azərbaycana daxil olan
transsərhəd su ehtiyatlarının məhdudlaşdırılmasına dair fikirlər bu gün
geniş yer almaqdadır. Məsələn, «Azərbaycan istehlak etdiyi suyun 2/3
hissəsini «
Rusiya Dağıstanından» (onların fikrincə, «Dağıstanın qalan
hissəsi» Azərbaycanın Şimal və Şimal-Qərb bölgələridir) alır. Dağıstandakı
rusiyalılar su ehtiyatlarını Azərbaycana verib indi kəskin su çatışmazlığı
şəraitində yaşayırlar. Rusiyanın bu «xeyriyyəçiliyi» anlaşılmazdır».
124
Təsadüfi deyildir ki, Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş
deputatı Sergey Reşulski Rusiya-Azərbaycan dövlət sərhədlərinin
demilitasiyasına yenidən baxmaq, sərhəd xəttini Samur çayının orta
124 http://www.stoletie.ru
126
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
hissəsi ilə deyil, Azərbaycan ərazisi boyu müəyyənləşdirmək barədə
təkliflə çıxış etmişdir. Bu tipli irad və təkliflərin Rusiyada davamlı olaraq
səslənməsi Sazişin müddəti bitdikdən, yəni beş ildən sonra Samur çayının
su ehtiyatlarından illik istifadə limitinin yenidən danışıqlar predmetinə
çevriləcəyini ehtimal etməyə əsas verir.
Transsərhəd Samur çayı
XX əsr bəşəriyyət tarixində təkcə elm və texnikanın sürətli inkişafı
ilə deyil, həm də milyonlarla insanın milli, dini və irqi mənsubiyyətinə
görə soyqırıma məruz qalması faktları, silahlı münaqişələr zamanı
ətraf mühitin məqsədli şəkildə məhvinə yönəldilmiş fəaliyyətlə də
qalmışdır. Ötən yüz il ərzində baş vermiş iki dünya müharibəsi, çoxsaylı
lokal və regional münaqişələrin nəticələri ictimai terminologiyaya
«genosid», «etnosid» anlayışlarını və onlarla əlaqəli olan
«ekosid»,
«hərbi ekosid» (döyüş əməliyyatları zamanı ekoloji fəlakət zonalarının
yaradılması, atmosferin, su hövzələrinin bilərəkdən zəhərlənməsi və s.),
«terrasid» (bütövlükdə, Yer kürəsinin məhvi, hərbi və texnoloji aksiyalar
vasitəsilə böyük torpaq sahələrində normal insan yaşayışı üçün əlverişsiz
şəraitin yaradılması), «biosid» (kütləvi qırğın silahları vasitəsilə
insanların və canlı aləmin məhv edilməsi), «geofiziki müharibə» (süni
zəlzələ, sel, sunami və s. törətmək üçün litosferdə, hidrosferdə və atmosferdə
baş verən fiziki proseslərə aktiv təsir göstərmək) və «meteoroloji
müharibə» (konkret ərazilərdə hərbi məqsədlərlə idarə olunan iqlim
127
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dəyişkənliyinin yaradılması) terminlərini də gətirmişdir. Bu anlayışlar
içərisində
«ekoloji müharibə» (münaqişə iştirakçısı olan dövlətin su
hövzələrini, havanı, torpağı çirkləndirmək və ya zəhərləmək, bitki və canlı
aləmi düşünülmüş şəkildə məhv etmək) termini hərbi qarşıdurmalar zamanı
ətraf mühitə və insanlığa qarşı cinayətkar fəaliyyəti ümumiləşdirərək,
onun daha dəqiq hüquqi izahını verməyə, vurulan zərərin miqyasını
daha əhatəli müəyyənləşdirməyə imkan yaradır. Beynəlxalq hüquqa
əsasən, ekoloji müharibə təbii tarazlığın pozulmasına, meşə və
aqroekoloji sistemlərin, su hövzələrinin və s. məhvinə, mülki əhalinin
normal yaşayış şəraitinin, sənaye və kənd təsərrüfatının ləğvi yolu ilə
onların daimi məskunlaşdıqları ərazilərdən çıxarılmasına yönəldilmiş
cinayət fəaliyyəti kimi qiymətləndirilir.
Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafına dair Hesabatında
(2006-cı il) bildirilir: «İnsanın sudan istifadə etmək hüququ hər bir kəsə
özü və ailəsi üçün lazım olan miqdarda, təhlükəsiz tərkibdə, uyğun dada
malik suyu rahat şəkildə və ucuz qiymətə əldə etmək imkanını verir. Bu
beş əsas atribut su təhlükəsizliyinin bünövrəsini təşkil edir və insanların
hər yerdə və davamlı olaraq pozulan sudan istifadə hüququnun dayaq
nöqtəsidir». 1949-cu il avqust ayının 12-də qəbul edilmiş Cenevrə
Konvensiyaları, 1977-ci və 2005-ci illərdə onlara əlavə olunmuş üç
Protokol bu gün beynəlxalq humanitar hüquqda hərbi münaqişələr
dövründə mülki əhalinin hüquqlarının müdafiəsinə yönəldilmiş əsas
sənədlər kimi tanınır. Həmin sənədlərdə ətraf mühitin zərərli təsirlərdən
mühafizəsinə, münaqişə iştirakçılarının atmosfer, biosfer və hidrosferdən
təsir vasitəsi kimi istifadəsinin yolverilməzliyinə dair müddəalar da
öz əksini tapmışdır. Məsələn, I Əlavə Protokolun
(«Beynəlxalq silahlı
münaqişələrin qurbanlarına dair», 8 iyun 1977-ci il) 35-ci maddəsinə
(Əsas normalar) əsasən, «hərbi əməliyyatlar zamanı ətraf mühitə
genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vurmaq məqsədi daşıyan və
buna səbəb ola biləcək metod və vasitələrin tətbiqi» qadağan olunur.
Sənədin 55-ci maddəsində isə hərbi münaqişələr dövründə ətraf
mühitin mühafizəsi məsələlərinə toxunulmuşdur: «Hərbi fəaliyyət
zamanı ətraf mühitin genişmiqyaslı, uzunmüddətli və ciddi zərərdən
qorunmasına qayğı göstərilməlidir… Ətraf mühitdən repressali
(bir
dövlətin digərinə qarşı siyasi və iqtisadi sanksiyaları) qismində istifadə
olunması qadağandır»
125
. «Ətraf mühitə hərbi məqsədlər və ya istənilən
düşmənçilik məqsədilə təsir vasitələrinin istifadəsinin qadağan edilməsi
125 http://www.icrc.org/rus/resources/documents/misc/treaties-additional-protocol-1.htm
Dostları ilə paylaş: |