Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

79

78

5.4. riskləriN iDarə eDilməsi



ARDNF-də risklərin idarə edilməsi və monitorinqi prosedurlarının müəyyən edilməsi müvafiq risk növləri üzrə təhlillərin aparılması 

yolu ilə həyata keçirilir. bazar riski və kredit riski indikatorları, eləcə də digər müvafiq risk göstəriciləri daxili və xarici hesabatlılıqda öz 

əksini tapır. ARDNF-nin bazar riski mühitinin qiymətləndirilməsi üçün riskə məruz dəyər (RmD), izləmə xətası, stress test, ssenarilər 

üzrə təhlil kimi metodlardan istifadə olunur.

ARDNF-nin investisiya portfelinin gəlirlilik və risk parametrlərinin müvafiq bençmark göstəricilərindən yayınmasının monitorinqi 

məqsədi ilə izləmə xətası göstəricisi davamlı əsasda nəzarət altında saxlanılır. xarici menecer qismində fəaliyyət göstərən “ubs 

global  Asset  management”  (ubs),  “state  street  global  Advisors”  (ssgA),  “mellon  capital  management”  (melcap)  və  “blackRock 

ınvestment management” (blackRock) tərəfindən idarə olunan səhm sub-portfelləri üçün izləmə xətası həddi illik olaraq 30 baza 

dərəcəsi həcmində öncədən müəyyən olunmuşdur. hesabat ilinin son gününə olan izləmə xətası ssgA portfeli (“mscı World index” 

mandatı) üzrə 5 baza dərəcəsi; melcap portfeli (“mscı World index” mandatı) üzrə 3 baza dərəcəsi; blackRock portfeli (“mscı World 

index” mandatı) üzrə 4 baza dərəcəsi; ubs portfelinin “mscı World ” və “mscı europe ex uk” indeksi mandatları üzrə isə müvafiq 

olaraq 11 və 9 baza dərəcələri təşkil etmişdir.

Risklərin idarə edilməsi prosesində ümumi riskin göstəricisi kimi RmD geniş tətbiq edilir. investisiya portfelinin RmD-sini hesabla-

maq üçün monte karlo və tarixi göstəricilərə əsaslanan simulyasiya metodlarından istifadə edilir. 

ARDNF-nin 31 dekabr 2017-ci il tarixinə hesablanmış 20 günlük, 95% etibarlılıq intervalında RmD-si 258 milyon AbŞ dolları təşkil 

etmişdir ki, bu rəqəm ötən ilin müvafiq göstəricisi ilə müqayisədə azalmışdır (2016-cı il üzrə 342 milyon AbŞ dolları hesablanmışdır).

səhm portfeli istisna olmaqla, digər portfellər və subportfellər üzrə RmD-nin və RmD-də pay bölgüsünün hesablanması zamanı 

məzənnə dəyişkənliyinin təsiri nəzərə alınmayıb. bu da məzənnə dəyişkənliyinin təsirinin səhm portfelinin risk bölgüsündə əhə-

miyyətli dərəcədə rol oynamamasından irəli gəlir.

kredit risklərinin idarə edilməsi ARDNF-nin əməliyyatlarının mühüm tərkib elementidir. ARDNF-nin investisiya etdiyi qiymətli ka-

ğızların, eləcə də qiymətli kağız emitentlərinin kredit reytinqləri ARDNF-nin investisiya qaydaları vasitəsi ilə tənzimlənir. il ərzində 

kredit reytinqi göstəricilərinə görə sabit gəlirli qiymətli kağızlar tərkibinin dinamikası qrafik 5.4.4-də əks olunmuşdur.

Qrafik 5.4.1. bütün mAliyyə Alətləri DAxil olmAqlA rmD-Də pAy bölgüsü

Qrafik 5.4.2. səHm sub-portfellərinin ümumi səHm rmD-sinDə pAy bölgüsü

Qrafik 5.4.3. ümumi sAbit gəlirli qiymətli kAğızlAr rmD-sinDə müxtəlif Alətlər üzrə pAy bölgüsü (bAzA Dərəcəsi)

SƏHMLƏR


SABİT GƏLİRLİ

QİYMƏTLİ KAğIZLAR

QIZIL

DAŞINMAZ 



ƏMLAK

-0,20%


0,00%

0,20%


0,40%

0,60%


0,80%

0,65%

0,07%

0,12%

-0,01%

MSCI WORLD

VTB

MSCI EUR


S&P100

0,00%


0,50%

1,00%


1,50%

2,00%


2,50%

3,00%


3,50%

3,21%

0,81%

1,18%

0,17%

Maliyyə istiqrazları

Suveren borc kağızları

Qısamüddətli kommersiya kağızları

Agentliklər

Beynəlxalq təşkilatlar

Korporativ istiqrazlar

Depozit


7,20

3,11

1,18

0,26

0,09

0,06

0,02

-

2,00



1,00

3,00


4,00

5,00


6,00

7,00


8,00

İNVESTİSİYALAR

Qrafik 5.4.4. sAbit gəlirli qiymətli kAğızlAr portfelinin kreDit reytinqləri üzrə bölgüsü



0%

5%

10%

15%

20%

25%

30%

35%

40%

45%

50%

31.12.2017

30.06.2017

31.12.2016



3,7%

10,7%

44,8%

18,5%

22,3%

Qeyri-investisiya

dərəcəli

BBB

A

AA

AAA


AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

80

Azərbaycan 



cazı

AzƏRBAYCAN CAzI – CAz MuSİQİSİNİN QOLLARINDAN BİRİDİR. AzƏRBAYCAN CAzININ BÜNÖVRƏSİ 1930-Cu İLLƏRİN

SONuNDA NİYAzİ VƏ TOFİQ QuLİYEVİN YARATDIğI “DÖVLƏT CAzI” ADI İLƏ TANINAN DÖVLƏT ESTRADA ORKESTRİ

TƏRƏFİNDƏN QOYuLMuŞDuR. ANSAMBLIN İLK TƏRKİBİ Üç TROMBON, EYNİ SAYDA TRuBA, BEŞ SAKSOFON, ROYAL, 

GİTARA VƏ zƏRB ALƏTLƏRİNDƏN İBARƏT İDİ. ORKESTRİN İLK KONSERT pROQRAMINA KLASSİK CAzLA EYNİ SƏVİYYƏDƏ 

NİYAzİNİN VƏ TOFİQ QuLİYEVİN pYESLƏRİ DƏ DAxİL İDİ.

1960-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz mu-

siqisinin ikinci həyatı başlanır. Bundan əlavə, Azərbaycanda “Qaya”, Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə 

dövrü başlanır. 

1960-cı illərdə cazın müəyyən dairələrdə kifayət qədər qəbul edilməməsi ucbatından bu sahədə ciddi boşluq vardı. Ona görə 

də Tofiq Əhmədov caz əsərləri yazmağa başlayır və onlarda milli musiqi ahənglərindən, ladlardan istifadə edirdi. O, xalq mahnılarını 

caz üslubunda aranjiman edir, onların üzərində işləyərək orkestr üçün fantaziyalar yaradırdı. 

Azərbaycanda caz musiqisinin dirçəlişi etno-caz və ya caz-muğam ənənəsinin əsasını qoymuş dahi pianoçu və bəstəkar 

Vaqif Mustafazadənin adı ilə bağlıdır. Vaqif Mustafazadə 1960-cı illərin əvvəllərində musiqidə yeni axın – “caz-muğam” axınını yaradır. 

Vaqif Mustafazadə Azərbaycan muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edir, yurdunun dinləyiciləri 

üçün isə cazı doğma muğam dilində səsləndirirdi. 

Pianoçu “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental an-

sambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur. 

Bu sırada Rafiq Babayevin adı da xüsusi qeyd olunmalıdır. Sənətçi bir-birindən gözəl kompozisiyaları ilə caz musiqisinə bö-

yük töhvələr bəxş etmişdir. 

Azərbaycan caz sənətinin bu gün də layiqli ifaçıları mövcuddur. Salman Qəmbərov, Rain Sultanov, Emil Əfrasiyab, İsfar Sa-

rabski və başqaları milli caz sənətimizi dünyanın müxtəlif ölkələrində, müsabiqə və festivallarda layiqincə təmsil edirlər. 

Mənbə: Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası

AzƏRBAYCAN CAzI



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə