Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

82

tanınmış bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, 



Azərbaycanın əməkdar artisti vaqif əziz oğlu mustafazadə 16 

mart 1940-cı ildə bakı şəhərində anadan olmuşdur. 

1963-cü ildə Asəf zeynallı adına bakı musiqi kollecini bitirmiş

Azərbaycan Dövlət konservatoriyasına (indiki bakı musiqi 

Akademiyası) daxil olmuşdur. hələ gənclik illərindən qeyri-adi 

istedadı, virtuoz ifası ilə seçilən v.mustafazadə öz improvizələri 

ilə hər kəsin təəccübünə səbəb olurdu.

1979-cu ildə monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. 

bu festivalın şərtlərinə əsasən əsərin müəllifi, ifaçısı və ölkəsi giz-

li saxlanılmalı idi. vaqif mustafazadə festivalın qalibi olur, vətənə 

“Ağ royal” mükafatı ilə qayıdır.

bəstəkar fortepiano və simfonik orkestr üçün konsertin, “mu-

ğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisi-

yalarının və pyeslərin müəllifidir. o, Azərbaycan caz musiqisinin 

banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. 

v.mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik 

Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. o, Azərbaycan 

muğam-caz hərəkatının memarıdır.

o, 16 dekabr 1979-cu ildə özbəkistanın paytaxtı Daşkənddə 

qastrol zamanı ürək tutmasından vəfat etmiş, bakıda dəfn olun-

muşdur. 

Mənbə: “Mədəniyyət” qəzeti

VAQİF MuSTAFAzADƏ

AzƏRBAYCAN CAzI

ARDNF-nin  2017-ci  il  üçün  büdcəsi  Azərbaycan  Respublikası 

prezidentinin 10 yanvar 2017-ci il tarixli 1186 nömrəli Fərmanı ilə 

təsdiq  edilmişdir.  Fərmana  əsasən  ARDNF-nin  2017-ci  il  büd-

cəsinin  gəlirləri  8  370  589,9  min  manat,  xərcləri  14  483  856,0 

min  manat  səviyyəsində  təsdiq  edilmişdir.  bununla  yanaşı, 

Azərbaycan Respublikası prezidentinin 4 oktyabr 2017-ci il ta-

rixli  Fərmanı  ilə  ARDNF-nin  2017-ci  il  büdcəsinə  dəyişikliklər 

edilmişdir. Dəyişikliklərə əsasən, icmal büdcədə aparılmış dü-

rüstləşdirmə çərçivəsində Fondun gəlir və xərclərini dəqiqləş-

dirmək məqsədilə ARDNF-nin gəlirləri 8 370 589,9 min manat-

dan  10  813  861,6  min  manata  qədər,  xərcləri  isə  14  483  856,0 

min manatdan 15 242 928,0 min manata qədər artırılmışdır.   

1  yanvar  2017-ci  il  tarixinə  ARDNF-nin  vəsaiti  56  979,0  milyon 

manat və yaxud 33 147,0 milyon AbŞ dolları təşkil etmişdir. 

hesabat ilində ARDNF-nin vəsaiti ilin əvvəlinə nisbətən 2 659,5 mil-

yon AbŞ dolları və ya 8,02 %-ə qədər artaraq 35 806,5 milyon AbŞ dol-

ları təşkil etmişdir. eyni zamanda 2017-ci il ərzində ARDNF-nin manat 

ifadəsi ilə vəsaiti ilin əvvəlinə nisbətən 1 998,2 milyon  manat  və ya 

3,51% artaraq, dövrün sonuna 58 977,2 milyon manat təşkil etmişdir.

2017-ci il ərzində ARDNF-nin gəlirlərinin ümumi həcmi 12 137,5 

milyon manat və yaxud 7 065,5 milyon AbŞ dolları təşkil etmək-

lə büdcədə nəzərdə tutulana nisbətən (10 813,9 milyon manat) 

112,24% səviyyəsində yerinə yetirilmişdir. 2017-ci ilin 12 ayı ərzin-

də AbŞ dolları ifadəsi ilə ARDNF-nin ümumi gəlirləri 2016-cı ilin 

eyni dövrü ilə müqayisədə (31.12.2016-ci il tarixinə icra – 5 891,1 

milyon AbŞ dolları) 19,94% çox olmuşdur.

 2017-ci il ərzində ARDNF-nin büdcə xərcləri 11 015,5 milyon ma-

nat  və  ya  6  373,4  milyon  AbŞ  dolları  təşkil  etməklə  büdcədə 

nəzərdə  tutulana nisbətən  (15 242,9 milyon manat) 72,27% sə-

viyyəsində icra edilmişdir. 

ARDNF-nin  2017-ci  il  üçün  təsdiq  edilmiş  büdcəsində  4  429,1 

milyon  manat  kəsirin  nəzərdə  tutulmasına  baxmayaraq,  ilin 

sonuna  ARDNF-nin  büdcəsində  1  122,0  milyon  manat  profisit 

yaranmışdır. 

gəlirlər.  2017-ci  ildə  ARDNF-nin  gəlirlərinin  formalaşma  mən-

bələrini  Azərbaycan  Respublikasının  payına  düşən  karbohid-

rogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, 

neftin  və  qazın  Azərbaycan  Respublikasının  ərazisi  ilə  ötürül-

məsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri 

və ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gə-

lirlər təşkil etmişdir. 

2017-ci  ildə  ARDNF-nin  büdcəsinin 

mənfəət  neftinin  və  qa-

zın satışından əldə edilən gəlirlər maddəsi üzrə daxilolmaları 

11  030,0  milyon  manat  və  ya  6  409,6  milyon  AbŞ  dolları  təşkil 

etmişdir. hesabat ilində AÇg yatağında hasilatın həcmi 214,75 

milyon  barel  təşkil  etməklə,  proqnoza  (211,7  milyon  barel)  nis-

bətən 1,4% artıq olmuşdur. hasilatın və xam neftin satış qiyməti-

nin proqnoza nisbətən yuxarı olması səbəbindən bu gəlir mad-

dəsi büdcədə nəzərdə tutulana  (9 826,2 milyon manat) nəzərən 

112,3% səviyyəsində icra olunmuşdur. belə ki, ARDNF-nin 2017-ci 

ilin büdcəsində xam neftin ixrac qiyməti 40 AbŞ dolları proq-

nozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili satış qiyməti 

52,9 AbŞ dolları təşkil etmişdir. 

2017-ci  ildə  karbohidrogen  ehtiyatlarının  işlənməsi  ilə  əlaqə-

dar  xarici  sərmayəçilər  tərəfindən  köçürülən 

akrhesabı  ödə-

nişlər  ARDNF-nin  büdcəsinin  digər  gəlir  maddəsini  təşkil  et-

mişdir. hesabat ilində xəzər dənizinin Azərbaycan sektorunda 

Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın 

pay bölgüsü haqqında socAR ilə bp eksploreyşn (Azərbaycan) 

limited və socAR-ın ortaq neft şirkəti arasındakı sazişə uyğun 

olaraq 2,1 milyon AbŞ dolları və ya 3,6 milyon manat məbləğin-

də akrhesabı ödənişlər köçürülmüşdür. bu gəlir maddəsi büd-

cədə nəzərdə tutulana (3,6 milyon manat) nəzərən 100% səviy-

yəsində icra olunmuşdur.

neftin və qazın Azərbaycan respublikasının ərazisi ilə ötürül-

məsindən əldə edilən gəlirlər (tranzit haqqı) 17,9 milyon manat 

və yaxud 10,5 milyon AbŞ dolları təşkil etmişdir. bu gəlir mad-

dəsi büdcədə nəzərdə tutulana (17 688,5 min manat) nisbətən 

1,3% artıq icra olunmuşdur.

hesabat ilində ARDNF-yə təqribən 2,4 milyon manat və yaxud 

1,4 milyon AbŞ dolları məbləğində 

bonus ödənişləri daxil olmuş 

və  bu  gəlir  maddəsi  büdcədə  nəzərdə  tutulana  nisbətən  (2,4 

milyon manat) 100% icra olunmuşdur. 

2017-ci ildə ARDNF-nin 

vəsaitlərinin idarə edilməsindən 641,9 

milyon AbŞ dolları məbləğində gəlir əldə edilmişdir. 



6. ardnF-nİn 2017-cİ İl Büdcəsİnİn İcrası

illik HesAbAt 2017

83



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə